Paşinyanın hitlerçi babası ilə bağlı son məlumatları təkzib etməyə çalışması şübhələri daha da artırdı. İndi daha çox adamlar möhkəm inanır ki, Ermınistan baş nazirinin babası vaxtilə faşistlərə əlaltılıq edib və vətən xaini olub.
Bu sözləri baki-xeber.com-a politoloq Aydın Quliyev Ermənistan baş nazirinin hitlerçi babası ilə bağlı faktların ortaya çıxmasını şərh edərkən deyib. A.Quliyevin sözlərinə görə, bu faktların faşist əlaltıları olan Njde və Dronun ətrafında Ermənistan üçün heç də əlverişli olmayan beynəlxalq rüsvayçı qalmaqalın yaşandığı dövrdə üzə çıxması ikiqat zərbədir:”Əgər Paşinyan səmərəsiz təkzibin əvəzinə babasına aid faktın etirafı yolunu tutsaydı, daha səmimi görünə bilərdi. Bu halda Paşınyan nusbətən daha güclü bir arqumentə sahib ola bilərdi ki, babanın 70 il əvvəlki cinayəti üçün övladları və nəvələri məsul tutmaq olmaz. Ancaq Paşinyan babasının hitlerə satqınlıq etməsi faktını danmaqla başqa nəticələr çıxarmağa əsas verir”.
Politoloqun sözlərinə görə, baba Paşinyanın hitlerə satqınçılıq etməsi faktı sübut edir ki, nəvə Paşinyanın Njde və Dro sevgisi həqiqətən faşizm təəssübkeşliyinə söykənir:”Paşinyan faşizm təəssübkeşi olmasaydı, faşist cəlladlara Ermənistanda qoyulmuş abidələri belə ürəkdən müdafiə etməzdi. Paşinyanın faşizmə təəssübkeşliyinin arxasında babasının vaxtilə Hitlerə satılması faktı əsas rol oynayır. Şübhə yoxdur ki, bu gün Paşinyan faşist Njdenin heykəlini qorumaqla əslində öz babasının SSRİ-yə xəyanətinə haqq qazandırır”.
A.Quliyev sonda onu da qeyd etdi ki, Paşinyanlar ailəsi "Hitlerə satılmışlar"ayamasını silinməz şəkildə qazandı.
Baki-xeber.com