"Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə baģlı həbs edildiyi barədə xəbərlər yayılıb”.
Bu barədə baki-xeber.com-a açıqlama verən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov məlumatın tamamilə yalan olduğunu deyib.
“Rəsmi olaraq bildirirəm ki, bu məlumat tamamilə yalandır. Dünyanın koronavirusla mübarizə apardıģı bu həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların qəsdən yayılması təkcə məsuliyyətsizlik yox, həm də aģılsızlıqdır. Tam məsuliyyətlə qeyd edirəm ki, muxtar respublika bütün sahələrdə öz dinamik inkişafı və dəyişməz mövqeyi ilə həmişə doģru və düzgün informasiyaya dəstəyini ifadə edib" – B.Əsgərov bildirib.