şənbə günü, 15 avqust 2026
     

Tarixdə iz buraxanlar: Seyid Əzim Şirvani

Image


Seyid Əzim Şirvani 1835-ci il iyun ayının 9-da Şamaxıda anadan olub. Atası Seyid Məhəmməd, anası Səkinə xanımdır. Seyid Məhəmməd öz babası Əzimin adını övladına qoyub. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınan, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim babası molla Hüseynin himayəsi altında böyüyüb.

Seyid Əzim babasının yanında yaşadığı zaman onun köməyi ilə ərəb və fars dillərini öyrənib. Anası Səkinə xanım 1853-cü ildə oğlu Əzimlə Şamaxı şəhərinə dönüb. Elə həmin illərdə Əzim Şamaxı mədrəsəsində oxuyub orta ruhani təhsilini başa vurub. Həmin zaman Səkinə xanım çalışıb ki, oğlunu evləndirsin, Seyid Məhəmmədin ocağı boş qalmasın. Odur ki, öz məhəllələrindən, Seyid Məhəmməd ocağına böyük hörmət və etiqadları olan Məşədi Möhsün kişinin qızı Ceyran xanımı almağa qərar verib. Beləliklə, 1854-cü ildə Seyid Əzim Şirvani Ceyran xanımla ailə qurub.

Ali ruhani təhsil almaq həvəsi gənc Seyid Əzimi əvvəl İraqa – Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra orada yeni üsul üzrə məktəb açaraq ömrünün sonuna qədər burada müəllimlik edir. O, köhnə mollaxanadan fərqli olaraq, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar da məhz onun məktəbində oxuyublar.

Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə uşaqlar üçün tərbiyəvi parçalar seçib toplayıb, tərcümə edib və özünün yazdığı mətnləri 1878-ci ildə bir yerə yığaraq birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib edib. Nəşrə təqdim etdiyi bu dərslik rəsmi dövlət sənədlərində “Rəbiül-ətfal” adlandırılıb. Azərbaycan məktəb tarixində ilk mükəmməl tədris kitablarından olan “Rəbiül-ətfal” dərsliyindəki mənzum hekayə, öyüd-nəsihət və təmsillər müxtəlif tərbiyəvi əhvalatların təsvirindən ibarətdir. Onların bir qismini şair şəxsi həyat təcrübəsi və müşahidələri əsasında yazıb, digər qismini isə Şərq mənbələrindən, əsasən Nizaminin və Sədinin əsərlərindən təbdil və tərcümə edib. Dərslikdə verilən mətnləri Seyid Əzim mümkün qədər sadə və aydın dildə yazmağa çalışıb. Ustat pedaqoq “Rəbiül-ətfal” dərsliyində topladığı əsərlər vasitəsilə gənc nəslə mənəvi saflıq, daxili təmizlik, mənalı yaşayış, ayıq-sayıqlıq, vətən və xalq yolunda faydalı işlər görmək, doğruluq, mərdlik, dostluq və yoldaşlığa sədaqət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. kimi nəcib əxlaqi keyfiyyətlər aşılamağa çalışır.

Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri kimi şöhrət qazanan, təlim-tərbiyə mövzusunda yazdığı əsərlərdə yazıçı-pedaqoq kimi özünün məharətini göstərən Seyid Əzim Şirvaninin ədəbi irsinin mühüm hissəsini uşaq və gənclərin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər təşkil edir. Seyid Əzim bir maarifçi kimi feodal-patriarxal qayda-qanunların əleyhinə çıxıb, qabaqcıl ideyaların carçısı olub. O, maarifçilik ideyalarını başqa əsərlərində də davam etdirib, elmin və təhsilin səmərəsini ardıcıl təbliğ edib, xalq maarifi, məktəb və tərbiyə məsələlərinin vacibliyini vurğulayıb. Seyid Əzim işsiz-gücsüz, boş-bekar gəzib-dolaşan, tüfeyli həyat tərzi keçirən adamları tənqid edib, onları ocaqda yanmaqdan başqa heç nəyə lazım olmayan quru odunla müqayisə edib. Şair cavanlara bir sənətə yiyələnməyi, bir peşə sahibi olmağı məsləhət görüb. Çünki ulu babalarımız da deyib ki, sənəti olmayan adam deyil:

Ey oğul, bil ki, adəmi-bikar,

Xüşk olan bir odundu, layiqi nar.

Bunu bizdən deyibdilər əqdəm,

Sənəti olmayan deyil adəm.

Şairin fikrincə, var-dövlət bir gün əldən çıxa bilər, lakin sənət heç vaxt itməz. İnsan əlindəki sərmayənin, yəni sənətin köməyi ilə yenə də var-dövlət sahibi olar.

Puç olub getsə dövlətin zayə,

Genə sənətdir əldə sərmayə.

Elmdir əhli-sənətin hünəri,

Elmsiz sənətin nədir səməri?

Onun qələmə aldığı bir pritçada deyilir: Bir gün var-dövlət sahibi olan qardaş elmə yiyələnən qardaşına deyir: “Bu nə məşəqqətdi sən çəkirsən? Gedib təhsil alırsan, elmə yiyələnirsən. Axı elm öyrənməkdə sənin məqsədin nədir? Axı kasıbçılıq içində qovrulursan.” Bilik xəzinəsinə sahib olan qardaş isə ona cavab verir ki, xəzinəyə var-dövlət toplayan hökmdarlar xalqa dərd-qəm verən müstəbid, bilik toplayanlarsa elm yayan peyğəmbərdir.

Seyid Əzim bu günə qədər öz tərbiyəvi əhəmiyyətini itirməyən öyüd-nəsihətlərini mənzum hekayələrinin başlanğıcında və axırında verib, onları həmin əsərlərin məzmunu ilə əlaqələndirib.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Şairin əsərləri arasında müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Fəqət bunlar şairin zəngin bədii irsində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılan orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını bu qəzəldə görmək olur.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,

Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik

şeirlərilə başlayır. Bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olub. Çünki məhz “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanıb və yaradıcılığında yeni mövzulara keçib, müasir həyatın tələblərinə uyğun şeirlər yazıb və Azərbaycanın ilk mətbu orqanında nəşr etdirib. Maarifçi şair üçün “Əkinçi” qəzeti xalqa müraciət yeri idi. O, bu qəzetin səhifələrində yazdığı məqalələri və şeirləri ilə xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah insan kimi qiymətləndirirdi.

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr var ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Mücdəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” və s. satiralardır.

XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustası kimi məşhurlaşan Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər də mühüm yer tutur. Onun elm, məktəb, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələri sayılır. Dünyagörüşü baxımından maarifçi olan şair cəmiyyətin təkamül yolu ilə dəyişib gözəlləşəcəyinə inanır, bundan ötrü insanların mənəvi cəhətdən kamilləşməsini vacib şərt sayırdı. Ona görə də o, özünün ictimai-pedaqoji və bədii fəaliyyətində elmin, maarifin, mədəniyyətin təbliğinə, bilikli, tərbiyəli vətəndaşların yetişdirilməsinə xüsusi diqqət yetirirdi.

Yaradıcı insanın dünyadan cismani olaraq köçdüyünü, onun yaratdığı əsərlərin isə həmişəlik qaldığını ustalıqla ifadə edən Seyid Əzim Şirvani daim soydaşlarımızın maariflənməsinin qayğısına qalıb, doğma xalqın başqa millətlərdən mədəni səviyyə baxımından geridə qalması ilə heç cür razılaşa bilməyib. Şair istər öyüd və nəsihətlərində, istər mənzum məktub və hekayələrində, istərsə də satiralarında kitabı və mütaliəni, elmi və məktəbi təbliğ edib, xalqın nicat yolunu bu istiqamətdə görüb.

Seyid Əzim Şirvaninin XIX əsrdə məktəb, elm, maarif, mədəniyyət və təhsillə bağlı söylədiyi fikirlərin çoxu bu gün də öz aktuallığını saxlamaqdadır. Şairin maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirləri gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasına həmişə faydalı təsir göstərib. Buna görə də klassik sənətkarımızın zəngin ədəbi-bədii irsi müstəqil Azərbaycanda çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir.

Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir yeri var. O, coşğun lirik əsərlərilə Füzuli ədəbi məktəbinin istedadlı nümayəndəsi, dövrün ictimai bəlaları əleyhinə çevrilən tənqidi şeirlərilə isə qüvvətli bir satirik kimi tanınıb. Seyid Əzim XIX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə ən zəngin ədəbi irs qoyub gedib. Bu şairin xalqımız arasındakı şöhrət və nüfuzu bu günə qədər davam etməkdədir. Onun dərin təsir oyadan lirik şeirləri millətimizin dilindən düşmür. Şairin xalq arasında böyük şöhrət və nüfuz qazanmasının səbəbi, heç şübhəsiz, şeirlərinin xalq həyatından doğmuş olması və yüksək bədii keyfiyyətə malik olması ilə əlaqədardır. Qüdrətli şairin lirik şeirləri insan gəlbini ifadə etdiyi kimi, geriliyi qamçılayan güclü satiraları da “xalqın nöqteyi-nəzərini” ifadə etməkdədir. Azərbaycan şeirinin realist istiqamət üzrə inkişafında Seyid Əzim Şirvaninin böyük rolu olub. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda vəfat edib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ