şənbə günü, 31 oktyabr 2026
     

Xaricdə və hansı şəraitdə dəfn edilmiş Sovet İttifaqı qəhrəmanlarımız – “Xatirə kitabı”nın maraqlı araşdırmaları…

Image


Məlum olduğu kimi, faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə bu qələbənin qazanılmasında xüsusi əməyi olan ölkələrdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ilə əlaqədar olaraq tədbirlərin keçirilməsi təxirə salınsa da, bu istiqamətdə digər işlər görülür.

Bu gün Azərbaycanda çox aktual olan bu məsələ ilə bağlı müxtəlif aidiyyəti qurumlar tərəfindən işlər görülür. Mədəniyyət Nazirliyinin Respublika “Xatirə kitabı” redaksiyasının kollektivinin faşizm üzərində Qələbənin 75 illiyi ilə əlaqədar həyata keçirdiyi işlər bu mənada diqqəti cəlb edir. “Xatirə kitabı” redaksiyası ölkəmizdə dəfn edilən Sovet İttifaqı qəhrəmanları və İkinci Dünya Müharibəsinin digər iştirakçıları ilə yanaşı, həm də xaricdə dəfn edilən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görür, bununla bağlı “Qələbə - 75” adlı kitab hazırlayıb. Nəşrdə həm Sovet İttifaqı qəhrəmanlarımız, həm də Qələbənin qazanılmasında rolu olan ayrı-ayrı vətən övladlarımız haqqında müfəssəl məlumatlar yer alıb.

  • “Qələbə-75” nəşrində yalnız Azərbaycandan İkinci Dünya Müharibəsinə gedən, qəhrəmanlıq göstərən vətən oğulları barədə deyil, həmçinin, digər respublikalardan…”

“Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə əlaqə saxlayıb həm nəşr haqqında, həm də müxtəlif ölkələrdə dəfn edilən azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdıq.

“Bu il II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi qeyd olunur. Bu Qələbədə Azərbaycanın da xüsusi rolu olub. Təkcə rəqəmlərə diqqət yetirsək, məncə, kifayət edər. Böyük Vətən Müharibəsi başlayanda, yəni 1941-ci ilin statistikasına görə, Azərbaycanda əhalinin ümumi sayı 3,4 milyon nəfər idi. Buraya həm döyüş qabiliyyəti olan cavanlar və gənclər, həm əlillər, həm ahıllar, həm də qadın və uşaqlar daxil idi. 3,4 milyon nəfərdən 681 min nəfəri, o cümlədən, 10 min qadın orduya səfərbər olunmuşdu. Bunların tam yarısı, yəni 300 min nəfəri bir daha doğma yurduna qayıtmayıb. Ürəkyandırıcı faktdır. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycan xalqı İkinci Dünya Müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl

şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir”.

Məhz bu səbəbdən idi ki, müharibədə həlak olan və itkin düşən soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün “Xatirə kitabı” redaksiyası yarandı. Bu redaksiyanın fəaliyyəti barədə qısaca məlumat vermək istəyirəm. Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika “Xatirə kitabı” redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli, 277 saylı qərarı ilə müstəqil quruma çevrilib. Amma bu dövrdə redaksiyanın fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olmayıb. 1994-cü ildə Nazirlər Kabineti yenidən qərar verib. Lakin bu dəfə də işlər lazımi məcraya düşməyib. Belə ki, ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər ucbatından redaksiyanın fəaliyyəti üçün vəsait ayrılması məsələsi öz həllini tapa bilməyib. Ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabineti 1 may 1997-ci il tarixində “Azərbaycan Respublikası “Xatirə kitabı”nın bərpa edilməsi haqqında” xüsusi qərar qəbul edib.

Sonra isə Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanun qüvvəyə minib. Beləliklə, “Xatirə kitabı” redaksiyası ayrıca bəndlə dövlət büdcəsinə daxil edilib və bununla da redaksiyanın fəaliyyətində dönüş yaranıb. Ona görə də minnətdarlıq əlaməti olaraq kitabın hər cildi o böyük insanın portreti və “Heydər Əliyev “Xatirə kitabı”nın yaradıcısıdır” sözləri ilə açılır.

“Xatirə kitabı”nı yaddaşımızın kitab abidəsi adlandırmaq da olar. Onun yaradılmasında əsas məqsəd İkinci Dünya Müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya, Macarıstan hadisələrində, Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında çoxcildlik ensiklopediya hazırlamaqdır”.

Kitabın redaksiya heyətinə akademiklərin, görkəmli elm, mədəniyyət xadimlərinin və güc strukturlarının rəhbərlərinin daxil olduğunu deyən N.Məmmədovanın sözlərinə görə, indiyə kimi kitabın 16 cildi nəşr olunub və növbəti cildlərin hazırlanması üzərində işlər davam etdirilir. “Xatirə kitabı” redaksiyası öz fəaliyyətində təkcə respublikadaxili müvafiq arxiv materiallarının araşdırılması ilə kifayətlənməyib, Rusiya Federasiyası Müdafiə Nazirliyinin müxtəlif arxivlərindən, “Ümumrusiya Tarixçilər və Arxivçilər Cəmiyyəti”ndən, “Sevastopolun müdafiəsi və azad edilməsi” muzeyindən, Şimali Osetiya Respublikası Mozdok rayonunun “Poisk” axtarış dəstəsindən, Moldova Respublikasından, Avstriya Respublikasından və digər yerlərdən əldə etdiyi məlumatları araşdırıb dəqiqləşdirməklə daim axtarışda olub. Axtarış və araşdırmalar bu gün də davam edir. Bu axtarışlar nəticəsində indiyə qədər aşkara çıxarılmamış 3000 nəfərə yaxın həlak olmuş və itkin düşmüş soydaşımız barədə məlumatlar dəqiqləşdirilib və onların bir qismi cildlərə daxil edilib.

Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. O zaman SSRİ-də çıxarılan neftin təxminən 3/4 hissəsini Azərbaycan verirdi. Təkcə 1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft çıxarıldı. Müharibə illərində Azərbaycan Sovet İttifaqının başlıca bazasına çevrilərək 75 milyon ton neft verdi. Vuruşan təyyarələrin 85-90 faizi Azərbaycan benzini ilə işləyir, düşmənə ağır zərbələr endirirdi. Müharibədə Azərbaycan cəbhəni təkcə neftlə təmin etmirdi. Azərbaycanlı əsgər və zabitlər od-alov püskürən döyüş meydanlarında misilsiz şücaət göstərirdilər. Cəbhənin elə bir istiqaməti yox idi ki, həmvətənlərimiz orada iştirak etməsinlər. Azərbaycanlılardan ibarət 416-cı, 223-cü, 77-ci milli diviziyalar təşkil olunmuşdu. Bu diviziyalarda Azərbaycandan 121 nəfər soydaşımız böyük şücaət və qəhrəmanlıqlar göstərərək SSRİ-nin ən yüksək fəxri adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

Şimali Qafqazın müdafiəsində Qafur Məmmədov, Stalinqrad uğrunda döyüşlərdə Həzi Aslanov, Margita şəhərində gedən döyüşlərdə igidliyə görə Gəray Əsədov “Qızıl Ulduz” almışlar. Bu şərəfə tank qoşunları general-mayoru H.Aslanov 2 dəfə layiq görülüb. Araşdırmaların nəticəsi olaraq əldə olunan yeni məlumatlar da gələcək cildlərdə yer alacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan “Xatirə kitabı” redaksiyası Böyük Vətən Müharibəsində qazanılan Qələbənin 75 illik yubileyi münasibətilə “Qələbə-75” adlı xüsusi buraxılış hazırlayıb. Qeyd olunan xüsusi buraxılışda Azərbaycanın İkinci Dünya

Müharibəsində iştirak etmiş qəhrəman övladları haqqında məlumatlar xüsusi araşdırılaraq verilib, Azərbaycanın Sovet İttifaqı qəhrəmanlarının həyatı və keçdiyi döyüş yolu haqqında məlumatlar Azərbaycan və rus dillərində öz əksini tapıb.

Kitabdakı faktlar ciddi tarixi resurslara əsaslanıb, müharibənin yaratdığı faciələr dolğun ifadəsini tapıb. Bir sözlə, Böyük Vətən Müharibəsi zamanı Azərbaycan xalqının mübarizə əzmi, Bakı nefti, arxa cəbhədə çalışanların fədakarlığı kitabın ən müfəssəl tarixi gerçəkləridir. Ümid edirik ki, “Xatirə kitabı” redaksiyasının hazırladığı “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı 9 May - Qələbə gününə layiqli töhfədir”.

N.Məmmədova, həmçinin, qeyd etdi ki, İkinci Dünya Müharibəsində böyük qəhrəmanlıq göstərən və müxtəlif ölkələrin faşizmin caynağından xilas edilməsi uğrunda canını fəda edən Azərbaycan övladlarının bir qismi xarici ölkələrdə dəfn edilib. O bildirdi ki, onlar arasında 18 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlılar da var və onların məzarları Almaniya, Polşa, Macarıstan, Rusiya, Ukraynada və digər ölkələrdədir.

N.Məmmədova diqqətə çatdırdı ki, Əhmədov Cəmil Məhəmməd oğlu Polşa Respublikasının Varşava şəhərində sovet döyüşçülərinə aid qəbiristanlıqda dəfn edilib. O, Dalaşov Məhərrəm Əkbər oğlunun Rumıniya Respublikasının Stremts ərazisində, Əkbərov Qəzənfər Qulam oğlunun Polşa Respublikasının Volomin şəhəri yaxınlığındakı Nadma yaşayış məntəqəsində, Ələkbərov Mikayıl Məhəmməd oğlunun Ukrayna Respublikası Dnepropetrovsk vilayətinin Şerbinovka kəndində dəfn edildiklərini qeyd etdi. Müsahibimiz, həmçinin, bildirdi ki, sonradan Mikayıl Ələkbərovun məzarı Soroçinsk rayonunun Rudka kəndinə köçürülüb.

Baş redaktor Əliyev Məstan Astan oğlunun Almaniyanın Alttrebbin yaşayış məntəqəsindən 8 kilometr cənub-qərbdə yerləşən Vriçen (Wriezen) şəhərində, Əliyev Şəmsulla Feyzulla oğlunun Kerç şəhərində, Əsədov Gəray Lətif oğlunun Rumıniya Respublikası Marqita şəhəri yaxınlığında Bixor ərazisində hərbi məzarlıqda, Bayramov İsmayıl Xəlil oğlunun Polşa Respublikasında qardaşlıq məzarlığında, Verdiyev Əvəz Həşim oğlunun Polşanın Boleslaves şəhərində qardaşlıq qəbiristanlığında, Abdullayev Məmiş Şahbaz oğlunun Polşa torpağında, Abdullayev Səməd Həmid oğlunun Kerç şəhəri ərazisindəki Eltigen qəsəbəsində dəfn edildiyini vurğuladı.

N.Məmmədovanın sözlərinə görə, sonradan 318-ci atıcı diviziyanın əsgər və zabitlərinin igidliyi şərəfinə Eltigen qəsəbəsinin adı dəyişdirilərək Qeroysk qəsəbəsi olub.

Vəliyev Mirzə Dövlət oğlunun Macarıstan Respublikasının Vaşad qəsəbəsində, Bəkir Dursun oğlu Mustafayevin Özbəkistan Respublikasının Səmərqənd vilayətindəki Qaynama kəndində, Həbibulla Eynulla oğlu Hüseynovun Litva Respublikasının Mariyampole şəhərində dəfn edildiyini qeyd edən N.Məmmədova bildirdi ki, Mehdi Hənifə oğlu Hüseynzadənin məzarı Sloveniya Respublikasının Çepovan yaşayış məntəqəsindədir. Məmmədov Əmi Ağa oğlunun Ukrayna Respublikası Nikolayev şəhərində, Məmmədov Qafur Nəsir oğlunun Krasnodar diyarının Tuapse şəhərində, Məmməd Cəbrayıl oğlu Məmmədovun isə Polşa Respublikası, Nijnesilezsk voevodunun, Oder çayı yaxınlığında dəfn edildiyini bildirdi. N.Məmmədova, həmçinin, qeyd etdi ki, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atılır. Onun sözlərinə görə, artıq Rusiyada iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının adının əbədiləşdirilməsi istiqamətində işlər görülür. O vurğuladı ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Moskvada adının əbədiləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, Həzi Aslanovun adının Moskva metrostansiyalarından və küçələrdən birinə verilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə və Moskva merinə müraciət edildiyini deyən N.Məmmədova hesab edir ki, yaxın vaxtlar bu məsələ real həllini tapacaq. Bu istiqamətdə Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımovun “Xatirə kitabı” redaksiyasına yaxından dəstək göstərdiyini deyən N.Məmmədovanın bildirdiyinə görə, digər qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsi istiqamətində də addımlar atılır.

“Bir məsələni də qeyd edim ki, “Qələbə-75” nəşrində yalnız Azərbaycandan İkinci Dünya Müharibəsinə gedən, qəhrəmanlıq göstərən vətən oğulları barədə deyil, həmçinin, Gürcüstandan, indiki Ermənistan ərazisindən və digər respublikalardan gedən soydaşlarımız haqqında da məlumatlar yer alıb. Bu istiqamətdə böyük işlər görülüb və bundan sonra da yeni məlumatların əldə edilməsi üçün axtarışlarımız davam etdiriləcək. Hesab edirəm ki, xarici ölkələrdə dəfn edilən Sovet İttifaqı qəhrəmanlarının bundan sonra da xatirələrinin əbədiləşdirilməsi istiqamətində işlər davam etdiriləcək” - deyə N.Məmmədova vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ