şənbə günü, 31 oktyabr 2026
     

Moskvanin ardınca İrəvan Pekinin də təhdid hədəfinə çevrildi – səbəb ABŞ biolaboratoriyaları...

Image


Dünyada, o cümlədən postsovet məkanında koronavirus pandemiyası genişləndikcə Ermənistandakı bioloji laboratoriyalar məsələsi daha çox gündəmə gəlir. Xüsusən də pandemiyanın artlq on minlərlə insanı əhatə etdiyi qonşu Rusiya daha təkidli şəkildə həmin laboratoriyalara giriş imkanının təmin edilməsini tələb edir. Kreml bu xüsusda müvafiq memorandumun imzalanmasının tezləşməsini də istəyir.

Məsələyə yenidən münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edir:“Rusiya Ermənistanla bioloji təhlükəsizliklə bağlı memorandum üzərində aparılan işi davam etdirir. Biz İrəvanla bioloji təhlükəsizliyin təmin olunması məsələləri ətrafında qarşılıqlı anlaşma haqqında hökumətlərarası memorandum layihəsi üzərində işləməyə davam edirik”. Zaxarova bildirib ki, əslində Rusiya tərəfi prosesi başa çatdırıb və Ermənistandan cavab gözləyir. Amma İrəvan müvafiq cavabın verilməsini gecikdirir. Fakt isə bundan ibarətdir ki, Rusiya Ermənistanda fəaliyyət göstərən ABŞ sərmayəsi hesabına qurulmuş və ya modernləşdirilmiş biolaboratoriyaların fəaliyyətinə çox əsəbi reaksiya göstərir, bunları yaxın sərhədlərində bioloji təhlükə hesab edir. Beynəlxalq mediada yayılan məlumatlara görə, Ermənistanda on iki belə laboratoriya var və İrəvan onların Ermənistanın mülkü olduğunu iddia etsə də, Rusiya dairələrində fərqli fikirdədirlər. Rusiya tərəfi hesab edir ki, Ermənistanda bu laboratoriyalar formal olaraq yerli dövlət orqanlarına aiddir və Ermənistan hakimiyyəti bu biolaboratoriyalara eyni şəkildə formal olaraq nəzarət edir. Çünki ABŞ-ın icazəsi olmadan bura heç bir Ermənistan rəsmisi daxil ola bilməz. Rus mənbələrinə görə, Ermənistandakı bu laboratoriyalara ABŞ səfirliyinin hərbi attaşesi, mayor Erik Larsen nəzarət edir və podratçı Ermənistanda bu işi yerinə yetirmək üçün 50 milyon dollar alan “CH2M Hill” şirkəti olub. Bu şirkət “BlackVeatch” vasitəsilə uzun müddətdir bioloji silahların hazırlanmasında iştirak edən digər iki təşkilata qoşulub. Bütün bunlar, Rusiya ilə yanaşı, indi Çinin də diqqətini daha çox cəlb etməkdədir. Çin artıq rəsmi şəkildə məsələyə münasibət bildirib. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bəyanatını araşdırdıqlarını, ABŞ-ın Ermənistanda mövcud olan bir çox bioloji laboratoriyasının narahatlıq yaratdığını deyib:“Bu, qonşu ölkələrin əhalisi üçün ciddi təhlükə yaradır. Yerli ictimaiyyət bu obyektlərin bağlanmasını tələb edir. Ümid edirik ki, ABŞ tərəfi məsuliyyətli mövqe tutacaq, beynəlxalq ictimaiyyətin narahatlığını qəbul edəcək və belə qorxuları aradan qaldırmaq üçün real addımlar atacaq”. Pekinin rəsmi mövqeyindən sonra Ermənistan mediası Çin-ABŞ qarşıdurmasının İrəvan üçün hansı nəticələrə səbəb olacağından yazır. Erməni jurnalist Mariam Qriqoryan bu xüsusda bildirir:“Xüsusilə Çinin bu məsələdə Rusiyanın mövqeyindən çıxış etməsi Ermənistandakı ABŞ laboratoriyalarının bağlanması üçün təzyiqlərin artacağı perspektivini yaradır”. Erməni ekspert Suren Sarkisyan isə bildirib ki, Ermənistan Çinə bu laboratoriyalara giriş təklifi verə bilər:“Yalnız o halda bu obyektlərin təhlükə yaratmadığını göstərmək olar. Həmçinin, laboratoriyaya nəzarətin Ermənistana məxsus olduğuna inandırmalıyıq. Amma Rusiyaya verilməyən icazə, çətin ki, Çinə verilsin”. Politoloq Yevan Poqosyan isə Ermənistan hakimiyyətini ittiham edir və qeyd edir ki, bu laboratoriyaların təhlükəsizliyinə ciddi riayət edilməlidir:“Sən zəif dövlətsənsə və başqa ölkələr sənin ərazində laboratoriyalar yaradırsa, burada ilk təhlükə sənədir və əsas günahkar da sənsən”. Hesab edilir ki, pandemiya ilə güclənən ABŞ-Çin qarşıdurmasının Ermənistandakı laboratoriyalara da təsiri istisna deyil. Rusiya tərəfi də məsələyə dair daha fəal mövqe sərgiləməyə hazırlaşır. İndi Çinin də Rusiyanın mövqeyindən çıxış etməsi Ermənistanı çətin vəziyyətə salır. Belə vəziyyətdə Ermənistan Moskva-Pekin cəbhəsi ilə Vaşinqton cəbhəsi arasında sıxılmış vəziyyətdə qalacaq. Məsələyə münasibət bildirən rus ekspert Qennadi Onişşenko isə vurğulayır ki, həmin biolaboratoriyalar son dərəcə təhlükəli virusların olduğu xüsusi rejimdə fəaliyyət göstərən obyektlərdir. Etnik münaqişələr üzrə digər rus ekspert Yevgeni Mixaylov da qeyd edir ki, Ermənistanda ABŞ bioloji silah laboratoriyalarının mövcudluğu uzun müddətdir insanlar üçün həyəcan təbilidir:“Bir qayda olaraq, belə laboratoriyalar 3-cü dünya ölkələrinin ərazisində yaradılır və burada epidemiyalara qarşı mübarizə adı altında gizli şəkildə bakterioloji silahların sınağı keçirilir, müəyyən təbəqədə olan insanlara təsir göstərəcək xəstəlik daşıyan bakteriyalar yaradılır. Xüsusən irqi zəmində ölümcül viruslar inkişaf etdirilir. Təsadüfi deyil ki, son illərdə xərçəng xəstəliyindən ölüm halları sürətlə artmaqdadır. SSRİ-nin dağılmasından sonra ABŞ keçmiş geosiyasi rəqibinin respublikalarından olan Ermənistanda laboratoriyalar yaratdı. 12 bioloji laboratoriya Ermənistan ərazisində yerləşdirilib. 2008-ci ildən Pentaqon Ermənistanda biolaboratoriya şəbəkələri qurub. Bu layihə dünyanın 25 ölkəsində virusların aşkarlanması və zərərsizləşdirilməsi imkanlarını genişləndirir. Digər tərəfdən isə proqramın kuratoru, Təhlükəsizliyə Təhdidlərin Azaldılması Agentliyi (DTRA) bioloji silahın işlənməsi və istifadəsi ilə bağlı gizli araşdırma aparır. Bundan başqa, ABŞ Ermənistandakı məlumatlar bazasına giriş hüququna sahibdir və xüsusi təhlükəli patogenlərin nümunələrini ölkədən çıxarır. Bir fakta diqqət yetirmək lazımdır ki, ən gizli laboratoriyalardan biri Ermənistanın müttəfiqi olan Rusiyanın bu ölkədəki hərbi bazasının yerləşdiyi Gümrüdədir. Hələ 2017-ci ilin sonunda bu obyektlərdən birini ziyarət edən Saratovdan gələn mikrobioloqlar vizual yoxlama ilə məhdudlaşdılar, virus və kimyəvi reaktorların saxlandığı qutulara yaxın buraxılmadılar. İndiyə kimi də ruslar ora buraxılmır. Ermənistandakı bu laboratoriyalar Pentaqon üçün fərqli vəzifəni yerinə yetirir. Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda ABŞ laboratoriyaları şəbəkəsinin yaranması təkcə respublika hakimiyyətinin maddi motivasiyası ilə deyil, Vaşinqtonun siyasi məcburiyyəti ilə də əlaqələndirilə bilər. Bu şəbəkənin 2008-ci ildə fəaliyyətə başlaması təsadüfi deyil. Amerikalılar məhz buna görə 2008-ci ildə iğtişaşlarla nəticələnən prezident seçkilərini tanıdı”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ