şənbə günü, 31 oktyabr 2026
     

Dünya iqtisadiyyatı ABŞ və Çin üzündən böyük təhlükəyə yuvarlanır: Azərbaycan sığortalanmış durumda...

Image


Dünya ölkələrinin böyük narahatlıqla izlədiyi əsas məqamlardan biri də ABŞ və Çin arasında iqtisadi müstəvidə yenidən gərginləşən münasibətlərdir. Onsuz da koronavirus pandemiyası üzündən qlobal iqtisadiyyat kifayət qədər ağır günlər yaşayır. Bu fonda ABŞ və Çinin yenidən iqtisadi savaşa başlaması vəziyyəti daha də gərginləşdirir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ Konqresinin üzvü, respublikaçı senator Lindsi Qrem Senata Çin koronavirusun yayılması ilə bağlı tam hesabat verməyəcəyi və əməkdaşlıq etməyəcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini tədqim edib. Qrem bu xüsusda bildirib:"Mən əminəm ki, Çin Kommunist Partiyasının yalanı olmasaydı, burada - ABŞ-da virus olmazdı. Çin beynəlxalq ictimaiyyəti araşdırma aparmaq üçün Uhandakı laboratoriyaya buraxmaqdan imtina edir. Onlar mütəxəssislərə pandemiyanın necə başlandığını öyrənməyə icazə verməkdən imtina edirlər. Əminəm ki, məcbur etməsələr, Çin heç vaxt ciddi araşdırmanın aparılması üçün əməkdaşlıq etməyəcək. Çin əməkdaşlıq etməyincə, bu sərt qanun layihəsi ilə ona qarşı sanksiyalar tətbiq ediləcək". Qanun layihəsinə əsasən, Vaşinqton administrasiyasının başçısı 60 gün ərzində Çinin Birləşmiş Ştatlar, onun müttəfiqləri ilə və ya BMT strukturları ilə aparılan istənilən hesabatı verdiyini Konqres qarşısında təsdiq etməli olacaq. Bundan başqa, təşəbbüsün müəllifi Çin hakimiyyətinin virusların heyvanlardan insana ötürülməsi potensialı ola bilən bütün dəniz məhsulları bazarlarını bağlamağı və pandemiyanın başlanğıcından dövlət əleyhinə etiraz aksiyaları zamanı Honkonqda saxlanmış fəalları azad etməyi tələb edir. Ağ Evin məsləhətçisi Piter Navarro CNBC-yə verdiyi müsahibədə bildirib ki, Çin xəstəliklə mübarizə üçün vaxtında həyata keçirilməmiş tədbirlərə görə hesab ödəməlidir. O, ABŞ-ın görə biləcəyi konkret tədbirlərdən danışmaqdan imtina edib, lakin Çin Kommunist Partiyasının Amerika iqtisadiyyatındakı problemlərə görə məsuliyyət daşıdığını anladıb. Amma Çin geri çəkilmək istəmir, hətta əksinə, ABŞ-la yeni iqtisadi savaşa daha yaxşı hazırlaşdığını bəyan edir. Çin Sosial Elmlər Akademiyasının eksperti Gao Linyun bildirir  ki, indi Pekin ABŞ-la qarşıdurmaya daha yaxşı hazırdır, çünki Amerika iqtisadiyyatına cavab zərbəsinin necə vurulacağını bilir.

Çinin "Global Times" qəzeti yazır ki, Pekin zərbə üçün ABŞ-dakı görünməmiş problemlərdən, həmçinin qarşıdan gələn prezident seçkilərindən istifadə edə bilər. Bundan başqa məlumdur ki, ABŞ və Çin rəsmiləri münasibətlərin gərginləşməsi fonunda qarşılıqlı ticatətdə yeni rüsumlarının tətbiqinə də hazırlaşıblar. Bu vəziyyət dünya iqtisadiyyatını məhv etməkdədir. Bir çox ekspertlərin qiymətləndirməsinə görə, koronavirus pandemiyası səbəbindən dünya İkinci Dünya müharibəsindən sonra ən pis böhranla üzləşməkdədir. ABŞ və Çin savaşı isə vəziyyəti daha da pisləşdirir.

Xatırladaq ki, dünyanın iki ən böyük iqtisadiyyatının münaqişəsi 2019-cu ildə qlobal artımın qarşısını kəsən əsas əyləc rolunu oynayıb. Tərəflər yalnız ötən ilin sonunda bir-birinə yaxınlaşmağa doğru addımlar atmağa başlayıblar, yanvarda isə hərtərəfli ticarət sazişinin birinci hissəsi barədə razılığa gəliblər. Buna əsasən. tərəflərin tətbiq etdiyi gömrük rüsumları tədricən aradan qalxmalı idi. İmzalanan sazişlər çərçivəsində Pekin yaxın iki il ərzində ABŞ-dan 200 milyard dollar dəyərində mal və xidmətlər almalıdır. Lakin Vaşinqton Çin qarşısında borc öhdəliklərinin bir hissəsindən imtina etmək qərarına gələrsə, belə satınalmaların ehtimalı kəskin şəkildə azalır. Bundan başqa, son bir ayda ABŞ-da koronavirusu yaydığına görə Çinin cəzalandırılmasının vacibliyi haqda söhbətlər başlayıb. ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı qeyd edir ki, Çinlə ticarət razılaşması imzalandıqdan qısa zaman sonra koronavirus meydana gəldi:“Uzun zamandır ki, Çinlə müqavilənin bahalı olduğunu deyirəm. Hətta 100 ticarət müqaviləsi itkiləri əvəz etməyəcək və itirilən yüzlərlə canı geri qaytarmayacaq”. Öz növbəsində, Çində də belə ittihamların fonunda ABŞ-la ticarət sövdələşməsini pozmaq və münaqişəni davam etdirmək istəyi kəskin şəkildə artmaqdadır. Bundan əvvəl səlahiyyətlilərin əksəriyyəti kompromis düşüncəsinə meylli idi, lakin son zamanlarda öhdəliklərdən imtina üçün fors-major hallardan istifadə ideyası üstünlük təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, Pekində hesab edirlər ki, ABŞ-dakı görünməmiş problemlərdən, həmçinin qarşıdan gələn prezident seçkilərindən istifadə edə bilərlər. “Global Times" qəzeti yazır ki, Çin liderinin ticarət məsələləri üzrə müşavirləri ABŞ-ın Pekinə qarşı koronavirusla bağlı başlatdığı kampaniyaya cavab olaraq Vaşinqtonla bağlanmış ticarət razılaşmasının birinci fazasının ləğv edilməsini məsləhət görürlər.  Müşavirlər, həmçinin, Çin hakimiyyətinin yeni ticarət razılaşması imzalamasını məsləhət görürlər:“Faktiki olaraq, hazırda məsələ ABŞ-ın maraqlarına uyğun olan razılaşmanın birinci fazasından imtina etməkdir. ABŞ Çinlə ticarət müharibəsini yenidən başlamağa razı olmayacaq və başladığı nöqtəyə geri dönəcək”.

Ekspertlərin fikrincə, yeni ticarət savaşı dünya ölkələrinə də ciddi təsir edəcək. xüsusən də ticarət müharibəsi neftin dünya bazarında qiymətinin yeni çöküşünə gətirib çıxararsa, bu halda dünya iqtisadiyyatı yenidən böhran yaşayacaq. Bu durumda neft hasilatçıları, o cümlədən Azərbaycan itkiləri qeyri-neft məhsullarının ixracı hesabına təmin etməli olacaq. Amma bütövlükdə qlobal ticarət müharibəsinin Azərbaycan üçün təhdid istiqamətində ciddi təsirləri olmayacaq. Çünki Azərbaycan iqtisadiyyatını elə formada qurub ki, dünyada baş verən proseslər ona minimal dərəcədə təsir göstərə bilsin. Xatırladaq ki, bundan əvvəlki ticarət və valyuta savaşları da Azərbaycana hansısa ciddi təsir göstərməmişdi. Amma bununla belə, Azərbaycan da yeni ticarət savaşının əleyhinədir. Çünki Çinlə ABŞ arasındakı ticarət müharibəsi hazırda dünya iqtisadiyyatının inkişaf tempinə birbaşa təsir edən faktorlar arasında ilk üçlükdə yer alır. Bu müharibə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarında dünya iqtisadiyyatına təsir edən faktorlar arasında ilk yerlərdə qərarlaşıb. Dünya iqtisadiyyatının 40 faizinə nəzarət edən iki ölkə arasında ticarət savaşı maliyyə münasibətlərinə, qiymətli kağızlar, əmtəə bazarlarına da öz təsirini göstərir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ