Cümə günü, 09 oktyabr 2026
     

Milli qəhrəmanlara həsr olunmuş bədii film nümunəsi hələ yaradılmayıb…

Image


Aydan İbrahimova: “Milli qəhrəmanlar haqqında bədii filmlərin çəkilməsi olduqca gərəklidir”
Zülfiyyə Eldarqızı: “Milli qəhrəmanlar kinomuzun əsas mövzularından biri olmalıdır”

 

Milli qəhrəmanlar xalqımızın qürur ünvanlarından biridir. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən, fədakarlıq göstərən oğul və qızlarımızın şücaəti haqqında çox yazılsa da, bu haqda sənədli filmlər, verilişlər lentə alınsa da, indiyə qədər bədii kinoda bu mövzuya toxunulmayıb. Ola bilsin hansısa bir bədii filmdə kiçik bir ştrix olsun, ancaq bütövlükdə kinomuz milli qəhrəmanları ünvan seçməyib. Ən azından, dövlət sifarişi ilə çəkilən filmlərin birini milli qəhrəmanlara həsr etmək tam mümkündür.

Qardaş Türkiyədə ölkənin ərazi bütövlüyü uğrunda mücadilərər verən, canlarını fəda edən insanlar haqqında saysız filmlər, seriallar çəkiblər. Bu, Türkiyə cəmiyyətində olduqca müsbət qarşılanır. Gəncliyin vətənpərvərlik ruhunda yetişməsində, onlarda Vətən anlayışının yaranmasında, bu müqəddəs sevginin formalaşmasında belə filmlərin rolu danılmazdır.

Bu yaxınlarda Türkiyədə “Savaşçı” serialı çəkilib və tamaşaçıların ixtiyarına verilib. Maraqlıdır ki, sözügedən serialda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan da söhbət açılır. Onu da vurğulayaq ki, Türkiyə kinematoqrafları digər filmlərdə də M.İbrahimovun qəhrəmanlığından bəhs edən fikirlərə filmlərdə yer veriblər. Bu olduqca müsbət haldır.

Azərbaycan kinosunda isə milli qəhrəmanlar haqda söhbət açılmır. Əlbəttə, bu, hər bir tamaşaçı, eləcə də milli qəhrəmanların ailələri tərəfindən təəssüflə qarşılanır.

Azərbaycan kinematoqrafı nə üçün milli qəhrəmanlar mövzusuna müraciət etmir?

Kinoşünas Aydan İbrahimovanın sözlərinə görə, Azərbaycan kinosunun əsas işlərindən biri qəhrəmanlıq, vətənpərvərlik mövzusunda filmlər çəkmək, həmin filmləri təbliğ etmək olmalıdır. Lakin bu mövzunun kənarda qaldığını deyən ekspert hesab edir ki, ola bilsin, bu mövzu hələ kinematoqrafları maraqlandırmır. Azərbaycan dövlətinin kino sənayesinin inkişafına böyük dəstək verdiyini xatırladan kinoşünas bildirdi ki, kinorejissorlar, yazıçılar, kinodramaturqlar bu məsələdə təşəbbüs göstərməlidirlər: “Çox maraqlı məsələyə toxunmusunuz. Kinonun əsas işi milli qəhrəmanları, Vətən uğrunda canından keçən insanların həyatı, mübarizə yolunu bədii lövhələrlə işıqlandırmaqdır. Ancaq hələ də milli qəhrəmanlar haqqında bədii filmimiz, serialımız yoxdur. Halbuki, indiyə qədər olmalı idi. Heç olmasa bir film çəkilməli idi. Təəssüf ki, bu mövzu diqqətdən kənarda qalıb. “Fəryad” filmində Milli Qəhrəman Əlif Hacıyevin prototipi var. Ancaq təbii ki, bu yetərli deyil. “Dolu” filmində də buna toxunulub. Bu kifayət etmir. Ümumiyyətlə, bu gün hansısa bir yazıçının, dramaturqun milli qəhrəmanlar haqqında bədii əsəri varmı? Mən belə bir əsərə rast gəlməmişəm. Yazıçılar niyə bu mövzuda əsər yazmırlar? Bu gün səhv etmirəmsə, 18 Milli Qəhrəmanımız həyatdadır. Onların hansısa biri haqqında heç olmasa bir povest varmı? Kino ədəbiyyatla bağlı sahədir. Əvvəllər qəhrəmanlıq mövzusu ədəbiyyatımızda xüsusi yer tuturdu. Bu gün isə yazıçılar mücərrəd mövzulara müraciət edirlər. Kino və ədəbiyyat qəhrəmanlıq mövzusuna həssas olmalıdır”.

A.İbrahimova qeyd etdi ki, özəl kino şirkətləri də bu mövzuya biganə yanaşırlar. O hesab edir ki, milli qəhrəmanlar haqqında bədii film çəkmək həqiqətən də böyük vətənpərvərlik sevgisi tələb edir. “İl ərzində “Azərbaycanfilm”də neçə-neçə film çəkilir. O filmlərdən biri milli qəhrəmanlar mövzusuna həsr edilə bilər. Doğrudur, son illər “Azərbaycanfilm”də çox maraqlı filmlər çəkilib. Ancaq onların sırasında milli qəhrəmanlar haqqında filmin olması müsbət hal olardı. Düşünürəm ki, bu yazıdan sonra kinematoqraflarımız bu mövzunu yada salacaqlar. Çünki milli qəhrəmanlar haqqında bədii filmlərin çəkilməsi olduqca gərəklidir. Qəhrəmanlarımızın ruhunu sevindirməliyik”- deyə ekspert bildirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, milli qəhrəmanlar haqqında bədii filmlər çəkilməlidir: “Azərbaycanın ərazi bütövlüyü uğrunda mücadilə verən Vətənin oğul və qızlarının həyatı, mübarizə yolu kinonun diqqət mərkəzində olmalıdır. Sovet kinosu bu sahədə çox böyük işlər görüb. O dövrdə çəkilən Azərbaycan filmləri sırasında Sovet İttifaqı qəhrəmanları haqqında bədii filmlər də vardı. Bu filmlərin hər biri qəhrəmanlığı tərənnüm edirdi. Bu gün də qəhrəmanlığı tərənnüm edən filmlərin çəkilməsi olduqca vacibdir. Sovet İttifaqı qəhrəmanları haqqında çəkilən filmlərin gənclərə müsbət təsiri olurdu. Bu filmlərə baxan gənclərin hər biri qəhrəman olmaq istəyirdi. Əvvəl Vətən övladları SSRİ-nin ərazi bütövlüyü uğrunda canından keçib, ancaq milli qəhrəmanlarımız Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olublar. Bu gün həyatda olanlar da var. İndiyə qədər o qəhrəmanların hansısa biri haqqında film çəkilməyib. Milli qəhrəmanlar kinomuzun əsas mövzularından biri olmalıdır. Buna böyük ehtiyac var. Milli qəhrəmanlarımız kino vasitəsilə təbliğ edilməlidirlər”.

Milli Qəhrəman obrazlarının kinoya gətirilməsinin ən ümdə məsələ olduğunu bildirən Z.Eldarqızı hesab edir ki, gənc kinematoqraflar bu məqamı diqqətdə saxlamalıdırlar. Onun sözlərinə görə, gənc kinematoqraflar milli qəhrəmanların həyatına maraq göstərməlidirlər: ”Kinematoqraf ucuz mövzulardan yan qaçmalıdır. Söhbət özəl kino şirkətlərindən gedir. Özəl kino şirkətləri, gənc nəsil kinorejissorlar, kinodramaturqlar milli qəhrəmanların döyüş yolunu əks etdirən filmlər çəkməlidirlər ki, onlar tanınsın. Bu, Qarabağ müharibəsində fədakarlıqla döyüşən, erməni işğalına qarşı barışmaz olan oğul və qızlarımızın ruhuna böyük ehtiram olardı”.

Z.Eldarqızı vurğuladı ki, Qarabağ müharibəsində şəhid olan, sağlamlığını itirən şəxslərin obrazlarının bədii kinoya gətirilməsi indiki şəraitdə məqəsədəuyğundur. Onun sözlərinə görə, qəhrəmanlar elə-belə yaranmır, onlar özlərindən əvvəlki qəhrəmanlara baxıb, onları özlərinə örnək seçərək, fədakarlıq edib qəhrəmanlıq zirvəsinə ucalırlar: “Bizdə sənədli kino bu sahədə azdan-çoxdan öz sözünü deyib. Bədii kino isə hələ də bu mövzuda öz sözünü deməyib. Müasir qəhrəmanlar özlərindən əvvəlki qəhrəmanların həyat, döyüş yolunu özlərinə nümunə sayırlar. Çünki biz əvvəlki qəhrəmanlarımızı kinonun, ədəbiyyatın dili ilə təbliğ etmişik. Qarabağ müharibəsi iştirakçıları, şəhidləri də bu gün kinonun mövzusuna çevrilməlidirlər ki, gələcək nəsillər onlardan nümunə götürsünlər”.     

İradə SARIYEVA     



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ