şənbə günü, 31 oktyabr 2026
     

Qürbətdə dəfn edilmiş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının qəbirüstü abidələri - varmı, nə vəziyyətdədir...

Image


İkinci Dünya Müharibəsi zamanı göstərdikləri misilsiz şücaətə görə 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Məlum olduğu kimi, Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb.

Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibədə 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər.  İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov olub.

Bildiyimiz kimi, müharibə illərində Azərbaycan oğulları Almaniya, Fransa, İtaliya, Polşa, Macarıstan və s. ölkələrin də faşizmdən müdafiəsi uğrunda həlak olublar. Onların məzarları həmin ölkələrdədir. 

Bu gün bir neçə Sovet İttifaqı Qəhrəmanı adını daşıyan soydaşımızın məzarı yad ellərdə olsa da, həmin xalqlar Azərbaycan oğullarının məzarlarını ziyarət yerinə çeviriblər.

Azərbaycanın Macarıstandakı səfiri, görkəmli ədəbiyyatşünas-alim, professor Vilayət Quliyevin 9 May günü şəxsi “Facebook” səhifəsində etdiyi maraqlı bir paylaşım diqqətimizi cəlb etdi. Səfir Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin məzarını ziyarət etmək məqsədilə onun dəfn edildiyi məzarlığa gedib. “…Budapeştin 45 km.-də yerləşən Vaşad qəsəbəsi uğrunda faşistlərə qarşı döyüşlərdə həlak olmuş həmvətənimiz, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin məzarını ziyarət etdik. Koronavirusun qorxusundan düşmən gülləsindən qorxmayan igidləri yad etməmək insafdan deyil. Çox güman ki, yaxın vaxtlarda kiçik bir şəhəri xatırladan Vaşad qəsəbəsində Mirzə Vəliyev küçəsi də olacaq...” - deyə səfir qeyd edib.

Mirzə Dövlət oğlu Vəliyev 31 avqust 1923-cü ildə Quba qəzasının Yuxarı Ləgər kəndində doğulub. Döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarus, Rumıniya, Bolqarıstan və Macarıstandan keçən qəhrəmanın ömrü 6 noyabr 1944-cü ildə 21 yaşında Macarıstanda ( Peşt-Piliş-Şolt-Kişkun) sona çatıb.

1917-ci ildə Naxçıvan MR-in Babək rayonunun Cəhri kəndində  doğulan Sovet İttifaqı Qəhrəmanı Əkbərov Qəzənfər Qulam oğlunun ömrü 3 avqust 1944-cü  ildə Polşanın Mazovets voyevodasında başa çatıb, orada da dəfn edilib.

1922-ci ildə Bakıda doğulan Sovet İttifaqı Qəhrəmanı Əmi Ağa oğlu Məmmədov 26 mart 1944-cü ildə Ukraynanın Mikolayev şəhərində qəhrəmancasına həlak olub. Məzarı həlak olduğu yerdədir.

1920-ci ildə Baydarlıda doğulan Sovet İttifaqı Qəhrəmanı Məmməd Cəbrayıl oğlu Məmmədov 1945-ci ilin 24 yanvar tarixində Almaniyada həlak olub və Almaniyanın Ratowice, Lower Silesian Voivodeship ərazisində dəfn olunub.

1918-ci ilin 22 dekabr tarixində Bakının Novxanı kəndində doğulan əfsanəvi Mixaylo - Mehdi Hənifə oğlu Hüseynzadə 2 noyabr 1944-cü ildə 25 yaşında İtaliya krallığının (indiki Sloveniya) Vitovlye kəndində həlak olub və məzarı da Sloveniyada yerləşir.

1920-ci ildə Cəbrayılda doğulan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov 1944-cü ilin 2 sentyabr tarixində Polşada həlak olub və məzarı Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıqdadır.

Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov 1923-cü ildə Qaryagin qəzasında (Cəbrayıl rayonu) Şahsevən elində doğulub. 1944-cü ilin 12 noyabr tarixində Rumınyanın Marqit adasında həlak olub və məzarı da sözügedən adada yerləşir.

1918-ci ildə Tovuz rayonunun Əsrik-Cırdahan kəndində doğulan Əliyev Məstan Aslan oğlu 23 aprel 1945-ci ildə 27 yaşında Almaniyada qəhrəmancasına həlak olub, Berlində dəfn edilib. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Sovet İttifaqı Qəhrəmanı Dadaşov Məhərrəm Əkbər oğlu 15 fevral 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində doğulub, 17 sentyabr 1944-cü ildə isə Rumınyada həlak olub və burada da dəfn edilib.

Bayramov İsmayıl Xəlil oğlu 1900-cü ildə Sevastopolda doğulub, 10 fevral 1945-ci ildə Polşada həlak olub və orada dəfn edilib.  

Qürbətdə dəfn edilmiş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının qəbirüstü abidələri varmı? Onların xatirəsinə uğrunda həlak olduqları xalqlar və dövlətlər tərəfindən ehtiram göstərilirmi?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparacı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli hesab edir ki, faşizm üzərində Qələbənin 75 illiyi ilə əlaqədar olaraq İkinci Dünya Müharibəsində misilsiz döyüş yolu keçərək həlak olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi sahəsində çox iş görülməlidir. O hesab edir ki, İkinci Dünya Müharibəsi dövründə xalqların, dövlətlərin faşizmdən müdafiə olunması üçün şücaət göstərən azərbaycanlıların heç də hamısının xatirəsi lazımi səviyyədə əbədiləşdirilməyib: “İkinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlılar var ki, onların xeyli bir qismi Polşada, Ukraynada, Rumıniyada, Almaniyada, Macarıstanda və digər ölkələrdə həlak  olublar və həmin ölkələrdə də dəfn ediliblər. Məsələn, Qəzənfər Əkbərov Polşada, Əmi Məmmədov Ukraynada, Məmməd Məmmədov Almaniyada, Mehdi Hüseynzadə Sloveniyada, Cəmil Əhmədov Polşada və başqaları qürbət ölkələrdə həlak olublar. Sözün açığı, istər adlarını qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanları, istərsə də digəriləri Rumıniyada, Polşada, Almaniyada Sovet döyüşçülərinə aid məzarlıqlarda, yaxud da bu və başqa ölkələrin kəndlərində dəfn ediliblər. Əlbəttə, faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı qürbətdə həlak olub orada dəfn edilən Sovet İttifaqı Qəhrəmanlarının həmin ölkələrdə xatirələrinin əbədiləşdirilməsi məsələsi diqqət mərkəzinə gətirilməlidir. Fikrimcə, bu gün bizim daha çox imkanımız var ki, müxtəlif ölkələrdə dəfn edilən azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının məzarlarının yerini yenidən müəyyən edək, onların həmin ölkələrdə adlarına küçə verilməsinə, abidə qoyulmasına nail olaq. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmalıyıq. Düzdür, vaxtilə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları ilə bağlı həmin ölkələrdə müəyyən işlər görülüb. Amma yenidən bu məsələnin gündəmə gətirilməsi vacibdir. Hesab edirəm ki, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi üçün yeni işlərin görülməsinə ehtiyac var”.

F.Ələkbərli hesab edir ki, Sovet İttifaqı Qəhrəmanları mövzusunu diqqət mərkəzində saxlamalı və Azərbaycandan kənarda dəfn edilən bu qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün addımlar atılmaldır. “Polşa, Rumıniya, Ukrayna, Macarıstan, Almaniya və digər ölkələrin aidiyyəti qurumları ilə əlaqə saxlanmalı və həmin ölkələrdə dəfn edilən azərbaycanlı Sovet İttifaqı  Qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atılmaldır. Bu çox müsbət  iş olardı” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ