Cümə günü, 09 oktyabr 2026
     

Nazir muzeylərin fəaliyyətində çox ciddi nöqsanları və çıxış yollarını göstərdi

Image


Səidə Məlikova: “Muzeylərə turist cəlb etmək mexanizmi işlənib hazırlanmalıdır”
Qiymət Məhərrəmli: “Yəqin ki, muzeylərimiz turistləri cəlb etmək üçün müxtəlif işlər, layihələr həyata keçirəcəklər”

 

Azərbaycan muzeylərinin müasir tələblər səviyyəsində qurulması, muzeylərə turistlərin cəlb edilməsi əsas məsələlərdən biridir. Məlum olduğu kimi, paytaxtımızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Son zamanlar muzeylər sahəsində aktual olan məsələlərdən biri muzeylərə yerli əhalinin və xarici turistlərin cəlb edilməsidir.

Məlumatlara görə, bu gün paytaxt muzeylərinə turist axını elə də qənaətbəxş deyil. Qeyd edək ki, dəfələrlə turistlərin muzeyləri ziyarət edib-etməməsilə bağlı muzeylər arasında sorğular keçirmişik. Əlaqə saxladığımız muzeylərdən bizə həmişə bildiriblər ki, xarici turistlər muzeylərə mütəmadi olaraq gəlirlər.

Dekabrın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən, paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirədə isə fərqli fikirlər səsləndirilib. Müşavirədə çıxış edən nazir Ə.Qarayev bildirib ki, ölkəmizdə müasir tələblərə cavab verən muzey fəaliyyətinin qurulması, muzey işinin təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır: “İndi ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var. Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir”.

Nazir, həmçinin, vurğulayıb ki, muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi daha da genişləndirilməlidir: “Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.

Ə.Qarayevin bildirdiyinə görə, son illər digər mədəniyyət ocaqları kimi, muzeylərdə də təmir-bərpa işləri görülüb, ekspozisiyalar yenidən qurulub: “Bu gün əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik”.

Nazirin qaldırdığı məsələnin aktual və gərəkli olduğunu deyən mədəniyyətşünas Səidə Məlikovanın sözlərinə görə, muzey sahəsində görülməli olan işlər çoxdur. Onun sözlərinə görə, bu gün muzeylərə turistlərin cəlb edilməsi üçün müxtəlif cəlbetmə kampaniyaları, təbliğat işləri aparılmalıdır ki, xarici turistlər muzeylərə daha çox meyl göstərsinlər. O qeyd etdi ki, Azərbaycanda muzey işi sahəsində indiyə qədər xeyli islahat həyata keçirilib. Müsahibimiz hesab edir ki, müasir texnologiya və təbliğat vasitələrinin təkmilləşməsi muzey işinə yeni baxışın meydana çıxmasına şərait yaradır: “Azərbaycanda muzey işinə dövlət çox böyük dəstək verir. Bu gün dövlət qayğısı sayəsində paytaxtda və bölgələrdə fəaliyyət göstərən muzeylərin, demək olar ki, hamısı yüksək səviyyədə təmir edilib, müasir avadanlıqlarla təmin olunub. Sirr deyil ki, dünya muzeyləri tam müasir texnologiyalarla işləyirlər. Onların muzeylərə turist cəlbetmə mexanizmi tamamilə yenidir. Azərbaycan muzeylərində peşəkarlar çoxdur. Bizim muzeylərdə çalışan muzeyşünaslar da öz işlərini pis bilmirlər. Sadəcə, bizdə yeni texnologiya vasitələrindən istifadə etmək sahəsində müəyyən çətinliklər var. Muzeylərə turist cəlb etmək mexanizmi işlənib hazırlanmalıdır. Sözsüz ki, burada hər muzeyin öz təklifləri, iş prinsipinin olması vacibdir. Bu gün muzeylərə turistlər gəlirlər. Amma onlar ölkəyə gələn turistlərin çox az faizinin təşkil edir. Halbuki, bu elə qurulmalıdır ki, respublikamıza gələn turistlərin 80-90 faizi muzeylərlə maraqlansınlar. Hesab edirəm ki, cənab nazirin irəli sürdüyü məsələlər tam yerində qaldırılıb. Muzeylər qarşıda duran problemlərinin həlli istiqamətində işlər görməlidirlər. Dünya muzeylərinin fəaliyyətinə nəzər salsaq görərik ki, onlar öz işlərini əsasən turistlərlə işləmək üzərində qururlar. Onsuz da bütün ölkələrdə yerli əhali muzeyə mütəmadi getmir. Amma turist belədir ki, getdiyi ölkələrin bütün mədəniyyət məkanlarına baş çəkmək istəyir. Biz özümüz xaricə gedəndə əsasən teatrla, muzeylə maraqlanırıq”.

S.Məlikovanın sözlərinə görə, ilkin mərhələdə turistlərin muzeylərə cəlb edilməsi məsələsində yerli turizm şirkətləri də muzeylərə kömək edə bilər. Yəni muzeylər turizm şirkətləri ilə əməkdaşlıq edə və onların vasitəsilə turistləri muzeylərə yönəldə bilərlər. Onun qeyd etdiyinə görə, Azərbaycan muzeyləri çox zəngindir və burada nəinki Azərbaycan, eləcə də bütövlükdə Qafqaz tarixinin qiymətli nümunələri qorunur, sərgilənir. Muzeylərimizin ciddi təbliğ edilməli olduğunu vurğulayan S.Məlikovanın sözlərinə görə, paytaxtda fəaliyyət göstərən bəzi muzeylərin saytları normal işləmir ki, turistlər o saytlara daxil olub muzeylərlə maraqlansınlar. Onun fikrincə, muzeylərin yeni üsullu iş sisteminə sosial şəbəkələrdə, internet resurslarında reklamlarını qurmaq da daxildir: “Hesab edirəm ki, muzeylər öz bukletlərini hazırlamalı, eyni zamanda da internet vasitələrindən istifadə edərək turistlərlə, turizm şirkətləri ilə əlaqə yaratmalıdırlar. Muzeylərdə ən aktual olan məsələlərdən biri də xarici dilləri bilən mütəxəssislərin elə də çox olmamasıdır. Bizim muzeylərdə ancaq rus və ingilis dilini bilən mütəxəssislər çalışır. Başqa dillər üzrə də mütəxəssislərin sayını artırmaq lazımdır”. 

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də hesab edir ki, muzey işinin təkmilləşdirilməsi və muzeylərə daha çox ziyarətçinin cəlb olunması istiqamətində işlərin görülməsi muzeylərin xeyrinədir. O hesab edir ki, Azərbaycan turistlərin ən çox gəldiyi ölkələrdən biridir və bu səbəbdən də muzeylərimiz turist sarıdan korluq çəkməli deyil: “Bu gün Azərbaycanın hər yerində turistlərlə qarşılaşırıq. Bu çox yaxşı haldır. Ölkəmizdəki şərait, ab-hava, sabitlik, təbiətimzin gözəlliyi, saflığı, bənzərsizliyi, mədəniyyətimizin unikallığı turistləri cəlb edir. Ölkəmizə gələn turistlərin muzeylərə kütləvi axınını təşkil etmək lazımdır. Bunun üçün muzeylərimizdə yaxşı şərait var. Yəqin ki, muzeylərimiz turistləri cəlb etmək üçün müxtəlif işlər, layihələr həyata keçirəcəklər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ