şənbə günü, 31 oktyabr 2026
     

Prezident icra başçılarının daha çeşidli cinayətlərindən xəbərdar olduğuna işarə etdi - “kart və yardımların mənimsənilməsi…”

Image


Bildiyimiz kimi, bəzi rayonların icra başçılarının qanunsuz əməlləri aidiyyəti qurumlar tərəfindən ifşa olunub və onlar cinayət məsuliyyətinə cəlb ediliblər. Sözügedən icra başçılarının ödəniş kartlarını, dövlət tərəfindən əhalinin sosial cəhətdən zəif təbəqələrinə ayrılan yardımları mənimsədiklərinə dair faktlar üzə çıxıb.

Prezident İlham Əliyev dəfələrlə icra başçılarını xalq malına, kasıba ayrılan yardımlara göz dikməməyə çağırıb və onlara bildirib ki, fəaliyyətində bu kimi nöqsanlara yol verənlər mütləq mənada cəzasını alacaq. Gördüyümüz kimi, artıq qanunsuz əməlləri özünə peşə seçənlərin müəyyən bir qismi ifşa olunub.   

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bu məsələyə xüsusi diqqət yetirib.

“…Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni gözləri doymur. Bu bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir” - deyə ölkə başçısı bildirib.

Həbs edilən icra başçılarının ödəniş kartlarının, sosial yardımın oğurlanması cinayətlərindən başqa daha hansı cinayətləri var ki, Prezident bunu xüsusi vurğulayıb?

  • “…mərkəzi icra hakimiyyətlərində də bu proses davam etdiriləcək”

 “Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, tanınmış siyasi şərhçi Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev müxtəlif məmurları vəzifəyə təyin edərkən onlara ilk tövsiyəsi vətəndaşın yanında olmaqla, vətəndaşa xidmət etməklə, ictimai nəzarəti formalaşdırmaqla hər bir məmurun vətəndaşın xidmətçisi rolunda çıxış etməsi ilə bağlı olub. “Cənab Prezident yüksək vəzifələrə təyin etdiyi bütün məmurlara bu tövsiyələri verir. Sözsüz, zaman və faktlar göstərir ki, bəzən bu məmurların bəziləri vəzifəsini icra etməyə başladıqdan sonra cənab Prezidentin tövsiyəsini unudur və tamamilə başqa yollar tutur, pul qazanmaq həvəsinə düşür, rüşvətxorluqla, korrupsiya ilə məşğul olur. Bunun da nəticəsidir ki, son dövrlərdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin bu neqativ fəaliyyətlərinə qarşı ciddi mübarizə aparılır. Cənab Prezident həmişə çıxışlarında qeyd edib ki, korrupsiyaya qarşı çox amansız mübarizə aparılır, aparılacaq, kimliyindən asılı olmayaraq, heç kəs bu məsələdə sığortalanmayıb. Əminəm ki, yerli icra hakimiyyətlərindən sonra mərkəzi icra hakimiyyətlərində də bu proses davam etdiriləcək. Yəni harda ki, ictimai fikirdə hansısa qurumda rüşvətxorluq və korrupsiya olmasına dair rəy formalaşıbsa, yaxud sosial şəbəkələrdə, eləcə də digər yerlərdə bu məsələ xüsusi vurğulanırsa, bunlar aidiyyəti qurumlar tərəfindən ciddi araşdırılır. Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır. Həbs edilən icra başçılarının cinayət əməlləri yalnız kartları və sosial yardımları mənimsəməklə bitmir, onların əməllərində ciddi rüşvət, korrupsiya cinayətləri, eyni zamanda da bürokratik əngəllərin yaradılması, süründürməçiliyə yol verilməsi, insanları məcburi rüşvət verməyə təhrik etmə faktları da var. Bu, eyni zamanda, müxtəlif dövlət qurumlarında var. “ASAN xidmət” kimi bir təsisatın formalaşdırılması deyərdim ki, dövlət qurumları ilə vətəndaşlar arasında çox yaxşı bir vasitəçi oldu. Yəni “ASAN xidmət”in fəaliyyətə başlaması nəticəsində vətəndaşlar son dövrlər dövlət qurumlarında olan bürokratik əngəllərlə qarşılaşmadılar. Bu qurum bu işi ən yüksək səviyyədə bacardı. Demək istəyirəm ki, vahid pəncərə sistemi də, “ASAN xidmət” də bir yerdən bu məsələlərin idarə edilməsini, vətəndaşların sənədləşmə və digər problemlərinin həllini təmin etdi. Bu proses “ASAN xidmət”də həyata keçirildiyi üçün dövlət qurumlarının vətəndaşlarla təması sıfıra endirildi. Bu üsullar onsuz da tətbiq edilməkdədir. Amma yenə də harda insan faktoru, məmur faktoru varsa, orada rüşvətə, pula meyllilik ola bilər. Buna görə Prezidentin verdiyi tapşırıqların kökündə, mərkəzində dayanan odur ki, məmur rüşvət almamalı, korrupsiyaya qapılmamalı, bu faktla hər hansı formada həbs edilməməlidir, məmurun əsas vəzifəsi vətəndaşın yanında olmaq, vətəndaşa xidmət göstərmək və xalqla bərabər olmaqdır. Hər bir məmurun vəzifəsi budur”.

B.Quliyevin sözlərinə görə, bəzən sənədləşmə məsələsində rüşvətin tələb olunması cəhdləri ilə bağlı faktlar var. O bildirdi ki, müxtəlif sahələrdə, hətta kənd təsərrüfatı sektorunda sakibkarların, fermerlərin fəaliyyətinə yerli icra hakimiyyəti orqanları əngəllər törədirlər. “Onları hər hansı formadasa məcbur edirlər ki, rüşvət versinlər. Bu cür hallar var. Yaxud sahibkarlıq, biznes fəaliyyətilə məşğul olan insanlar bəzi hallarda müxtəlif təzyiqlərlə qarşılaşırlar. Bu da ayrı bir faktdır. Bəli, dövlət qurumlarında bəzi rüşvət halları var. Əsas odur ki, bu faktlar gizlin qalmır, onlar araşdırılır və bununla bağlı mübarizə həyata keçirilir. Son aparılan işlər nəticəsində rüşvət alan məmurların ifşa olunması onu göstərir ki, dövlət, sözün əsl mənasında, cənab Prezidentin qeyd etdiyi kimi, rüşvətxorluğa, korrupsiyaya qarşı amansız mübarizə aparır. O da yaxşı haldır ki, bundan hər bir vətəndaş məmnun qalır. Ona görə də vətəndaş məmnunluğunun təmin olunması üçün məmur özünün vəzifələrini düzgün icra etməlidir. Necə ki, cənab Prezident bütün çıxışlarında, bütün qəbullarında bu tapşırıqları verib. Vətəndaş da öz hüquq və vəzifəsini bilib, o çərçivədə görülən işlərə dəstək olmalıdır” - deyə B.Quliyev vurğuladı. B.Quliyevin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir və rüşvət hallarının aradan qaldırılması istiqamətində tam ciddi mübarizə aparılır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ