Mayın 1-də Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.
Baki-xeber.com xəbər verir ki, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışa aşağıdakı istinad yer alır: “Bu baxımdan, Roma Papası Fransiskin 2 oktyabr 2016-cı il tarixində Bakıdakı (Azərbaycan) Heydər Məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir”.