Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə erməni faşizmi barədə çıxışlarının intensivləşməsi Ermənistanın əndişələrini artırmaqla bərabər, düşmən ölkəni bəzi uğursuz cavab və ya özünümüdafiə addımlarına da məcbur edir.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri özünün facebook səhifəsində “Bakı Xəbər” qəzetinin və eyniadlı saytın baş redaktoru, politoloq Aydın Quliyev yazıb. Erməni mətbuatının Azərbaycan Prezidentinin dəmir arqumentlərinə elə erməni xislətinə uyğun – həyasız bir saxtakarlıqla cavab vermə çabalarına diqqət çəkən politoloq daha sonra yazır:
Düşmənin reaksiyalarından hiss olunur ki, yaranmaqda olan "ən müasir faşist ölkə" imicinin qarşısını almaq üçün hərəkətə keçiblər. Olan-yalan-palan - ağıllarına gələni fakt və ya reallıq kimi qələmə verir, dünyanı "biz faşizm üzərində qələbəyə töhfə vermişik" kimi içi dolu ziddiyyətə inandırmaq istəyirlər. Yazırlar ki, guya ermənilər Böyük Vətən Müharibəsinə 600 min əsgər veriblər. Bu 600 min əsgər söhbəti uydurma mahiyyətinə görə 1.5 milyon erməninin saxta genosid iddialarından da qabağa gedir. Təsəvvür edin ki, Ermənistan əhalisi hələ indi-indi 2.5 milyona güc-bəla ilə çatdırılır. 80 il əvvəl Ermənistanın orduya 600 min əsgər verməsi üçün 1.8-2 milyon əhalisi olmalı idi. Araşdırmalara görə, o zaman Ermənistanda 1.3 milyondan çox adam yaşamırdı. Onun da azı 200 mini etnik azərbaycanlılar idi. Belədə, Ermənistan müharibəyə 600 min əsgəri necə göndərə bilərdi?! Necə ola bilər ki, əhalisi bütün dövrlərdə Ermənistandan azı 3 dəfə çox olan Azərbaycan da müharibəyə 600 min, Ermənistan da 600 min əsgər göndərsin?! Ermənilərin vaxtaşırı artan həyasızlığından heyrətini gizlətməyən A.Quliyev sonda təəssüflə qeyd edir ki, “Ermənilər rəqəm saxtakarlığının özləri üçün ifşaedici fəsadlarından hələ də əl çəkmirlər...”
Baki-xeber.com