Cümə günü, 09 oktyabr 2026
     

Aşıq Vüqar Mahmudoğlu ömrün 48-ci zirvəsini aşa bilmədi… - FOTO

Image


Uşaqlıqdan qaranlığı sevməmişəm. Elə bilmişəm ki, qaranlıq özü ilə dərd-ələm, sıxıntı gətirir. Həmişə çalışmışam ki, qaranlığı özümdən qovam. Qaranlıq haqqında düşünməmişəm heç vaxt. Hər qaranlıq yolun sonunda işıq görməyə alışmışam. İşığı, ayı, günəşi sevmişəm, içimdə onlara yer etmişəm həmişə. Ancaq indi elə bilirəm ki, hər yer qaranlıqdır, qaranlıqdan çıxmağa işıq axtarıram. İşıq haradadır görəsən?

Siz heç ümidləri yalın olan bir adamın işığa qovuşmaq uğrunda mübarizəsinin şahidi olmusunuzmu? Mən indi o adam kimiyəm. Dost itkisi çox ağırdır. Bu itki qara sancı kimi bütün vücudumu ağrıdır, ürəyimi qəddarlıqla dişləyir, ruhumu qana boyayır. Bu itkini mənə və can dostlarına aşıq Vüqar Mahmudoğlu yaşatdı. Vüqarın ölümü bizi elə sarsıtdı, elə ağrıtdı ki, nə ilə təsəlli tapacağımızı bilmirəm.

Bir neçə gün əvvəl dəyərli həmkarım və dostum Samir Güləliyev Vüqarın infarkt keçirdiyini, komaya düşdüyünü və Gömrük Hospitalına yerləşdirildiyini dedi. Vüqarın xəstələnməsi xəbəri ildırım kimi bütün şəhərə yayıldı, sosial şəbəkə istifadəçiləri də bizim kimi tanınmş aşıq dostumuzun, ustad oğlunun ağır vəziyyətdə olduğunu böyük narahatlıqla qarşıladılar, heç kəs Vüqardan duasını əsirgəmədi... Ancaq Tanrı duamızı qəbul etmədi. Tanrıya çatmadı duamız. Vüqarı öz dərgahına apardı Allah. Bu gün saysız suallar qarşısında aciz qalmışıq. Vüqarın ömür işığını Allah niyə belə erkən söndürdü. Vüqar qaranlığı sevmirdi, Vüqar işığın aşiqi idi. Yeri gəlmişkən, elə aşıq sözünün mahiyyətində də işıq sözü dayanır. Ətrafa könlündən işıq saçırdı Vüqar.

Vüqar komadan ayılmışdı, əməliyyatı da uğurlu keçmişdi... Ancaq qəfil nə oldu ki, onun ürəyi dayandı? Nə baş verdi o anlarda, bilmirəm. Onu bilirəm ki, üzü qara olmuş əcəl onu əzizlərindən, sazsevərlərdən qoparmağı bacardı. Bütün sazsevərlər ağladı Vüqarın qəfil köçünə. Heç kəs inanmırdı ki, o bizi belə tezliklə tərk edə bilər. Çox cavan idi Vüqar. Hələ 48 yaşını tamamlamamışdı. Hələ neçə-neçə arzuları, dostlara verdiyi saysız vədləri vardı. Vüqar zarafatı həddən artıq sevirdi. Hər adamla zarafatı tutmazdı təbii ki. Zarafatı tutan adamların hamısı Vüqardan, sözün əsl mənasında, elektrik alırdı. Mən aşıq məclislərində, tədbirlərində tez-tez oluram. Elə bir tədbir olmazdı ki, Vüqar orada iştirak etməsin. Mən səhnə arxasına keçəndə aşıqlar başıma toplaşırdı. O aşıqların arasında Vüqar həmişə seçilirdi. Öz zarafatı, şuxluğu ilə söhbətlərə bir başqa cür rəng qatırdı. Vüqar içəri girəndə hamının üzü işıqlanırdı. Elə bil içəri daxil olanda özü ilə böyük bir işıq topası gətirirdi. O işıqdan hamıya pay düşürdü. O tədbirlərdən, görüşlərdən o qədər xatirələr var ki... Vüqarlı günlərin elə incə, elə həssas, elə gözəl duyğuları yadigar qalıb ki... Vüqarın surəti gözlərim qarşısından getmir. Mənə baxıb gülümsəyir. Həmişə məni görəndə nə isə bir hava zümzümə edirdi. Ən çox da Tufarqanlı Abbasdan deyirdi. Vüqar Mahmudoğlu yalnız gözəl dost, ləyaqətli şəxsiyyət, əvəzsiz ailə başçısı, vəfalı oğul deyildi, o həm də gözəl sənətkar idi. Bənzərsiz səsi, özünəməxsus ifaçılıq manerası olan, yüksək səhnə mədəniyyətinə malik bir sənətkar idi. Vüqar gözəl aşıq olmaqla yanaşı, çox istedadlı bir qarmon ifaçısı idi. Deyərdim ki, o, qarmonu heç bir peşəkar qarmon ifaçısından zəif çalmırdı. Aşıq Vüqar Mahmudoğlu Şirvan aşıq mühitinin zirvələrindən olan ustadımız mərhum Mahmud Ələsgəroğlunun ilk övladı, gözünün nübar sevgisi idi.

1970-ci il noyabın 3-də Şamaxıda doğulmuşdu. Qüdrətli şairlər, ozanlar yurdu olan Şamaxı Vüqar kimi sənətkarı ilə fəxr edirdi. Hər bir sazsevər Vüqar Mahmudoğlunun ifasına məftun idi. Vüqarın ifasında Şirvan aşıq mühitinə xas olan bütün havalar, havacatlar gözəl səslənirdi. Onun ifa etdiyi “Şirvan şikəstəsi”, “Orta şəşəngi”, “Zil şəşəngi”, “İbrahim peşrosu”, eləcə də digər havalar dinləyicinin ürəyini ovsunlayırdı.  

Yaxşı-yaman anlayanın

Nazı hərdən-hərdən olar.

Bu sözləri də V.Mahmudoğlu oxuyurdu.

Bala ceyran nə gəzirsən

Dağı dolana-dolana?

Nə çəkirsən ürəyimə

Dağı dolana-dolana?

Özün bu sözləri yana-yana oxuyurdun, Vüqar, bilirdin ki, sinəyə çəkilən dağın ağrısı, əzabı nədir. Bəs özün niyə dostlarının ürəyinə dağ çəkdin? Bilmirdin ki, səndən sonra dostlarının beli büküləcək, dizləri taqətdən düşəcək? Samir deyir ki, dünyam uçub, Vüqarsızam. 21 illik dostunun ümidini niyə kəsdin, Vüqar? Həmişə deyirdin ki, İradə mənim üçün fərqli bir qadın dostudur, fərqli bir insandır, onunla zarafatım tutur, sözüm-söhbətim alınır. Bəs məni niyə incitdin, Vüqar? Bəzən xırda umu-küsü olanda özünə yer tapa bilmirdin, bir yol tapıb könlümü alırdın. İndi kim alacaq mənim könlümü, Vüqar? Samirin könül almağa gücü yoxdur. Samir heykələ dönüb indi. Bəs ona kim təsəlli versin indi? Anarı heç düşünmədinmi, Vüqar? Bilmirdinmi ki, Anar səni özünə mətəris, simsar bilib yaşayır. Hey mənə deyirdin ki, İradə, Anarın dərdi məni öldürür, içimi çürüdür. Anarın balalarını boynu bükük, Anarın özünü ümidsiz görəndə içimdən qara qanlar axır. Yaxşı, indi Anar nə etsin? Onun belini niyə qırdın, Vüqar! Böyük ustadımız, atanız həyatdan erkən köçdü, onun da ömrü sənin ömrün kimi yarıda qırıldı. Anarın ata əvəziydin axı. Səni saz sədaları altında Müşfiqabaddakı evindən son və əbədi ünvanına yola salan gənc aşıqların, şəklini titrək əllərlə tutan o gənclərin nə keçirdiyi əyan oldumu sənə? Hər kəs ağlayırdı, hər kəs sızlayırdı. Səninlə daha məclislərdə, tədbirlərdə deyil, Qobustan rayonunda yerləşən əbədi evində - Şıxzahırlı məzarlığında görüşəcəyik. Görüşünə ora gələcəyik. Hələ uzun illər tədbirlərdə, saz-söz məclislərində qeyri-ixtiyari olaraq bir-birimizdən “Vüqar niyə gecikir, o harada qaldı, heç vaxt tədbirə gecikməzdi” deyəcəyik. Sonra da... Sonra da sükuta qərq olacağıq. Sükut isə səndən danışacaq...

Vüqar köç elədi, ağlasın dostlar,

Əcəl, söylə nədi etdiyin sitəm?

Sazı da ağlayır ürəyim kimi,

Qan tökür, yaş tökür qüssədən didəm...

Deyirdin ki, rəhmətlik ustadım, atam sazı mənə əmanət verib, gərək o sazı hər məclisdə, hər yerdə səsləndirim. Ata arzusuna, ata vəsiyyətinə belə naxələf çıxmaq olardımı? Sazsevərlər sevinirdi ki, Mahmud Ələsgəroğlunun sazı susmadı, onu Vüqar dilləndirir. Sənin də sazını fələk bu cür çaldı.

Sənin dünyadan cavan köç etməyin səni tanıyan və tanımayan hər kəsi kədərləndirdi. “Heyf sənə, gözəl sənətkar, gözəl insan idi” dedilər. Hələ indiyə qədər bir insan demədi, yazmadı ki, Vüqar məni incidib. Hər kəs deyir ki, Vüqar gözəl sənətkar olduğu kimi, gözəl, həlim, mehriban insan idi. Sosial şəbəkələr sənin şəkillərinə, xatirələrinə, videolentlərinə bələnib. Hər addımda sənin şəklinlə qarşılaşırıq. Səni insanlar nə qədər çox istəyirmiş. İnsanların ürəyində necə dərin, silinməz izlər qoyubsan, Vüqar. Nə yaxşı dünyada işıqlı izin qaldı, nə yaxşı sazın, sözün, işıq saçan təbəssümün, şən zarafatların qaldı. Nə yaxşı bizim dostumuz oldun, Vüqar.

Ancaq səni belə vəfasız bilməzdik heç. Dəfələrlə müsahibə üçün görüşmək istədik, lakin mənim işlərimin çoxluğundan vaxt tapa bilmədik... Tanrı bizə o vaxtı qismət etmədi.

Sazın sənsiz qalıb indi... Əllərinin həsrəti göynədir sazının hər pərdəsini, hər telini. Yetim qaldı sazın, Vüqar. Bəs sazına kim təsəlli verəcək, ay ustad oğlu?

Yanvarın 10-u dostlarının təqviminə səninlə ayrılıq günü kimi düşdü, Vüqar. Ölüm Allah əmridir, Vüqar, ancaq ayrılıq işgəncədir.

Çəkənə ver,

Qəlyanı çəkənə ver.

Biz dərdi çəkənmirik,

Bizdən al, çəkənə ver...

Ruhun şad olsun, əziz dostumuz!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ