şənbə günü, 31 oktyabr 2026
     

Erməni faşizminin ifşasına daha bir fakt ABŞ Konqresindən gəldi

Image


Bu gün nasizm siyasətinə ürəkdən bağlı olan və bunu bütövlükdə həyat tərzinə çevirən ermənilərin faşizmə xidmət etməsi faktı artıq bütün dünyaya məlumdur. Ermənilərin özlərini “yazıq xalq” kimi qələmə verməsi artıq dünyanın gözündə iflasa uğramaqdadır.

ABŞ Konqresinin ermənilərin Hitlerə və Holokosta rəğbətini ifşa edən sənədi aşkarlanıb. Belə ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkarlanıb. Bu barədə "Report"a Baş Konsulluqdan məlumat verilib. Məlumata görə, 1945-ci il mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frenk Huk erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib. Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib. Məqalədə daşnaklar uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış “quldur dəstəsi” adlandırılır. Daşnakların yaranma tarixindən bəhs edən məqalədə onların terrorizmi əsas siyasi alət kimi mənimsədiklərini bildirilir.

Erməni daşnaklarının ABŞ-da “Daşnaksütyun” partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdikləri qeyd edilən məqalədə bu səpkidə Amerikadakı erməni kilsəsinin rəhbəri, arxiyepiskop Leon Touriyanın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyi diqqətə çatdırılır.

Daşnakların nasizmə rəğbət bəslədikləri vurğulanan məqalədə onların ABŞ-ın Boston şəhərində nəşr edilən “Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il sayına istinad edilərək, daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyaya yeni həyat verən uğurlu sistemlər” hesab etdikləri qeyd olunur.

Məqalədə daha sonra daşnakların kəskin antisemit olduqları vurğulanaraq, onların bu mövzuda çoxlu məqalər dərc etdirdikləri bildirilir və “Hairenik” qəzetinin 1936-cı ilin avqust sayından daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur: “Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. Və insanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda bu cəhd və üsullar inqilabi hesab edilir. Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır”.

Göründüyü kimi, erməni daşnakları altı milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini “zəhərli elementlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı” adlandırırlar.

Sözügedən sənəddə, həmçinin, nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğu və əsasən erməni gənclər arasında bu ideyanı yaydığı, habelə onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyi və bu ideyaları özü üçün əsas götürdüyü vurğulanır. Məqalədə, həmçinin, Njde və onun erməni daşnak tərəfdaşlarının erməni gənclərinə bu irqçi ideyaları mənimsəmələri və bu ideyalara sadiq qalmaları ilə bağlı çağırışı özündə ehtiva edən və “Hairenik Weekly” qəzetinin 11 yanvar 1935-ci il sayında dərc edilmiş müraciəti təqdim edilir.

Qeyd edək ki, ABŞ-da Azərbaycana qarşı məkrli fəaliyyət göstərən əsas erməni lobbi təşkilatı - Amerika Erməniləri Milli Komitəsi - daşnak təşkilatıdır.

  • “Bütün dünya görür ki, ermənilər faşizmə nə qədər könüldən bağlı olub və nasizmin sadiq qulları kimi tarixə düşüblər”

Yeni fakta münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında nəzərə çatdırdı ki, bu faktlar həm yenidir, həm də kifayət qədər dünyanın diqqətini çəkəcək, erməniləri sarsıdacaq məzmuna malikdir. “Bilirsiniz ki, ermənilərin XX əsrin əvvəllərinə qədər dövləti olmadığına görə onlar dünyanın bir çox yerinə səpələndilər. Onların arasında yerli xalqın içində yaşayaraq böyük var-dövlət toplayanı da, dövlət orqanlarında işləyənlər də oldu. Hesablamalara görə, dünyada 850-dən artıq erməni diaspor təşkilatı var. Bu diaspor təşkilatlarının hamısı birdən yaranmayıb, tədricən yaranıb. Əvvəlcə böyük ölkələrdə - Fransada, sonra ABŞ-da və Rusiyada, daha sonra digər ölkələrdə yaradılıb. O dövlətlərdə yaşayan ermənilər də “dövlət” yaratmaq üçün cəhdlər göstəriblər. Erməni Qriqoryan kilsəsinin rəhbərliyi altında birləşərək planlar hazırlayıblar və dövlət yaratmaq üçün dəstək göstərmələrinə görə böyük dövlətlərə müraciətlər ediblər. Bilirsiniz ki, XVIII əsrin ortalarında İngiltərə krallığına müraciət etmişdilər. Hətta o vaxt razılaşdırılmışdı da. Lakin İngiltərə Türkiyə ilə münasibətlərini ermənilərə görə pozmamaq üçün onları rədd etdi. Deyək ki, onlara müraciət edən komissiya rəhbərlərini qovdular. Sonradan Hindistan ermənisi Şamir Şamiryan və Həştərxanda yerləşən keşiş İsrail Ori Rusiya çarına müraciət etdilər. O vaxt ermənilər dünya siyasətini izləyirdilər, bilirdilər ki, Rusiya imperiyanı genişləndirib, Baltik dənizinə çıxıb, Qara dəniz sahillərində Krım müharibəsində Osmanlını məğlub edərək Krımı alıb, Uzaq Şərqə qədər Sibiri tamamilə işğal edib, Şimali Qafqazı qəsb edib. Bircə Cənubi Qafqaz əraziləri qalmışdı. Ermənilər bu siyasəti tutmuşdular, bilirdilər ki, Rusiyanın isti dənizlərə çıxmaq planı var və ona görə də o vaxt Çar Rusiyasının çox mötəbər canişinlərindən olan Vorantsov Daşkova müraciət etdilər. O isə çarla onları görüşdürdü və orada belə məsələ qoyuldu ki, əgər biz isti dənizlərə gedəriksə, onda ermənilərdən istifadə edə bilərik. Plan belə oldu ki, ermənilərə müsəlman dövlətlərinin arasında şərait yaratmaq lazımdır. Hətta bu, Pyotrun vəsiyyətində də var. O göstəriş verdi, Xəzər dənizinin sahillərinə gəldilər. Ordu geri çəkiləndən, Pyotr öləndən sonra hətta imperatritsa Anna belə bir fikir söyləmişdi ki, biz Türkiyə ilə daim müharibə aparacağıqsa, burada ermənilərdən istifadə olunmalıdır, onlar bizə yararlıdırlar.

Beləliklə, XIX əsrin əvvəllərində Azərbaycan iki yerə bölündükdən sonra Çar Rusiyasının ixtiyarına keçən Azərbaycan xanlıqlarının ərazisində erməniləri gətirib yerləşdirdilər. 40 min İrandan, 90 min nəfər isə Türkiyədən gətirilərək ərazilərimizdə məskunlaşdırıldı. Bu faktları siz bilirsiniz. Amma sonradan erməni dövləti yaratmaqdan ötrü Azərbaycan ərazilərini hissə-hissə aldılar. XX əsrin əvvəllərində bizim torpaqlarımızda erməni dövləti yaradıldı”.

Xaricdəki erməni diasporu, ermənilərin Qriqoryan kilsəsi və Azərbaycan torpaqlarında qurulan Ermənistan dövlətinin bütün dünya dövlətləri içində öz siyasətlərini yeritməyə başladıqlarını deyən Q.Hacıyevin sözlərinə görə, həm onlara şərait yaradan imperiyanın qulluğunda durublar, həm də əlləri çatan yerlərdə öz işlərini görüblər. “Bu baxımdan da onların hiyləgərliyi, dünyanın başı qarışdığı vaxtlarda yaranan fürsətlərdən məharətlə istifadə etmək bacarıqları var. Ona görə də İkinci Dünya Müharibəsi dövründə də satqınçılıq etməyə başladılar. Həmin ərəfədə xaricdə yaşayan ermənilərin özləri də dünya üçün böyük fəlakətə çevrildilər. İkinci Dünya Müharibəsində hər şeydən qazanc əldə etməyə çalışan ermənilər nüfuzlu dünya ölkələrinin liderlərinə ayrı-ayrılıqda xidmət göstərdilər, müxtəlif dövlətlərin xeyrinə casusluq etdilər.

Bu gün ABŞ Konqresində ermənilərin Hitlerə və Holokosta rəğbətini ifşa edən sənədin aşkarlanması ermənilərin əməllərinin faş edilməsi baxımından çox əhəmiyyətlidir. Bütün dünya görür ki, ermənilər faşizmə nə qədər könüldən bağlı olub və nasizmin sadiq qulları kimi tarixə düşüblər” - deyə bildirən Q.Hacıyevin sözlərinə görə, bu sənəd ermənilərin həqiqi iç üzünün açılması istiqamətində yeni araşdırmalara, yeni arxiv sənədlərinin meydana çıxmasına şərait yaradacaq.

Erməni keşişlərinin ərəb xəlifələrinə də nökərçilik etdiklərini qeyd edən alimin sözlərinə görə, onlar ərəb xəlifələrinin də xeyrinə casusluq ediblər. “Tarix boyu ermənilər bu işlə məşğul olublar. Hətta xatırladım ki, akademik Ramiz Mehdiyevin bir kitabı çıxıb. Ramiz Mehdiyevin “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabında açıq göstərilir ki, ermənilər tacir adı altında Səfəfilər sarayından Konstantinopola nə qədər casusluq ediblər, burada kəşfiyyat işləri aparıblar. Nadir şahın və digər şahların saraylarında da onlar bu işlərlə məşğul olublar. Bu baxımdan, ermənilərin fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxarılmalıdır.

İkinci Dünya Müharibəsində də ermənilər bu cür neqativ fəaliyyət göstəriblər. Ermənilər ABŞ-da, Britaniyada, Almaniyada olan arxiv sənədlərinə əl atırlar və əllərinə keçənləri imkan olan kimi məhv edirlər. Hətta o vaxt Bakıda da onlar arxiv sənədlərini məhv etmişdilər. Stepan Şaumyanın oğlu Oleq Şaumyan o vaxt Bakıya gələndə atasından, babasından qalan bütün əlyazmaları, məxfi sənədlərin hamısını gizli şəkildə alıb aparıb. O biri ölkələrdə də bunu edirlər. İki-üç il bundan əvvəl ermənilər İngiltərənin dövlət arxivindəki türklərə, azərbaycanlılara aid olan sənədlərin əksəriyyətini cırıb məhv ediblər. Tarixi sənədlərin içərisini cırıb zəiflətmişdilər, oxunmaq vəziyyətindən çıxarmışdılar. Bu haqda məlumatlar var. Bütün bunların hamısını bir-birilə əlaqələndirəndə ermənilərin xəyanətləri, hiyləgərlikləri, fəndgirlikləri həmişə olub, olacaq da. Ona görə də Holokos haqqında və digər məsələlər barədə onlar özlərinə uyğun münasibət göstərirlər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ