şənbə günü, 31 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Ermənistan faşizm ideologiyasını dövlət siyasətinə çevirib”

Image


«Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən faktlar saysız-hesabsızdır. Bu faktların çoxluğu fonunda dünya birliyi tərəfindən işğalçı dövlətə hələ də hansısa bir təzyiqin göstərilməməsi Ermənistan hakimiyyətinin gündən-günə daha da ərköyünləşməsinə, ən əsası bu istiqamətdə üzə çıxan yeni faktlardan zərrə qədər də narahat olmamasına, əksinə, nasizmi əməli işdə dəstəkləməsi kimi məqamların açıq-aşkar nümayişinə səbəb olur. Hakimiyyətə gəldiyi gündən qeyri-adekvat addımları ilə siyasətdən nə qədər uzaq olduğunu, tarixi faktları əcdadlarının xislətinə uyğun saxtalaşdırmaq yolunu tutduğunu, hətta İkinci Dünya müharibəsində faşizm üzərində böyük Qələbənin 75 illiyi ərəfəsində insanlığa qənim kəsilmiş nasizm ideologiyasının qızğın təbliğatçısı olduğunu, utanıb-qızarmadan faşistlərə xidmət edən erməni sələflərinin ünvanına mədhiyyələr yağdırdığını nümayiş etdirən “demokrat libasına bürünmüş” baş nazir Nikol Paşinyan yenə də növbəti olayla gündəmin mövzusuna çevrilib. Belə ki, bir çox insanların sosial mediada müharibədə iştirak etmiş ata-babalarına aid foto və məlumatlar paylaşması axınına qoşulan Ermənistanın baş naziri Nikol Paşinyan bu paylaşımı ilə nəinki dünya ictimaiyyətinin, hətta öz ermənilərinin də sərt reaksiyası ilə üzləşib. Həmin paylaşım araşdırmaların aparılmasına və belə bir faktın açıqlanmasına səbəb olub ki, Paşinyanın bu gün adını daşıdığı gorbagor babası 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

İşğalçı ölkənin indiki qaragüruhçu hakimiyyətinin tarixi həqiqətin üzə çıxmasından ciddi narahatlıq keçirdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin saytında dərhal bu faktı inkar edən məlumatın dərc olunması dünya və erməni ictimaiyyəti arasında müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz:“Həmin gülünc məlumatda bildirilir ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb. Bax, bu da növbəti erməni riyakarlığı, növbəti erməni fitnə-fəsadı! Bu günə qədər tarixi torpaqlarımızı öz adlarına çıxıb, Dağlıq Qarabağın Ermənistana məxsusluğunu həyasızcasına dilə gətirib, hətta sonralar müstəqil dövlət kimi fəaliyyət göstərdiyini iddia edən işğalçı ölkənin hoqqabaz, diletant rəhbərindən nəhayət özü ilə bağlı əsl həqiqətin üzə çıxmasından sonra utanıb-qızarmasını, faşizm ideologiyasının qurbanlarının doğmalarından və yaxınlarından üzr istəməsini, hətta ən azı məcburiyyət qarşısında qalıb tarixi faktları təsdiq etməsini gözləmək sadəlövlük olardı.» V.Rəhimzadə qeyd edib ki, son illərdə işğalçı Ermənistanın mərkəzində və digər bölgələrində faşist canilərinin - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması faşizmə olan rəğbətin bariz nümunəsidir: “O da məlumdur ki, Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə İrəvan şəhərinin mərkəzində nasist Njdenin heykəlinin açılış oldu. Halbuki bu üzdəniraq “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında çoxlu sayda faktlar xarici ölkələrin arxivlərində kifayət qədərdir”.

Baş redaktor bildirib ki, dövlət başçısı İlham Əliyev istər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də dünyanın nüfuzlu mətbu orqanlarına verdiyi müsahibələrdə daim bu məsələyə xüsusi diqqət yönəldir: «Möhtərəm Prezidentimiz İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də bildirdi ki, İkinci Dünya müharibəsində ermənilər faşistlərlə yaxından əməkdaşlıq edib, Ermənistan açıq-aşkar şəkildə faşizm təlimlərini yayır, faşizm cəlladlarını qəhrəmanlaşdırır. «Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir» söyləyən cənab İlham Əliyev onu da vurğulayıb ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə bildirmişdir ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Njdenin təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb».

«Dövlət başçısının bu bəyanatları işğalçı ölkədə ciddi narahatlığa səbəb olduğundan Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat verib. Yenə də reallığın inkarı. Əvvəldə də qeyd etdiyimiz kimi, illər boyu tarixi saxtalaşdırmaq yolunu tutan bir dövlətin hər hansı bir məsələ ilə bağlı bəyanatının yalan və uydurma faktlar üzərində qurulması da adi haldır» söyləyən V.Rəhimzadə qeyd edib ki, bəyanatda əksini tapan fikirlər faşizm üzərində Qələbəyə ləkə olmaqla yanaşı, həm də çox gülünc görünür:“İddia olunur ki, guya Azərbaycan Qələbənin 75 illiyi münasibəti ilə antierməni siyasətini bu kontekstdə istifadə edir. Daim fakt qarşısında aciz qalan işğalçı dövlət bu gün də həmin acizliyini belə sərsəm bəyanatlar səsləndirməklə ört-basdır etməyə çalışır”.

Baş redaktor diqqəti ölkə Prezidenti İlham Əliyevin ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı zamanı ermənilərə ünvanladığı tutarlı faktlara yönəldib: “Möhtərəm Prezidentimiz “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etmişdir. Cənab İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı işğalçı dövlətə tutarlı cavab oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, eyni zamanda, digər beynəlxalq qurumların və dövlətlərin qərar və qətnamələrində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu əsaslı şəkildə qeyd olunur, eyni zamanda, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Amma beynəlxalq ictimaiyyətin obyektiv tələbinə məhəl qoymayan işğalçı Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nda dünya birliyi tərəfindən qəbul olunmayan, beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə zidd addım kimi dəyərləndirilən “seçkilər” keçirməklə özünə təsəlli verməyə çalışır ki, güya bu ərazi onlara məxsusdur. Artıq dünya həqiqətə həqiqət gözü ilə baxmağın zamanı olduğunu atdığı addımları ilə təsdiqləyir. Dövlətimizin münaqişənin həllində mövqeyi dəyişməzdir: Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapmalıdır. Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının Sammitində Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini bir daha dünyaya bəyan etmişdir. Möhtərəm Prezidentimiz bu məqamı da təəssüf hissi ilə qeyd etmişdir ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Cənab İlham Əliyev bu çağırışı etmişdir ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

V.Rəhimzadə vurğulayıb ki, bu gün arxiv sənədləri də Nikol Paşinyanın babasının faşistlərin tərəfindən döyüşdüyünü təsdiqlədiyi halda, Ermənistan rəsmilərinin bu faktı inkar yolunu tutmaları dövlətimizin başçısı İlham Əliyevin Aşqabad Sammitində söylədiyi faktların qarşısında Nikol Paşinyanın bu canini müdafiə etməsini xatırlamağı zərurətə çevirir. O, Njdenin həbs düşərgəsində olmasını belə əsaslandırmışdı ki, Soljenitsin də həbs düşərgəsində olub. Bu iki şəxsin arasında müqayisə aparmağın özü heç bir məntiqə sığan addım deyil. Dövlətimizin başçısı həmin çıxışında Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etməyin həyasızlığın yüksək dərəcəsi olduğunu bəyan etmişdi.

V.Rəhimzadə bu təhlillər əsasında belə bir qənaətə gəlir ki, işğalçı ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq, yenə də əvvəlki rejimin mahiyyəti dəyişməz olaraq qalıb: “Bugünümüzün əsas tələbi Ermənistana dünya ictimaiyyəti tərəfindən çox sərt şəkildə «dur» söylənilməsidir. Nə qədər ki Ermənitsan bu təzyiqlərdən uzaqdır, belə faktların aşkarlanması onlar üçün adi hal olmaqla yanaşı, nə qədər qəribə görünsə də, hətta qürurvericidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ