Cümə günü, 09 oktyabr 2026
     

Şərqdə ilk opera - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 illiyi…

Image


Sərdar Fərəcov: “Opera nəinki ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində səhnəyə qoyuldu və böyük tamaşaçı sevgisi qazandı”
Mənsum İbrahimov: “Gələcək nəsillər bu böyük irsi unutmayacaqlar”

 

Bir əsrdən artıqdır ki, öz gözəlliyini, sanbalını, bədii-estetik tutumunu qoruyub saxlayan, saysız ölkələrin səhnəsində canlandırılan, tamaşaya qoyulan dahi Üzeyir Hacıbəyovun (dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yazılan opera - İ.S) “Leyli və Məcnun” operasının 110 yaşının tamam olması ölkəmizin mədəni həyatında böyük hadisədir. Şərqin ilk operası olan “Leyli və Məcnun”un 100 illik yubileyi 2008-ci ildə Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə qeyd edildi. 2008-ci ildə həm də 100 yaşlı “Leyli və Məcnun”un yubileyi UNESCO xətti ilə bütün dünyada bayram edildi.

Bu il isə, qeyd etdiyimiz kimi, operanın tamaşaya qoyulmasının 110 illiyidir. 110 il əvvəl bir qış gecəsində Tağıyev Teatrında qədim Şərqin sevgi dastanını - “Leyli və Məcnun”un ilk dəfə tamaşaya qoyulmasının şahidi olan insanlar həqiqətən də xoşbəxt idilər. 1908-ci ilin 12 yanvar tarixində səhnədə günəş kimi doğan “Leyli və Məcnun” bu gün də maraqla izlənən operalardan biridir.

Tarixi mənbələrə istinad edib opera haqqında “İrşad” qəzetinin 1908-ci il 10 yanvar tarixli sayındakı elana sizin də diqqətinizi çəkmək istəyirik: “Müsəlman dilində əvvəlinci dəfə opera şənbə günü, yanvar ayının 12-də Hacı Zeynalabdin Tağıyevin Teatrosunda “Nicat” cəmiyyətinin dram heyəti tərəfindən tamaşaya qoyulacaq: “Leyli və Məcnun”. Opera 5 məclisdə və 5 təsvirdə”.

Üzeyir Hacıbəyov bu operanın yaranma tarixi barədə belə yazırdı: “Mən bu opera üzərində 1907-ci ildən işləməyə başlamışam. Lakin bu ideya məndə hələ xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, yəni mən 13 yaşında ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyə baxandan sonra yaranmışdır. Həmin tamaşa mənə o qədər təsir bağışladı və o qədər məni həyəcanlandırdı ki, Bakıya köçdükdən bir neçə il sonra operaya bənzər bir şey yazmaq qərarına gəldim”.

Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov “Üzeyir işığında” kitabında yazır: “Leyli və Məcnun”da Azərbaycan muğamlarından, təsniflərdən, xalq mahnılarından, mərsiyələrdən ustalıqla istifadə olunsa da, bəstələdiyi orijinal musiqilər müəllifin böyük istedadını, zərif, kövrək hislərini bütünlüklə aşkar edirdi. Operanın müqəddiməsi, xorlar, rəqslər və bir çox ansambl səhnələri bəstəkarın yenilməz ilhamının məhsulu olaraq özlüyündə xüsusi təravət, gözəllik, kamillik, möhtəşəmlik kimi məziyyətləri əks etdirirdi”.

Müsəlman Şərqində böyük əks-səda yaradan və sonradan səsi bütün dünyaya yayılan “Leyli və Məcnun” operasına hər zaman böyük dövlət diqqəti, qayğısı olub. Ölkə başçısı İlham Əliyev dəfələrlə mədəniyyətlə bağlı çıxışlarında “Leyli və Məcnun” operasının Şərqdə ilk opera olduğunu böyük qürur hissi ilə qeyd edib.

Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının 110 illiyini mədəniyyət aləmində əlamətdar hadisə kimi necə qeyd etmək olar?

Musiqişünaslar qeyd edirlər ki, bu operanın 110 illiyi artıq ölkə mədəniyyətində böyük bir hadisə kimi qeyd edilməyə başlayıb. Məlumatlara görə, yanvarın 21-də operanın 110 illiyi böyük təntənə ilə keçirilib. Bundan sonra da tədbirlərin il boyu davam edəcəyini deyən ekspertlər hesab edirlər ki, “Leyli və Məcnun” operasına həm xalqın, həm dövlətin böyük qayğısı, sevgisi var. Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun qeyd etdiyinə görə, “Leyli və Məcnun” operası daxil olmaqla, Üzeyir Hacıbəyov irsinə həmişə diqqət və qayğı göstərilib. Onun sözlərinə görə, milli musiqi tariximizdə silinməz izlər qoyan dahi bəstəkarın zəngin yaradıcılığı bu gün də örnəkdir: “Leyli və Məcnun” operasının yaranması ilə Azərbaycanda milli musiqili teatrın əsası qoyuldu. Azərbaycan bəstəkarlıq, ifaçılıq sənəti bu opera ilə yanaşı inkişaf etməyə başladı və böyük sənətkarların repertuarlarının yaraşığı oldu. Opera nəinki ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində səhnəyə qoyuldu və böyük tamaşaçı sevgisi qazandı”.

Operanın böyük çətinliklər hesabına ərsəyə gəlməsinə rəğmən, böyük uğur qazandığını deyən muzeyin direktoru bundan ruhlanan bəstəkarın daha bir neçə mükəmməl opera və operetta yazdığını bildirdi: “Azərbaycan ərazisində yaranan bu opera öz coğrafiyasını genişləndirərək Qafqazda, Şərqdə şöhrət tapdıqca, həmin xalqların da musiqisinin inkişafına təsir edib. Bunu həmin xalqların musiqiçiləri, bəstəkarları dönə-dönə vurğulayıblar. Bu isə Üzeyir bəyin, ümumilikdə Azərbaycan musiqisinin böyüklüyüdür. Elə bu böyüklük, 110 il əvvəl olduğu kimi, hələ çox yüzilliklər boyu Azərbaycan xalqını müşayiət edəcək”.

S.Fərəcov qeyd etdi ki, “Leyli-Məcnun” operasının tamaşaya qoyulması ilə bağlı muzeydə açılan sərgi yanvarın sonuna qədər davam edəcək: “Mən maraqlanan insanları, musiqi ictimaiyyətini, bir sözlə, hər kəsi bu sərgiyə baxmağa dəvət edirəm. Olduqca maraqlı sərgidir, yanvar ayının sonuna qədər davam edəcək. Üzeyir bəyin “Leyli və Məcnun” operasının 110 illiyinin qeyd edilməsi həqiqətən də mədəniyyətimiz üçün böyük hadisədir”. 

Azərbaycan Akademik Opera və Balet Teatrının solisti, “Şöhrət” ordenli xalq artisti, səhnəmizin Məcnunlarından biri, professor Mənsum İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq bu operanın 110 illiyi ölkəmizdə mədəni bir hadisəyə çevrilib. O qeyd etdi ki, operanın hər dəfə yeni quruluşda səhnəyə qoyulması maraqlı məqamlardan biridir. M.İbrahimovun sözlərinə görə, operanın tamaşaçıları arasında gənclərin və xarici qonaqların olması müsbət haldır: “Bu muğam operanın 110 yaşının tamam olması mədəniyyətimiz üçün böyük hadisədir. 2008-ci ildə “Leyli və Məcnun” operasının 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd edildi. Hətta həmin il UNESCO tərəfindən bütün dünyada “Leyli və Məcnun” tamaşası ili elan olundu. Mən özüm sənət dostlarımla Parisdə UNESCO-nun səhnəsində “Leyli və Məcnun” operasında Məcnun rolunda çıxış etdim. Bu olduqca əlamətdar bir hadisə idi. Bu əsər Türkiyənin İstanbul şəhərində də nümayiş olundu. Keçən il Ankarada “Leyli və Məcnun” yeni quruluşda türkiyəli operasevərlərin ixtiyarına verildi. Bundan başqa, bu opera ilə Azərbaycanın bölgələrində çıxışlar etmişik. Bu il də bu operanın 110 illik yubileyidir. Artıq böyük bir tədbir keçirildi, operanın yeni quruluşda tamaşası oldu. Mən orada öz tələbəm Arzu Əliyeva ilə tərəf-müqabil oldum. Azərbaycan dövləti bu operaya xüsusi diqqət və qayğı ilə yanaşır. Hər 4-5 ildən bir tamaşanın quruluşu dəyişdirilir, yenilənir. Deyərdim ki, bu tamaşaya hədsiz sevgi var. Bu gün tamaşaçıların ən çox gəldiyi tamaşadır “Leyli və Məcnun”. Çünki Şərqin ilk operasıdır, dahi Üzeyir Hacıbəyov və dahi Məhəmməd Füzulinin əsəri bir muğam operası kimi diqqətdədir. Xalqımız nə qədər ki, var, bu operanın 500 illiyi də keçiriləcək. Gələcək nəsillər bu böyük irsi unutmayacaqlar. Milli operamızın şah əsəri olan “Leyli və Məcnun” operasının tamaşasına diplomatik korpusların nümayəndələri, xarici qonaqlar, tələbələr mütəmadi olaraq gəlirlər. Bu da bizi çox sevindirir”.

Hazırda dövlətimizin, eləcə də ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın muğama böyük qayğı və diqqət bəslədiyini deyən M.İbrahimovun sözlərinə görə, bu sevgi, qayğı muğamı daha da yüksəklərə qaldırır. M.İbrahimov qeyd etdi ki, bu ilin mart ayında V Beynəlxalq Muğam Festivalı start götürəcək.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ