Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Süleyman Rəhimov

Image


Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü il martın 22-də Qubadlı rayonunun Əyin kəndində anadan olub. Atası Hüseyn bəy, anası Gülsabah xanımdır. Atası Hüseyn bəy oğlunun təhsil almasına çox çalışıb. Süleyman kənd mollasından əlifbanı öyrənib, sonra Qubadlıda beşillik rus məktəbində oxuyub.

Gələcək ədibin uşaqlıq və gəncliyi çətin illərə, inqilabi mübarizələr və sarsıntılar dövrünə təsadüf edib. O, milli dövlətin qurulduğu və fəaliyyət göstərdiyi illəri görüb. Azərbaycanda Sovet hakimiyyəti milli demokratik respublikanı devirdikdən sonra Süleyman Rəhimov nahiyə inqilab komitəsində kənd mirzəsi işləyib. 1921-ci ildə Şuşada açılan pedaqoji kursa göndərilib və burada təhsilini başa vurduqdan sonra Qubadlı, Laçın, Zəngəzur rayonlarında bir müddət müəllimlik edib. Müəllimliklə yanaşı o, çalışdığı kənd və rayonlarda həm də ictimai işlərdə fəal iştirak edib. Təhsilinin azlığını hiss edən Süleyman 1928-1931-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxuyub, həm də savadsızlığı ləğv edən kurslarda dərs deyib. Ədibin yazıçılıq fəaliyyətinə başlaması bu illərə təsadüf edir. O, hələ universitet tələbəsi ikən “Şamo” romanının ilk variantını yazıb və bu roman 1931-ci ildə çapdan çıxıb.

Süleyman Rəhimov universiteti bitirdikdən sonra bir müddət partiya və dövlət işlərində fəaliyyət göstərib. O, Rayon Partiya Komitəsinin katibi, Bakı Partiya Komitəsində təbliğat işləri üzrə katib, Azərbaycan Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1941-45-ci illər müharibəsi dövründə Sovet qoşun hissələri ilə Təbrizə gedib. Cənubi Azərbaycanın bir çox şəhər və kəndlərini gəzib, “Vətən yolu” qəzetində “Səngərli” imzası ilə çıxış edib, Təbriz uşaqlarının ağır həyatını təsvir edən “Nənəmin ölümü” hekayəsini yazıb.

Süleyman Rəhimov Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan bir ədib kimi tanınıb. Yarım əsrlik yaradıcılıq fəaliyyəti ərzində o, nəsrdə ədəbiyyatımızın bu dövrünün ən mühüm vəzifələrini həyata keçirib, xalqımızın tarixini və həyatını əks etdirmək yolu ilə irəliləyib.

Süleyman Rəhimov, hər şeydən əvvəl, tanınan bir romançıdır. Azərbaycan romanının təşəkkülü və inkişafı bilavasitə yazıçının yaradıcılığı ilə sıx bağlıdır. Maraqlıdır ki, Süleyman Rəhimov ədəbiyyata romanla gəlib və roman bütün çoxillik yaradıcılıq fəaliyyəti dövründə onun nəsrinin əsas janrı olaraq qalıb. Doğrudur, Süleyman Rəhimovun nəsri janr cəhətdən rəngarəng və müxtəlifdir. O, hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkidə yazılan nəsr əsərlərinin də müəllifidir. Fəqət bununla belə o, hər şeydən əvvəl, mahir və usta bir romançıdır. Roman ədibin yaradıcılığında əsas və mərkəzi yer tutur. Onun qələmindən çıxan romanlarda xalqımızın həyatı, milli xarakteri elə geniş və realist dərinliklə əks olunur ki, bu romanlar yalnız ədibin yaradıcılığında deyil, yeni dövr Azərbaycan ədəbiyyatında da mühüm hadisələrdən hesab edilir.

Süleyman Rəhimov çoxcildli romanların müəllifidir. Onun “Şamo”, “Saçlı” romanları bu

cəhətdən xüsusilə diqqətəlayiq əsərlərdir. Həmin romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai hadisələri və konfliktləri içərisində təsvir edib, əsas obrazların xarakterlərini açıb, insani keyfiyyətlərini göstərib. Süleyman Rəhimov ədəbiyyata “Şamo” romanı ilə gəlib və bu əsər üzərində əlli ilə yaxın çalışıb. Romanın 1931-ci ildə işıq üzü görən variantı çox yığcam və kiçik həcmli olub. Xeyli keçəndən sonra, 1940-cı ildə əsərin hadisələrin epik təsvirini verən yeni variantının birinci cildi, 1949-cu ildə isə ikinci cildi çapdan çıxıb. Bu roman müasir Azərbaycan ədəbiyyatının böyük bədii nailiyyəti olaraq qarşılanıb. Romanın üçüncü cildi 1964-cü ildə, sonuncu cildi isə 1978-ci ildə nəşr olunub. Beləliklə, “Şamo” ədibin, demək olar ki, yaradıcılıq fəaliyyətinin böyük bir dövrü ərzində onunla yol yoldaşı olub. Arada “Saçlı”, “Ağbulaq dağlarında”, “Ana abidəsi”, “Qafqaz qartalı” romanlarını və bir neçə povestini yazsa da, yazıçı fikrən “Şamo”dan, onun qəhrəmanlarından ayrılmayıb. Romanın gələcək taleyi, hadisələrin necə inkişaf edəcəyi, qəhrəmanların mübarizəsi və həyatı onu heç vaxt rahat buraxmayıb. O, məqalələrinin birində yazırdı ki, “Bədii yaradıcılıq dərin tədqiqat və psixoloji axtarışdır”. Ədibin romanlarının hər biri, o cümlədən “Şamo” da bunu təsdiq edir. Roman üzərində yazıçının çoxillik işini həqiqətən də “dərin tədqiqat və psixoloji axtarış” hesab etmək olar.

Roman əsrin əvvəllərində, daha dəqiq desək, 1917-1920-ci illrdə Azərbaycanda cərəyan edən hadisələri, xalq hərəkatını, mürəkkəb ictimai prosesləri epik vüsət və genişlikdə əks etdirir. Vaxtilə bu cür əsərlərin mövzusu və buna uyğun olaraq onların janrı inqilabi-tarixi mövzu və janr kimi təyin edilirdi. Fəqət qeyd edilməlidir ki, inqilabi-tarixi cəhət bu romanın mövzu və janrının yalnız bir xüsusiyyətidir. Əslində, “Şamo” yalnız inqilabi prosesləri yox, XX əsrin əvvəllərində Azərbaycan xalqının milli azadlıq hərəkatını əks etdirən bir romandır. Yazıçı bu roman vasitəsilə Azərbaycanın 1917-1920-ci illərdəki sosial mənzərəsini canlandırmağa çox böyük əhəmiyyət verib. Yazıçının qəhrəmanları Şamo və Fərzəli yaranan sosial mübarizənin alovları içərisində bərkiyir və mətinləşir. Şamo romanda böyük bir mübarizə məktəbi keçir, siyasi mübarizədə yeniləşir. Yazıçı Şamonun simasında siyasi hadisələr burulğanına düşən yeni Azərbaycan gəncliyinin obrazını təcəssüm etdirə bilib.

Aydındır ki, Süleyman Rəhimov “Şamo” romanını Sovet ədəbiyyatının prinsipləri mövqeyindən yazıb və buna görə romanda bir çox tarixi hadisələri, məsələn, 1918-1920-ci illərin hadisələrini - türk ordusunun xilaskarlıq məqsədilə Azərbaycana daxil olması, Müsavat hökuməti dövrü ilə bağlı əsl həqiqətləri olduğu kimi göstərə bilməyib. Fəqət bu cəhətlərlə yanaşı, əsərin əhəmiyyətini, Azərbaycan romanının inkişafında tutduğu yeri də danmaq olmaz. Qeyd olunmalıdır ki, 1917-1920-ci illərin hadisələri tariximizin son dərəcə mürəkkəb və ziddiyyətli hadisələrindəndir. Müxtəlif zamanlarda bu hadisələrə münasibət də, o cümlədən onların bədii ədəbiyyatda inikası da mürəkkəb olub. Süleyman Rəhimov həmin hadisələri 30-40-cı illərin ideoloji meyarlarından çıxış edərək romanında əks etdirib. Hazırda isə həmin hadisələrə daha obyektiv münasibət yaranmaqdadır və təbiidir ki, onları indi biz tamamilə yeni şəkildə, yeni siyasi təfəkkürlə izah etməli və qiymətləndirməliyik. Ancaq bu cür yanaşma romanın roman olaraq məziyyətlərini, onda dövrün mürəkkəb hadisələrinin əks olunması xüsusiyyətlərini görməyimizə və dəyərləndirməyimizə mane olmamalıdır. Əslində,“Şamo” mürəkkəb, ziddiyyətli, hətta faciəvi və dramatik bir epoxanın gerçəklərini, insanlarını təsvir etmək sahəsində milli romanımızın ilk təşəbbüsüdür və bu cəhəti ilə həm yazıçının yaradıcılığında, həm də ədəbiyyatımızın inkişafında mühüm bir hadisədir.

“Şamo”nun üzərində işlədiyi dövrdə Süleyman Rəhimov ikinci romanı olan “Saçlı”nı yazıb. Bu romanda da yazıçı böyük bir dövrü – 30-cu illərdən müharibənin qurtardığı illərə qədərki dövrü əhatə etməyə çalışıb.

Süleyman Rəhimov xalq qəhrəmanlarının obrazına əsərlərində geniş yer verən bir yazıçıdır. “Aynalı” povestində o, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin bənzərsiz obrazlarını yaradıb. 1942-ci ildə çapdan çıxan bu balaca kitabça cəmi 52 səhifə idi. Amma yazıçı qırxıncı illərdə Nəbi ilə bağlı şifahi və yazılı sənədləri toplayıb ayrıca kitabça şəklində dərc etdirib. Nəbi haqqında müstəqil epopeya olan üç kitablıq “Qafqaz qartalı” romanının birinci cildi 1971-ci, ikinci cildi 1973-cü, üçüncü cildi isə 1975-ci ildə çapdan çıxıb. Süleyman Rəhimov bu əsərə bütün Zaqafqaziyanın siyasi həyatını əhatə edən geniş bir roman xarakteri verib. Qaçaq Nəbi Süleyman Rəhimovun özünün mənsub olduğu Zəngəzur dağlarının oğlu idi və yazıçı onun əfsanəvi igidliyini əbədiləşdirməyə çalışıb. Əsərdə bir tərəfdən xalq fonu, digər tərəfdən qaçaqçılıq hərəkatı səhnələri, o bir tərəfdən isə Qafqaz çanişinliyinin dəftərxana həyatı əhatəli şəkildə qələmə alınıb. Yazıçının Nəbinin igidliyinə münasibəti daha çox romantik boyalarla verilir və onun xalq kökləri ön plana çəkilir.

Satirik nəsrin də bir sıra gözəl nümunələrini yaradan görkəmli ədib üçün psixoloji üslub daha çox səciyyəvidir. Müharibə illərində yazdığı “Medalyon”, habelə 60-cı illərdə qələmə aldığı “Məhtaban” povestləri nəsrimizdə bu üslubun parlaq nümunələri sayılmağa layiq əsərlərdəndir.

Süleyman Rəhimovun realist psixoloji üslubda yazdığı nəsr əsərlərindən biri də “Mehman” povestidir. Ədib onu 1944-cü ildə yazıb. Povestin qəhrəmanı Mehman qəhrəmanlar cərgəsində qeyd olunmağa layiqdir. Hətta belə demək olar ki, Mehman ədibin yaratdığı müsbət qəhrəmanlar sırasında özünəməxsus xüsusiyyətlərə malik bir insan portretidir və ədibin yaradıcılığında o, xüsusi bir yer tutur.

Uzun yaradıcılıq illəri ərzində yazıçı öz təfərrüatlı, sözlə yüksəlmiş olan yaradıcılıq üslubunu formalaşdırmışdı. Bu üslub bir tərəfdən yazıçının yaxşı bildiyi canlı xalq dilinə, onun şifahi ləhçəsinə, digər tərəfdən isə onun öz yaradıcı fantaziyasına söykənirdi. Böyük dövlət və partiya vəzifələrində işlədiyinə görə onun ərəb əlifbası ilə yazdığı əsərləri, demək olar ki, redaktə edilmir və yazıldığı şəkildə çap edilirdi. Onun romanlarının uzun və iki-üç cilddən ibarət olmasının bir səbəbi də bu idi. Bu xüsusiyyəti ilə yazıçı özünü dünya ədəbiyyatında epopeyalar yazmış klassiklərə bənzədir və bununla fəxr edirdi. Fəqət onun romanlarının çox uzun olmasına tənqidi yanaşanlar, bunu qüsur və uzunçuluq sayanlar da olub. Süleyman Rəhimov isə onun üslubunu tənqid edənlərə qarşı sərt mübarizə aparıb, öz

üslubunu bədii bir hal kimi müdafiə edib. Doğrusu, onun yaradıcılığı 1930-1950-ci illərdə nəsrimizin inkişafında özünəməxsus yer tutur. O, ədəbiyyatı həyatdan gələn zəngin tiplər qalereyası ilə zənginləşdirib, kənd mövzusunun, bir sıra folklor süjetlərinin işlənməsində böyük xidmətlər göstərib.

Bu da bir həqiqətdir ki, ədəbi prosesimizdə Süleyman Rəhimov yaradıcılığının özünəməxsus, sanballı bir yeri var. Roman janrının həyatı əhatə miqyası onun əsərlərində daha da genişlənib. “Şamo” romanı yarım əsrdən çox bir dövrü əhatə edir. “Saçlı” romanı ictimai quruluşdakı kəskin dəyişikliklərə və bunun meydana çıxardığı problemlərə həsr edildi. Geniş fantaziyaya, ictimai hadisələrin mahiyyətini müşahidə qabiliyyətinə malik olan yazıçı gələcək uğrunda gedən mübarizənin ön cəbhəsində dayanırdı. Hər zaman, hər yerdə xalqın, dövlətin marağı, idealı onun üçün birinci dərəcəli məsələ olub.

Süleyman Rəhimovun yazıçılıq enerjisinə, heç bir zaman sönməyən yazıb-yaratmaq həvəsinə qibtə etmək olardı. O, eyni zamanda, fəal ictimai xadim idi. Əsərlərini mühüm dövlət işlərini görə-görə yazırdı... Gecə-gündüz yazırdı...

Süleyman Rəhimov 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. İctimai və ədəbi fəaliyyətinə görə orden və medallarla təltif olunub, 1975-ci ildə Sosial Əməyi Qəhrəmanı adına layiq görülüb.

Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rəhimov 1983-cü il oktyabr ayının 11-də vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ