şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycanın sədrliyi Türk Şurasını mühüm beynəlxalq quruma çevirir...

Image


Azərbaycanın təşəbbüsü fonunda son dövrlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) bu qurum olaraq fəaliyyətinin daha aktiv hala gəlməsi müşahidə edilməkdədir. Artıq bu fonda o da özünü qabarıq şəkildə büruzə verir ki, dünyanı cənginə almış koronavirus pandemiyasının yayıldığı dövrdə Türk Şurası özünü indi uğurlu bir regional təşkilat kimi göstərməkdədir. Hesab edilir ki, bu format indi qlobal çağırışlara cavab vermək iqtidarında olduğu qənaətini doğruldur.

Digər tərəfdən artıq belə çağırışlar da səslənir ki, Türk Şurasının daha güclü təşkilata çevrilməsi üçün qurum inteqrasiyanı daha da dərinləşdirməlidir. Bu xüsusda isə Azərbaycanın təşəbbüsünün artıq inteqrasiyanın dərinləşməsi üçün mühüm özül yaratması da xüsusi vurğulanır. Burada xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ay videokonfrans vasitəsilə Türk Şurasının  fövqəladə zirvə görüşü keçirilib. Burada fəaliyyətdə olan sədr kimi yenə Prezident İlham Əliyevin təlimatları və təşəbbüsü ilə üzv ölkələrin  müvafiq strukturları arasında da əməkdaşlığın konkret istiqamətləri üzrə mühüm prosesə start verilib. Bu fonda da bir-birinin ardınca Türk Şurasının müxtəlif istiqamətli toplantıları baş tutub. Bunlar aprelin 28-də keçirilmiş Türk Şurasının səhiyyə nazirlərinin toplantısı, aprelin 30-da keçirilmiş nəqliyyat sahəsi üzrə nazirlərin toplantısı, daha sonra mayın 6-da keçirilmiş üzv ölkələrin iqtisadiyyat nazirləri və gömrük idarələri rəhbərlərinin toplantısı və mayın 7-də baş tutmuş miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı olub. Burada pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb tapılması, eyni zamanda ortaq mübarizə proqramlarının ortaya qoyulması, həmçinin, iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması ön planda yer alıb. Artıq bu istiqamətdə ortaq sənədlər də qəbul edilib.

Hazırda qurum üçün əsas məsələlərdən biri iqtisadi əməkdaşlığın dərinləşməsidir. Artıq idxal vergi dərəcələrinin aşağı salınması, bir sıra  məhsulların sürətli keçidinin təmin edilməsi məqsədilə türkdilli dövlətlərin üzv və müşahidəçi ölkələri arasında yeni bir Yaşıl Dəhliz sisteminin tətbiq edilməsi də bunun təsdiqidir. Bununla yanaşı, yuxarıda qeyd ounlduğu kimi, aprelin 30-da Türk Şurasına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə nazirlərinin toplantısı keçirilib və bu istiqamətdə Nəqliyyat Koordinasiya Mərkəzinin gücləndirilməsi məqsədilə İqtisadiyyat, Ticarət və Gömrük idarələri sahəsində məsul olan nazirlərin də bu koordinasiya qrupuna əlavə olunması qərara alınıb ki, işin sürəti artsın, həmçinin xidmət keyfiyyəti yüksəldilsin. Mal və xidmət dövriyyəsinin dayanıqlılığını daha güclü şəkildə təmin etmək məqsədilə Nəqliyyat Koordinasiya Mərkəzinin yaradılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, tərəflər sənaye bölgələrinin, texnoparkların və ticarət yerlərinin qurulması, bu sahədə mövcud strukturların inkişafı və onların birgə istifadəsi ilə bağlı birgə razılıq əldə edib. Eləcə də Ortaq Türk Sərmayə Fondunun yaradılması ilə bağlı işlər aparılmaqdadır. Burada milli valyutalardan istifadə olunması və bununla bağlı ortaq strategiyanın tətbiqi də qərarlar içərisində xüsusi yer tutur. Bu məsələ iqtisadi dayanıqlılığın artırılması, tənəzzülün qarşısının alınması və pandemiyadan sonrakı dövrdə iqtisadi inkişafa mühüm töhfə verə biləcək əsas amillərdən sayılır. Eyni zamanda, Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarından maksimum şəkildə istifadənin təşviq olunması, ortaq dəhlizlə yükdaşımalar istiqamətində dəstəyin verilməsi də qarşıdakı dövrdə Türk Şurasının əsas məqsədləri sırasında yer alır. Bütün bunlarla bağlı Türkiyənin “haberturk” portalı yazır ki, Türk Şurası dövlətləri arasında  enerji sektorunda da əməkdaşlığın dərinləşməsinə ehtiyac var:“Digər tərəfdən, başda iqtisadi vasitələr olmaqla, səhiyyə, təhsil, mədəniyyət, media, informasiya kimi fərqli anlayışların xarici siyasət cığırında istifadə qaydaları böyük əhəmiyyət kəsb edir. Çünki qlobal hadisələr və rəqəmsallığa keçid bu anlayışlarla paralel olaraq inkişaf edir. Burada önəmli olan məsələ adıçəkilən anlayışlar arasındakı əlaqəni daha da gücləndirə bilməkdir. Burada mühüm məqamlardan biri də  Bakı-Tiflis-Xəzər xəttindən türkmən qazının da Türkiyəyə gələ bilmə ehtimalının yenidən tumurcuqlanmasıdır”. Qeyd edək ki, söhbət burada məşhur “Transxəzər” kəmərindən gedir. Portal yazır ki, bu kəmərin çəkilişi türkdilli ölkələr üçün müstəsna əhəmiyyət kəsb edir:“Türk dünyası əməkdaşlığının, xüsusilə iqtisadi baxımdan üzv ölkələrin xeyrinə dəqiq addımlara çevrilməsi, sadəcə Türkiyə yox,  Orta Asiya və Avrasiya bölgəsini də təsiri altına alacaq məzmuna sahibdir. Artıq vaxt itirməyin heç bir mənası yoxdur. Gələcəyi yaxşılaşdırmaq üçün iqtisadi layihələrin hazırlanmasına başlanmalıdır. Bunun təməli isə 2010-cu ildə əsası qoyulan Türk Şurasının üzv ölkələridir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və rəsmi üzv sayılmasa da, Türkmənistan…  Türkmənistan və KKTC  də (Şimali Kipr Türk Cümhuriyyəti) mütləq burda yer tutmalıdır.  Şuranın baş katibi Bağdad Amrayev artıq hər həftə bir neçə rəqəmsal zirvə toplantısının olduğunu bildirir. Amrayev qısa müddət ərzində önəmli qərarların alındığını da qeyd edir. Bu qərarlar dünyadakı bənzəri ittifaqlar içərisində Türk Şurasını daha da ön cərgələrə aparacaq. İlkin mərhələ üçün aşağıdakı məsələlər ələ alınıb:

 Üzv ölkələr arasındakı ticarətdə milli valyutadan istifadə edilməsinə təşviqatın başlanması (Əslində, bunun bir bənzəri də 2018-ci ildə “Böyük səkkizlik” ölkələri arasında başlamışdı. Hətta bu zaman malayziyalı bir firma bununla bağlı ortaq ödəniş sistemi də yaratdı. Türk Şurasının səlahiyyətli nümayəndələri buna bənzər növbəti bir proqram sisteminin özləri tərəfindən qurula biləcəyini açıqladılar). Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması; – Ölkələr arasında yeni dövrdə rəqəmsal iqtisadiyyat və onlayn ticarət sahəsində işbirliyinin sürətləndirilməsi;  Bu məsələdə ortaq bir sistemin yaradılması; Gömrükdən keçid qaydalarının sürətləndirilməsi və idxal vergilərinin aşağı salınması istiqamətində mexanizmin inkişaf etdirilməsi;  Ölkələrin Mərkəzi bankları arasında mübadilə razılaşmalarının qurulması;  Bunlarla yanaşı, bir də tədarük zəncirinin qurulması;

Tibbi ləvazimat çatışmazlığının üzv ölkələr arasında aradan qaldırılması məsələsi də bu prosesə daxil edilib. Bunların hamısı çox önəmli başlıqlardır. Bu məqsədə uyğun olaraq, üzv ölkələr arasında iqtisadiyyatı sürətləndirmək üçün 4 nazirliyin nazir müavinlərindən ibarət bir komitə yaradılacaq.

Ancaq Amrayev açıqlamasında bu məsələdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəhliz rolu oynaması da diqqət çəkir. İranda yaranan məlum problemlər səbəbindən Türkmənistan-İran sərhədi bağlanıb. Bu hadisə isə adını çəkdiyimiz dəhlizi daha önəmli hala gətirib. Bunun mərkəzində də türk dünyası dayanır. Xəzərdən keçən mal və bənzəri xidmət transferlərinin canlandırılması, Ro-Ro tranzit haqlarının azaldılması, sərhəd-keçid məntəqələrində və gömrüklərdə yük və digər xidmətlərin keçidlərinin asanlaşdırılması, ticarət dəhlizlərinin yaradılması… Üzv ölkələrin milli qazancı 1,3 trilyon dollara çatır və xarici ticarəti dünya ticarətinin 1.4%-nə uyğun gəlir. Elə isə, heç gözləmədən bütün qurumlara çağırış etmək lazımdır – bu dəhlizin belə böhranlarda yox, hər zaman canlı qalması önümüzdəki dövr üçün həyati əhəmiyyət kəsb edir”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ