şənbə günü, 31 oktyabr 2026
     

Əliyevin Rusiya KİV-nə faşist Njde barədə dedikləri Ermənistan XİN-i o qədər narahat etdi ki…

Image


Prezident İlham Əliyevin Rusiyanın populyar TASS agentliyinə müsahibəsində İkinci Dünya Müharibəsində ermənilərin faşistlərlə yaxından əməkdaşlıq etdiyinə, Ermənistanın açıq-aşkar şəkildə faşizm təlimlərini yaydığına, faşizm cəlladlarını qəhrəmanlaşdırdığına dair diqqətçəkən fikirlər bildirib.

“...Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Yeri gəlmişkən, Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə deyirdi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adama Ermənistanda 6 metr hündürlüyündə heykəl qoyulur. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edir” - deyə bildirən Prezident İlham Əliyev Ermənistanın həyata keçirdiyi nasist yönümlü siyasəti kəskin ifşa edib. Prezident İlham Əliyevin səsləndirdiyi haqlı fikirlər Ermənistanın ciddi şəkildə narahatlığına səbəb olub və bununla bağlı Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat verib. Tamamilə yalan və uydurma fikirlər üzərində qurulan bəyanatda ermənilər öz aləmlərində Azərbaycanı tarixi irsi saxtalaşdırmaqda ittiham etməyə cəhd edirlər. Ömrü boyu ləyaqət hissinin nə olduğunu bilməyən bir dövlətin bu cür bəyanatlar səsləndirməsi faşizm üzərində Qələbəyə ləkə olmaqla yanaşı, həm də çox gülünc görünür. Erməni XİN-i əsassız olaraq iddia edir ki, guya Azərbaycan Qələbənin 75 illiyi münasibətilə antierməni siyasətini bu kontekstdə istifadə edir. Bəyanatda qeyd edilir ki, Ermənistan vətəndaşları müharibədə həm Sovet ordusunun, həm də milli diviziyaların tərkibində vuruşublar, guya ermənilər onların xatirəsini hörmətlə yad edirlər. “Həmin qəhrəmanlar bizim bu dövrə aid tariximizin ən böyük sübutlarıdır ki, biz faşizmə qarşı mübarizə aparmışıq. Bizim bu mövqeyimiz təkcə sözdə deyil, həm də əməlimizdədir” - deyə yayılan, tarixi saxtalaşdırmaq üzərində qurulan bəyanatda daha sonra deyilir ki, Ermənistanda “qəhrəmanlar”ın abidəsinin heç birinə toxunulmayıb və hamısı yerində durur. Saxtakarlıq üzərində köklənən bəyanatda Ermənistan XİN-in sözçüsü daha da həyasızlıq edərək, Sovet illərində Çardaxlı kəndində Böyük Vətən Müharibəsi “qəhrəmanları” - Avanes Baqramyana və Babacanyana qoyulmuş abidənin nə zaman bərpa olunacağından bəhs edir. Faşist əlaltılarına heykəl ucaldan Ermənistan dövlətindən bundan fərqli münasibət gözləmək olmaz. Baqramyan və Babacanyan da faşistlərlə əməkdaşlıq etmiş erməni cəlladlarıdır. Məlumdur ki, Azərbaycanda heç zaman faşizm əlaltılarına heykəl qoyulmayıb və qoyulmayacaq da. Yəqin bunu faşistpərəst siyasət aparan Ermənistan yaxşı bilir.

  • “Yaradılmasına ehtiyac olan komissiya Baqramyanın da faşistlərlə əlbir olması...”

Azərbaycan Milli Elmlər Akadmiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev Ermənistan XİN-in yaydığı bədnam bəyanatı baki-xeber.com-a şərh edərkən bildirdi ki, bəyanatda yer alan fikirlərin heç biri həqiqət deyil. Azərbaycan Prezidentinin hər zaman faktlara söykənərək haqlı fikirlər bildirməsinin Ermənistanı narahat etdiyini deyən Q.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyev yalnız indi deyil, digər müsahibə və çıxışlarında, görüşlərində Ermənistanın həyata keçirdiyi faşizm siyasətini ifşa edib. Ermənistan XİN-in məlum bəyanatının heç bir həqiqətə, tarixi fakta söykənmədiyini deyən Q.Hacıyev hesab edir ki, ermənilər bir əlində iki qarpız tutmağa adət etmiş toplumdur: “Son dövrlər Ermənistan Azərbaycan Prezidentinin onların həyata keçirdiyi faşizm, nasizm siyasətini ifşa etməsindən bərk narahatdır. Onlar saxta, qeyri-tarixi, uydurma fikirlər səsləndirməklə dünya qarşısında özlərini təmizə çıxarmaq istəyirlər. Ermənistan həm Njdeyə və digər faşist əlaltılarına heykəl qoyur, onları “qəhrəmanlaşdırır”, həm də faşizm üzərində qazanılan Qələbədə “böyük payı” olduğunu iddia edir. Küçədən hakimiyyətə gələn və dövləti “küçə diplomatiyası” ilə   idarə edən Paşinyan Ermənistanla bağlı beynəlxalq aləmdə bildirilən əsaslı, haqlı tənqidlərə də küçə təfəkkürü ilə reaksiya verir. Belə olmasaydı, Ermənistan XİN bu çürük bəyanatı yaymazdı. Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı  keçmiş SSRİ-yə daxil olan respublikalar tədbirlər görürlər. Əlbəttə, Böyük Vətən Müharibəsində hər bir respublikanın insanları əziyyət çəkib, maddi, canlı itkilər verib. Bu müharibədə Ermənistan başqa respublikalar qədər böyük itki verməyib. Ermənistan istəyir həm faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə keçirilən tədbirlərdə “birinci sıra”da dayansın, amma faşizmi dəstəkləməkdən və onu dövlət siyasətinə çevirməkdən də əl çəkmir. Bu ziddiyyəti hər kəs açıq görür. Faşizmi təbliğ edən, faşist əlaltısına heykəl qoyan bir ölkə Qələbənin 75 illiyi ilə bağlı təntənəli mərasim keçirməyə iddia edir. Bu da Azərbaycan dövlətinin haqlı iradına, tənqidinə səbəb olur. Azərbaycanın dövlət başçısı açıq görür ki, Ermənistan ikiüzlü siyasət yeridir. Bu baxımdan, Azərbaycan Prezidenti də, Azərbaycan xalqı da, Azərbaycan KİV-i də, alimləri də Ermənistanı haqlı olaraq tənqid edir. Sizə bir fakt deyim, bu gün Ermənistanda Böyük Vətən Müharibəsində iştirak edən veteranlardan çox, faşist əlaltılarının xatirəsinə ehtiram göstərilir, onlara heykəllər ucaldılır. Ermənistanın bu davranışı heç kəsin gözündən yayınmır”.

Baqramyan və Babacanyanın heykəli ilə bağlı məsələyə gəlincə, Q.Hacıyev qeyd etdi ki, bu gün beynəlxalq tərkibdə bir komissiya yaradılmalı və Baqramyan və Babacanyanın həqiqətən də Sovet İttifaqı Qəhrəmanı adını daşımağa layiq olub-olmadığı araşdırılmalıdır. “Baqramyanın və Babacanyanın Çardaxlıdakı abidəsinə gəlincə, ermənilərin bu saxta iddiaları da ifşa olunmaqdadır. Bizim gözəl bir el məsəlimiz var: “utanmasan, oynamağa nə var ki...”. Ermənilər 200 ildir gəlib yerləşdikləri Azərbaycan torpaqlarında Azərbaycan xalqına aid abidələri, tarixi-mədəni irsi məhv edib, terror, deportasiya, işğallar törədiblər ki, bunlar heç tarixlərə sığmaz. Ermənistan Baqramyanın, Babacanyanın heykəli haqqında danışmaqdansa, Şuşada, Xocalıda və digər Azərbaycan torpaqlarında törətdikləri cinayətlərdən utanmalıdırlar və buna görə cavab verməlidirlər. Şuşa kimi əzəmətli qədim şəhərimizdə, eləcə də işğal etdikləri digər ərazilərimizdə maddi-mədəni irsimizə divan tutublar. Şuşada mütəfəkkirlərimizin - Bülbülün, Üzeyir bəyin, Natəvanın heykəllərini güllələyiblər, Vaqifin məqbərəsini, Xan qızının çəkdirdiyi kəhrizi, məscidləri darmadağın ediblər. Bu faktlara göz yumub utanmadan Baqramyanın, Babacanyanın abidəsindən danışırlar. Baqramyan kimdir ki? Njde kimi faşist əlaltılarından biri də odur. Son dövrün araşırmaları Baqramyan haqqında və digər ermənilər barədə çox ciddi faktlar ortaya qoyub. Ermənilər Böyük Vətən Müharibəsində can qoymaq əvəzinə, canlar alıblar. Müharibədə qeyri-erməniləri siyasi baxımdan dolaşdıraraq məhv ediblər. Njdenin də, Baqramyanın da əməllərində bu faktlar var. Biz onlara böhtan atmırıq, həqiqəti deyirik. Gedib hələ araşdırsınlar görək qarşılarına hansı faktlar çıxır və bu faktlardan utanacaqlarmı. Baqramyan bir qatildir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, xalqımızın böyük qəhrəman oğlu Həzi Aslanovun müharibədə müəmmalı şəkildə həlak olmasının baiskarı Baqramyandır. Hətta Həzi Aslanovun Baqramyanın sifarişi ilə qətlə yetirildiyinə dair faktlar var. Bu danılmaz faktdır. Bu tarixi həqiqətə ermənilər cavab versinlər.

Bütün bu faktların dünyaya sübut olunması üçün beynəlxaq komissiyanın yaradılmasına da ehtiyac var. Yaradılmasına ehtiyac olan komissiya Baqramyanın da faşistlərlə əlbir olması, Həzi Aslanovu qətlə yetirtməsi ilə bağlı həqiqəti üzə çıxardıqdan sonra Baqramyanın adını tarixdən də silmək tam mümkündür, nəinki onun heykəlini ucaltmaq. Eyni zamanda, bizim alimlər də bu yöndə yeni tədqiqatlar aparmalıdırlar. Ermənistan XİN-in bu bəyanatı tamamilə cəfəngiyyatdır. Mən və digər tarixçilər erməni saxtakarlığının ifşa edilməsi məsələsində Azərbaycan dövlətinin və cənab Prezidentin tutduğu mövqeyi müdafiə edirik, qoruyuruq. Hesab edirik ki, Ermənistanın bu cəfəngiyyatları davam etdikcə, bizdən haqlı cavablarını alacaqlar” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ