Cümə günü, 09 oktyabr 2026
     

Unudulmuş maraqlı sənət janrlarından biri - radiotamaşalar…

Image


Zülfiyyə Eldarqızı: “Radiotamaşalar insanlara bədii estetik zövq verməklə yanaşı, həm də ana dilimizin gözəlliyini aşılayırdı”
Aygün Bünyadzadə: “Ümumiyyətlə, müasir uşaq yazarlarının da əsərləri əsasında radiopyeslər hazırlamaq mümkündür”

 

Radiotamaşalar illər əvvəlki dinləyicilərin çox sevdiyi, böyük maraqla dinlədiyi bədii proqramlar sırasında idi. Ancaq təəssüf ki, son illər yeni radiotamaşalar hazırlanmır. Demək olar ki, bu sahəyə maraq azalıb. Ekspertlər səbəb kimi bu janra dinləyici tələbatının olmadığını göstərirlər. Halbuki, dinləyicilər arasında aparılan sorğuların nəticəsi onu deməyə əsas verir ki, radiotamaşalara maraq heç də azalmayıb. Əksinə, dinləyicilər müasir yazarların əsərlərinin radiotamaşalar şəklində səsləndirilməsini istəyirlər.

Çoxlarımız maraqlı radiotamaşaları dinləyərək əsərlərin gözəlliyindən, aktyorların gözəl, peşəkar səsləndirməsindən zövq almışıq həmişə. Radiotamaşaları işləyən müəlliflər, redaktorlar, onları səsləndirən aktyor və aktrisalar bu əsərləri elə yüksək səviyyədə təqdim edirdilər ki, adam o tamaşaların bitməsinə təəssüflənirdi.

Azərbaycan radiosunda zaman-zaman Əşrəf Abbasov və Cahangir Məmmədovun  "Həyətim mənim,  həyatım mənim", V.Adıgözəlov və Ə.Kürçaylının "Boşanaq, evlənərik", M.F.Axundovun "Molla Xəlil İbrahim Kimyagər", Əzizə Cəfərzadənin "Bəla", "Cəlaliyyə", "Gülüstandan öncə" povestləri əsasında radiotamaşalar, S.Ələsgərovun "Hardasan ay subaylıq", S.Ələsgərov və Ş.Qurbanovun "Özümüz bilərik", M.Hüseynin  "Alov", Ş.Qurbanov və S.Ələsgərovun "Olmadı elə, oldu belə", A.Məşədibəyovun "Toy kimindir", Mircəlal Paşayevin “Dirilən adam", Natiq Rəsulzadənin "Tramvay", Şekspirin "Qış nağılı", İ.Şıxlının "Dəli Kür", Bəxtiyar Vahabzadənin "Təyyarə kimi" və s. əsərləri radiotamaşa şəklində hazırlayıb efirə veriblər. Bu tamaşalar hazırda Azərbaycan radiosunun qızıl fondunda saxlanır. Maraqlıdır, adları çəkilən və çəkilməyən radiotamaşalar o qədər canlı, o qədər təbii səsləndirilib ki, dinləyici o tamaşaları öz daxilində hiss edib.

Ekspertlər bildirirlər ki, radiotamaşalar ancaq insanların bədii-estetik zövqünü oxşamır. Radiotamaşaların ən böyük özəlliklərindən biri ana dilini lazımi səviyyədə tamaşaçıya çatdırmasıdır. Yəni tamaşaları səsləndirən aktyor və aktrisalar ana dilini tam qaydasında təqdim edirlər. Onlar bildirirlər ki, klassik sənətkarlar ana dilimizi, vurğuları, hecaları, intonasiyaları qaydasında ifadə etdiyi üçün, o radiotamaşalar dinləyicilər üçün hədsiz dərəcədə doğma olub.

Məlum olduğu kimi, Azərbaycanda ilk radio yayımı 1926-cı ildə həyata keçirilib. İlk radiotamaşaların hazırlanması da radionun yaranmasının ilk beşilliyinə təsadüf edib. Ekspertlər qeyd edirlər ki, Şərqdə ilk dəfə olaraq 1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluğu ilə "Radioteatr" yaradılıb.

Radio ekspertləri bildirirlər ki, efirə çıxdığı gündən radiotamaşalar dinləyicilər arasında çox maraqla qarşılanıb. O da məlumdur ki, bu radiotamaşalar yalnız Azərbaycanda deyil, onun hüdudlarından da kənarlarda dinlənir və bununla bağlı çoxlu rəy, müsbət fikirlər mövcud olub.

Tədqiqatçılar qeyd edirlər ki, Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması o dövrdə cəmiyyət üçün böyük yenilik olduğu üçün, ona böyük rəğbət formalaşıb. Qeyd edilənə görə, Azərbaycanın və Şərqin tarixində ilk dəfə radiotamaşa 1931-ci ilin dekabrında səsləndirilib. Məlumatlara görə, ilk radiopyes görkəmli dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" pyesi olub. Bu pyes Azərbaycanın tanınmış aktyorlarının iştirakı ilə 1931-ci ilin dekabrında səsləndirilib. Bu radiotamaşada A.M.Şərifzadə, Ü.Rəcəb kimi böyük sənətkarlarla yanaşı, radionun dram qrupunun üzvləri də iştirak ediblər. Deyilənə görə, radionun diktorlarından Əsgər Mövsümzadə - Şeyx Abuzər, Səməd Səmədov - Uruz, Həsən Ağayev - Özdəmir, Soltan Nəcəfov isə Dəli Dərviş rolunu oynayıblar. Məlumatlara görə, həmin "tamaşa"dan sonra Azərbaycan radiosunda daha böyük ədəbi verilişlər efir üzü görməyə başlayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, radiotamaşaların efirdə səsləndirilməsi dinləyicilərin o qədər xoşuna gəlirdi ki, onlar yeni radiopyeslərin hazırlanmasını istəyirdilər. Z.Eldarqızı dedi ki, ilk illərdə A.S.Puşkinin "Boris Qodunov" əsəri radioda böyük uğurla dinləyicilərə təqdim edilib. Bu əsəri Azərbaycan dilinə M.S.Ordubadi tərcümə edib və efir üçün isə onu M.Mərdanov hazırlayıb.

Z.Eldarqızı vurğulayır ki, məlumatına görə, bundan sonra C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Aydın", "1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", Mirzə Fətəli Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılan tifaq" kimi pyesləri radio dinləyicilərinə təqdim edilib. O qeyd edir ki, ilk radiotamaşalar birbaşa yayımla efirə verilib.

Onun məlumatına görə, 1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi radioteatrın inkişafında yeni mərhələ açıb. Bu dövrdə Səməd Vurğunun "Xanlar", İlyas Əfəndiyevin "Bahar suları", Ənvər Məmmədxanlının "Şərqin səhəri", İmran Qasımovun "Xəzər üzərində şəfəq" pyesləri montaj edilərək efirdə səsləndirilib.

Daha sonra Cəfər Cabbarlının "Almaz" və "1905-ci ildə", Nəriman Nərimanovun "Bahadır və Sona", Süleyman Rəhimovun "Mehman", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Nikolay Vasilyeviç Qoqolun "Müfəttiş", Aleksandr Sergeyeviç Qriboyedovun "Ağıldan bəla", Puşkinin "Yevgeni Onegin", Şillerin "Vilhelm Tell", Corc Bayronun "Abidos gəlini" kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirib. Bu illər ərzində Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının, Nazim Hikmətin "Kəllə" əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov tərəfindən bu radiotamaşalar radionun tələblərinə uyğunlaşdırılıb.

Z.Eldarqızı qeyd etdi ki, radiotamaşalara bu gün də böyük ehtiyac var: “Bu gün də radiopyeslərə ehtiyac var. Müasir tamaşaçılar da istəyirlər ki, yeni tamaşalar yaransın. Bilirsiniz ki, bizdə radiotamaşaların böyük ənənəsi var. Klassik aktyor və aktrisalarımızın böyük əksəriyyəti radiotamaşalarda iştirak ediblər. Sonrakı nəsil aktyor və aktrisalar da öz dövrlərində yaranan radiopyesləri yüksək səviyyədə təqdim ediblər. Çox arzu edərdik ki, müasir aktyor və aktrisaların da səsindən istifadə edilsin. Bü gün də yeni maraqlı əsərlər var. O əsərlər əsasında da radiopyeslər hazırlamaq vacibdir. Radiotamaşalar insanlara bədii estetik zövq verməklə yanaşı, həm də ana dilimizin gözəlliyini aşılayırdı. Bu gün çox adamın şəxsi avtomobili var və avtomobil idarə edərkən radio dalğalarında maraqlı proqramlar axtarırlar. Bu halda, radiotamaşalara ehtiyac duyulur. Düşünürəm ki, yeni radotamaşalar hazırlanmalıdır və müasir dinləyici o tamaşalara maraqla qulaq asar”.

Z.Eldarqızı hesab edir ki, Azərbaycan radiosu ilə yanaşı, özəl radiolar da bəzi şit, bayağı verilişlərin əvəzinə maraqlı radiopyeslər hazırlayıb dinləyicilərə təqdim edə bilərlər: “Bu gün dinləyici maraqlı verilişlər istəyir. Onlar şit, bayağı, mənasız proqramlardan beziblər. Yaxşı olar ki, özəl radiolar kiçikhəcmli radiopyeslər hazırlayıb dinləyicilərə təqdim etsinlər. İnanın ki, o radiolar bu pyeslər sayəsində daha çox dinləyici toplayar”.

Qeyd edək ki, radio mütəxəssislərinin bildirdiyinə görə, o illərdə radiotamaşalarda tək Azərbaycan Dövlət Dram Teatrının aktyorları iştirak etmirdilər, onlarla bərabər radionun özündə yaradılan "Dram" qrupunun üzvləri də bu səhnələrdə iştirak edirdilər. Bu qrupun fəaliyyətə başlaması həm keçən əsrin 30-cu illərində özünün qızıl dövrünü yaşayan Azərbaycan teatr sənətinin, bənzərsiz səhnə əsərlərinin efir vasitəsilə təbliği, həm də ayrı-ayrı nəsr və dram əsərlərinin səhnələşdirilməsində tarixi rol oynayıb

Bu illərdə Azərbaycan radiosunda Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq İsmayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları kimi rejissorlar yetişib. Bu tamaşalarda qüdrətli səhnə ustadlarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.

Radio mütəxəssisləri qeyd edirlər ki, bu gün gənc dinləyicilər də radiotamaşaların olmamasını təəssüf hissi ilə qarşılayırlar. Onlar hesab edirlər ki, sənət, mədəniyyət, ədəbiyyat müasir texnologiyaların gətirdiyi nəsnələrə uduzmalı deyil. Onlar bildirirlər ki, gəncləri mobil telefon, internet asılılığından qurtarmaq üçün, birmənalı olaraq, bu tədbirlər görülməlidir. Onlar hesab edirlər ki, gənclər internetdən, kompyuterdən, telefondan çox radiotamaşalardan zövq ala bilərlər. Radiopyeslərin dinləyicinin əsəblərini hamarladığını, psixikasına müsbət təsir göstərdiyini deyən mütəxəssislər hesab edirlər ki, bu proqramlar bərpa edilməlidir. 

Uşaq yazıçısı Aygün Bünyadzadə bizimlə söhbətində bildirdi ki, əvvəllər Azərbaycan radiosunda böyüklərlə yanaşı, uşaqlar üçün də radiopyeslər hazırlanırdı. O hesab edir ki, müasir uşaq yazıçılarının da əsərləri əsasında maraqlı radiopyeslər hazırlamaq olar: “Sovet vaxtında radio teatrını mümkün olduğu qədər dinləyirdim və çox xoşum gəlirdi. Sonralar verilişlərin vaxtı tez-tez dəyişirdi deyə izləyə bilmədim. Xanımana Əlibəylinin "Anacan" əsərinin əsasında bir radiotamaşa vardı, uşaq evində böyüyən uşaqlara həsr olunmuşdu, elə maraqlı idi ki! Yəqin ki, Azərbaycan radiosunun arxivində köhnə radiopyeslər saxlanır, onları ən azı həftədə bir dəfə təkrar versəydilər, doğrudan da gənclərimiz üçün də əla proyekt olardı. Ümumiyyətlə, müasir uşaq yazarlarının da əsərləri əsasında radiopyeslər hazırlamaq mümkündür. Bunun çox effektiv nəticəsi olar”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ