Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın xarici ölkə muzeyləri ilə əməkdaşlıq layihələri necə icra edilir…

Image


Əntiqə Cəbrayılova: “Qarşılıqlı əlaqələr, əməkdaşlıq layihələri muzeyləri inkişaf etdirir”

 

Azərbaycan muzeyləri beynəlxalq əməkdaşlığa maraq göstərən mədəniyyət qurumlarından biridir. Muzeylərimizin dünyanın əksər muzeyləri ilə əməkdaşlıq layihələri həyata keçirməsi nəticəsində muzeylər arasında qarşılıqlı əlaqələr formalaşdırılıb. Bu gün bir sıra Avropa ölkələri ilə Azərbaycan muzeyləri arasında müştərək layihələr həyata keçirilir. Bu tədbirlər nəticəsində həm Azərbaycanın muzey irsi təbliğ olunur, həm də qabaqcıl dünya təcrübəmizdən muzeylərimiz bəhrələnir.

Məlumdur ki, muzey işinin təkmilləşdirilməsi, muzeylərin beynəlxalq standartlara cavab verməsi üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Azərbaycan muzey işi ilə bağlı bir sıra beynəlxalq qurumlarda təmsil olunur və Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurası (İCOM) 1977-ci ildə təsis olunub. Bu quruma üzv olan dövlət kimi hər il Azərbaycanda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Ekspertlər bildirirlər ki, Azərbaycan muzeylərinin xarici muzeylərlə həyata keçirdiyi layihələr Azərbaycanda muzey işinə olduqca müsbət təsir edir. Muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Ekspertlərə görə, muzeylərin qarşılıqlı əməkdaşlığı, əlaqələri nəticəsində bizə məxsus olan, lakin xarici ölkə muzeylərində saxlanan tarixi eksponatlar haqqında geniş bilgi toplanır, burada o eksponatların dublikatlarını hazırlamaq imkanı əldə edirlər. Muzeylərin keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçi olduğunu vurğulayan ekspertlər qeyd edirlər ki, muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. İnsan əməyi, zəkası ilə yaradılan, qiymətli sənət əsərlərinin məbədi sayılan muzeylərin ulu babası eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaradılan qədim muzeylər sayılır. Bunların əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyaları toplanan muzeyvari təşkilatlar olduğunu deyən ekspertlər bildirirlər ki, sonradan tədricən kolleksiyaların mövzu dairəsi genişlənib, elmi, mədəni, tarixi əhəmiyyəti artıb. Sonralar bu kolleksiyalar hesabına dünyanın bu gün öz şan-şöhrəti ilə seçilən bir çox muzeylərinin əsası qoyulduğunu deyən ekspertlər qeyd edirlər ki, qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlanıb, daha sonra isə Avropanın digər ölkələrində də oxşar işlər görülüb. Qədim əsərlər, sənədlər bizə qədim dövrlərdə yaşamış insanların düşüncələri, inancları, həyat tərzləri, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bu günü anlamağımıza kömək edirlər.

Mədəniyyətşünas Əntiqə Cəbrayılova bizimlə söhbətində qeyd etdi ki, əvvəllər muzeylərə hər kəsin getmək hüququ yox idi. O qeyd edir ki, ondan yalnız dövlət rəhbərləri və alimlər faydalana bilərdilər: “1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək ictimailəşib və xalqın marağına səbəb olub. Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulub. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılıb. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşlar.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb”.

Azərbaycan muzeylərinin beynəlxalq əməkdaşlığından danışan müsahibimiz vurğuladı ki, hələ 2008-ci ildə “Azərbaycan və Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq”, “Beynəlxalq layihə iştirakçılarının “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərgisi keçirilib. O qeyd etdi ki,  2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzinin və Stavanger Arxeologiya Muzeyinin (Norveç) təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında açılan “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərgi, “Azərbaycan və Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq” adlı beynəlxalq layihə öz əhəmiyyəti ilə seçilirdi. Ekspertin qeyd etdiyinə görə, iki ölkənin muzey əməkdaşları arasında təcrübə mübadiləsi və onların ixtisaslarının artırılmasını nəzərdə tutan beynəlxalq tədris layihəsi həyata keçirilib. O dövrdə bu layihə çərçivəsində muzey kolleksiyaları ilə menecment işi, muzeylərdə etik, əxlaq təcrübəsi və o cümlədən muzeylərin öz tamaşaçıları qarşısında vəzifələri layihə iştirakçılarının müzakirəyə çıxardığı əsas məsələlər idi. “Qarşılıqlı əlaqələr, əməkdaşlıq layihələri muzeyləri inkişaf etdirir. Təcrübədə bu fond kolleksiyaları ilə iş, muzey eksponatlarının bərpa və mühafizəsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili və bədii quruluşu və tamaşaçılarla iş sahəsində təcrübə mübadiləsi kimi özünü göstərirdi.

Ölkəmizin tarixi əlaqələri barədə məlumatlarda aydın göstərildiyi kimi, bu tarixi yaxınlıq konsepsiyasınin formalaşmasında Tur Heyerdalın da böyük əməyi vardı. Dünya şöhrətli bu alim hələ keçən əsrin XX əsrin 90-cı illərində Azərbaycan və Norveç ərazisində qayaüstü təsvirlərin möhtəşəm oxşarlığından yazarkən bu ölkələrin müasir mədəniyyətində də bir yaxınlıq olduğunu qeyd etmişdi. Vernisajda azərbaycanlı mütəxəssislər – mühafizəçilər, bərpaçılar, konservatorlar, muzey direktorları Norveçin məşhur muzeyləri olan Arxeologiya muzeyi, Neft muzeyi, Uşaq muzeyi, Munk muzeyi, Vikinq gəmiləri muzeyi və digər muzeylərdən olan foto silsilələrlə Oslo və Stavangerin görünüşünü, Norveçli iştirakçılar - Stavanger Arxeologiya Muzeyinin mühafizəçisi Anne Kari Skar və Stavanger Dəniz Muzeyinin nəzarətçisi Anne Tove Austubo isə İçərişəhəri, Suraxanıda “Atəşgah”ı və ölkəmizin digər regionlarını fotolarla tamaşaçılara təqdim edirdilər”.

Azərbaycan muzeylərinin Britaniya muzeyləri ilə də əməkdaşlıq etdiyini qeyd edən ekspertin sözlərinə görə, 2015-ci ildə britaniyalı ekspertlər muzey işçiləri üçün seminar-treninqlər keçiriblər. O qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin və Britaniya Şurasının (British Council) birgə təşəbbüsü ilə Azərbaycan muzeylərinin inkişaf səviyyəsinin dünyanın aparıcı muzeylərinin standartlarına çatdırılması məqsədilə muzey işçiləri üçün seminar-treninqlərin həyata keçirilməsi vacib məsələ idi. Layihənin həyata keçirilməsi ilə bağlı Britaniya Şurasının muzey, kitabxana və arxiv sahəsi üzrə regional məsləhətçisi xanım Ceyn Viksi və bu sahə üzrə mütəxəssis xanım Coanna van Milin ölkəmizə səfərini xatırladan muzeyşünas vurğuladı ki, o vaxt bu səfərlə bağlı tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edirdi ki, Britaniya Şurasının Azərbaycanda fəaliyyəti iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığa xidmət edir: “Ümumiyyətlə, bu cür beynəlxalq əməkdaşlıq işlərinin həyata keçirilməsi nəticəsində Azərbaycan muzeyləri xeyli inkişaf edib. Bilirsiniz ki, bizdə muzey işinin təşkili sovet hökumətinin ilk illərinə təsadüf edir. Azərbaycanda muzey quruculuğu işi həmişə peşəkarlar tərəfindən həyata keçirilib. Bu gün də bu sahədə peşəkarlar çalışır. Sadəcə, beynəlxalq əlaqələr təcrübə qazanmağa, müasir muzey işi quruculuğu işini dərindən mənimsəməyə şərait yaradır. Azərbaycan muzeylərinin əməkdaşlıq qurduğu Avropa muzeyləri çoxdur. Artıq uzun illərdir bizim muzeyşünaslar, muzey sahəsində çalışanlar muzey işilə bağlı beynəlxalq konfranslara, tədbirlərə qatılır, çıxşlar edir, təcrübə mübadilələrilə bağlı razılığa gəlirlər. Bir neçə il əvvəl Qətər Dövlətinin Doha şəhərindəki İslam İncəsənəti Muzeyində ərəb muzeylərinin fəaliyyətinə və inkişafına həsr edilmiş beynəlxalq konfransda Azərbaycan mütəxəssisləri də iştirak edirdilər.  Həmin tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva təmsil edirdilər. Beynəlxalq tədbirlə bağlı Azadə Hüseynova mətbuata bildirib ki, bu qəbildən konfransın ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində keçirilib. Budəfəki tədbirdə muzeylərin ölkə regionlarının inkişafına təsiri, muzeylərdəki kolleksiyaların nümayiş etdirilməsi, eksponatların tarixinin müəyyən olunması, şəxsi muzeylərin fəaliyyəti, muzey işinin daha effektiv inkişafına dair konsepsiyaların hazırlanması, müasir incəsənət muzeyləri üçün xüsusi proqramların təşkili və s. mövzular təqdim olunub, müzakirələr aparılıb”.

Qeyd edək ki, sektor müdiri mətbuata  İslam İncəsənəti Muzeyində Azərbaycanla bağlı eksponatların olduğunu deyib: “Hələ 2010-cu ildə Qətərdə Azərbaycan mədəniyyət günləri keçirilərkən iki ölkənin muzeyləri arasında münasibətlərin yaradılması məqsədilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin şöbə müdiri, bərpaçı-rəssam Natiq Səfərov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynovla birgə Qətərə ezam olunmuşduq. O zaman Qətər Dövlətinin Muzeylər Birliyinin sədri Abdullah ən-Nəccar və İİM-nin rəhbərliyi ilə görüş keçirdik. Muzeydə böyük maraqla seyr etdiyimiz eksponatlar arasında Azərbaycan miniatür məktəbinin dahi nümayəndələri Soltan Məhəmməd, Mir Müsəvvir, Müzəffər Əli və Əli oğlu Qasımın əsərlərini gördükdə qəlbimizi qürur hissi bürümüşdü. Təbriz qrupuna aid Ərdəbilin “Ovçuluq”, “Ağaclı” və Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivi əsasında toxunulmuş xalçalarla bərabər, mis və gümüşdən döyülmüş, incə naxışlarla bəzədilmiş milli qablarımız muzeyin ən qiymətli kolleksiyaları sırasındadır. Lakin ekspozisiyada Azərbaycan mədəniyyəti ilə bağlı nümayiş olunan bir çox eksponatlar İran adı altında verilmişdi”.

Qeyd edək ki, bu günlərdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfər çərçivəsində bu ölkənin mədəni irs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb. Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb. Ə.Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.

Sözsüz ki, bu razılaşma da Azərbaycan muzeylərinin beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsində müsbət rol oynayacaq. Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyət və incəsənətinə aid xeyli sayda eksponatın xarici ölkə muzeylərində saxlandığını nəzərə alsaq, deyə bilərik ki, bu, eksponatların öyrənilməsi, təbliği istiqamətində də köklü işlər görülməsinə vasitə olacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ