Məlum olduğu kimi, bu gün faşizm ideyalarının yaşadılması istiqamətində fəaliyyət göstərən yeganə ölkə qismində Ermənistanın çıxış etməsi artıq heç kim tərəfindən təkzib edilməyən birmənalı həqiqətdir. Təsadüfi deyil ki, bütün ölkələr nasizmdən imtina etsə də, yalnız Ermənistan fərqli mövqedədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının II Dünya Müharibəsində nasistlər tərəfində döyüşməsi faktının ortaya çıxması da bu mənada çox şeydən xəbər verir.
Bu arada Nikol Paşinyanın babasının Hitlerin əsgəri olması faktı onu sübut edir ki, Ermənistanın Baş naziri sələflərinin yox, birbaşa babasının və soyqırımı ideologiyasının erməni banilərinin mirasını davam etdirir. Məsələ ondadır ki, Ermənistanın indiki Baş nazirinin babası Ukraynanın bugünkü Jitomir vilayəti sovet ordusu tərəfindən faşistlərdən azad ediləndən ilyarım əvvəl, yəni 1943-cü il sentyabrın 29-da, bu vilayətin Zvyaqel kəndində haqlı olaraq məhv edilib. Sovet qoşunları yaxınlaşdıqca, oradakı partizan dəstələrinin və gizli qrupların fəallığı artırdı. Buna görə də istisna edilmir ki, hitlerçi-njdeçi Nikol Paşinyan məhz xalq könüllü dəstələrinin belə cəsarətli müqavimət əməliyyatlarından birində məhv edilib.
O da məlumdur ki, Jitomir vilayətində yəhudi əhalini kütləvi şəkildə qırıblar. Bu iş əsasən SS polislərinə və digər murdar ünsürlərə tapşırılırdı. Ermənistanın indiki Baş nazirinin babasının da məhz bu yolla çörəkpulu qazandığı ehtimal edilir. Rusiyalı ekspert, "Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko qeyd edir ki, Paşinyanın babası ətrafında qalmaqal və erməni Baş nazirin Qaregin Njdeni müdafiə etməsi fonunda gözlənilməz susqunluğu çoxlu sual yaradır.
O da məlumdur ki, Rusiya rhbərliyi faşizmlə bağlı məsələlərə həssas yanaşır. Bu baxımdan maraqlıdır, Paşinyanın babasının faşistlərə satılması xəbərləri rəsmi Moskvanın ona münasibətinə necə təsir edə bilər?
“...bu, Paşinyana qarşı münasibətdə də özünü göstərəcək”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Paşinyanın babasının faşistlərə satılması faktı iki ölkə münasibətlərinə mənfi mənada təsirsiz ötüşməyəcək: “O cümlədən, bu, Paşinyana qarşı münasibətdə də özünü göstərəcək. Nəzərə almaq lazımdır ki, Kremlin Ermənistandakı hazırkı rejimə münasibəti o qədər də yaxşı deyil. Ötən iki il ərzində bu dəfələrlə özünü göstərib. Onlar başa düşürlər ki, Ermənistanın Rusiyaya tabe olması bir qanun və aksiomdur. Bununla belə, Paşinyan rejiminin apardığı siyasət zaman-zaman Kremli qıcıqlandırır. Bundan başqa, Paşinyanın babasının hitlerçilərə xidmət etməsi faktı ortaya çıxıb. Əlbəttə ki, bu, iki dövlət arasında münasibətlərə mənfi təsir edəcək. Zatən, Paşinyanın ikibaşlı siyasət aparması, faşistlərə xidmət edən şəxslərin adlarının əbədiləşdirilməsində qərarlılıq göstərməsi Moskva tərəfindən xoş qarşılanmır. Bu tərəfdən də Paşinyanın babası ilə bağlı faktların ortaya çıxması proseslərə öz təsirini göstərəcək”.
Vidadi ORDAHALLI