Cümə günü, 09 oktyabr 2026
     

Gözümüz aydın – peşəkar müğənnilər də bayağı toy mahnılarına keçdilər...

Image


Elnarə Dadaşova: “Fikir versəniz görərsiniz ki, bəzi müğənnilər yaxşı yazılmış mahnını da toyxanada olduğu kimi oxuyurlar”
Gülüm Qiyasova: “Bunun da əsas səbəbi toy bazarına daxil olmaq istəyidir”

 

Toy mahnıları toy məclisində səslənəndə daha münasib görünür. Ancaq təəssüf ki, son illər davamlı olaraq toylarda səslənən bayağı mahnılar efirə, ekrana da yol tapır. Bu gün, demək olar ki, əksər televiziya və radio kanallarında bir çox hallarda toy mahnıları səslənir. Özü də bu mahnıların həm mətni, həm də musiqisi olduqca zəifdir. Lakin efirə çıxan hər on müğənnidən 6-7-si toy mahnıları ifa edir.

Bu müğənnilər arasında hətta peşəkar, özünün normal repertuarı olan müğənnilər də var ki, onlar da bayağı toy mahnıları ifa etməkdən çəkinmirlər. Halbuki, bu müğənnilər daha səviyyəli mahnılar ifa edə bilərlər. Buna onların həm savadı, həm səsi, həm də istedadı imkan verir. Ancaq nədənsə peşəkarlar da bayağı toy mahnılarına üstünlük verirlər. Bir ciddi məsələ də var ki, onu da mütləq qeyd etmək yerinə düşərdi. Bir sıra peşəkar müğənni və xanəndələr professional musiqiləri də bəzən toy tələblərinə uyğun oxuyurlar. Bu da acı təəssüf yaradır. Bu günlərdə çox tanınmış xalq artistlərindən biri “İrəvanda xal qalmadı” mahnısını ifa etdi, o, ifa zamanı mahnını tamamilə kontekstindən çıxardı. Onun ifası tamaşaçıda elə təəssürat yaratdı ki, bu müğənni efirdə yox, toydadır. Belə gözəl əsərləri lap toyda da öz səviyyəsində, öz gözəlliyində çatdırmaq tələb olunur.

Peşəkar müğənni ilə şadlıq evlərində işləyən müğənnilər arasında yerlə-göy qədər fərq var. Lakin bəzi peşəkar müğənnilər özlərini səhnədə olduğu kimi deyil, şadlıq evindəki kimi təqdim edirlər.

Musiqişünas, bəstəkar, professor Elnarə Dadaşova bizimlə söhbətində bu halı təəssüflə qarşıladı. O bildirdi ki, bu gün bəzi müğənnilər professional bəstəkarların əsərlərini efirdə səsləndirmək istəmirlər. Bəzi efirlərin toyxana müğənnilərinin əlinə keçdiyini deyən musiqişünas hesab edir ki, səviyyəsiz toy mahnılarının efirdə səslənməsinə proqram redaktorları, aparıcılar yol verməməlidirlər: “Çox təəssüflənirəm ki, bu gün bir qrup insan toyxana təfəkkürü ilə yaşayır. Efirdə bu qədər bayağı mahnılar səsləndirmək olar? Bir-iki kanalı çıxmaq şərti ilə, qalanlarında toyxana mahnıları səsləndirilir. Demirəm toy üçün yazılan mahnılar efirdə səslənməsin, səslənsin. Amma bizim peşəkar bəstəkarların yazdığı toy mahnılarını oxusun müğənnilər. O qədər gözəl mahnılarımız var ki… Amma təəssüf ki, harada bayağı, mənasız mahnılar var, müğənnilər onu oxuyurlar. Fikir versəniz görərsiniz ki, bəzi müğənnilər yaxşı yazılmış mahnını da toyxanada olduğu kimi oxuyurlar. Buna təəssüf edirəm. Məncə, bu məsələyə diqqət yetirilməlidir. Efir toyxana, şadlıq sarayı deyil. Toyda səslənən mahnıların efirdə nə işi var?”.

Musiqiçi Gülüm Qiyasova da bizimlə söhbətində bu halın peşəkar musiqi mütəxəssislərində qıcıq yaratdığını qeyd etdi: “Toyun toy, efirin də efir yeri var. Ancaq bəzən təəssüf ki, şadlıq evi ilə efir-ekran səhv salınır. Televiziya və radio kanallarında elə proqramlar var ki, o proqramın toyxana ilə heç bir fərqi yoxdur. Mən anlaya bilmirəm ki, peşəkar müğənnilər niyə özlərini toyxana müğənnisi səviyyəsinə salırlar? Bir də görürsən ki, musiqi təhsili olan, özünü peşəkar kimi təsdiqləyən bir müğənni çıxıb toy mahnısı oxuyur, yaxud oxuduğu xalq və bəstəkar mahnısını toyxana ruhuna uyğunlaşdırır. Bu yolverilməzdir. Təəssüf ki, bu gün toyların da səviyyəsi aşağıdır və burada əsasən bayağı mahnılar səsləndirilir. Bu mahnıların musiqisi eynidir, eyni ritmdədir, sadəcə, sözlərə və adlara bir az əl gəzdirilir. Bu mahnılar da efirdə səslənir. Tamaşaçı deyir ki, toylarda dinlədikləri bayağı mahnılar onları bezdirir, sonra o mahnıları efirdə eşidəndə lap əsəbi olurlar”.
Peşəkar müğənnilərin də efirdə bayağı toy mahnısı oxumasının səbəblərini izah edən ekspert deyir ki, bunun sadə bir səbəbi var. O hesab edir ki, müğənnilər efirdə şən mahnılar səsləndirməklə özlərinə toy tuturlar. “Müğənnilər külli məbləğdə vəsait xərcləyib bəzi verilişlərə çıxırlar. Bu verilişlər də sırf kommersiya maraqlarına xidmət etdiyindən, ora kimin çıxması, kimin nə oxuması, nə geyinməsi, onların efir qaydalarına riayət edib-etməməsi maraqlı deyil. Belə verilişlər çoxdur. Müğənnilər bu verilişlər vasitəsilə özlərini reklam edirlər. Bura əsasən toy müğənniləri çıxırlar. Bəzi peşəkar müğənnilər düşünürlər ki, onsuz da səviyyəli mahnılarla pul qazana bilmirlər, çıxıb bayağı toy mahnısı oxusa, bəlkə özlərinə toy tutdular. Onlar toy tutmaq, şadlıq evlərinin diqqətini cəlb etmək üçün bayağı mahnılar oxuyurlar. Bu da sözsüz ki, onların yaradıcılığına mənfi təsir edir. Davamlı olaraq bayağı mahnı oxuyan adamın səsi hansı səviyyədə olursa-olsun o, istər-istəməz, normal mahnılar oxumaqda əziyyət çəkəcək. Bu gün baxsanız müğənnilərin əksəriyyəti şən mahnılar yazdırıb efirə verir, sosial şəbəkələrdə, internetdə yerləşdirirlər. Bunun da əsas səbəbi toy bazarına daxil olmaq istəyidir. Bu gün toy bazarına girmək isə elə də asan məsələ deyil” - deyə bildirən musiqiçi hesab edir ki, toy bazarına daxil olan müğənni efirdə də, toyda da eyni xətti tutmağa məcburdur.

Onun sözlərinə görə, vaxtilə toylarda səviyyəli mahnılar, muğamlar, xalq mahnı və rəqsləri, aşıq musiqisi səsləndiyi üçün, o ifaların efirdən səslənməsində mənfi heç nə yox idi. “Yəni sənətkar əsəri necə vardısa, elə də oxuyurdu” - deyən ekspert bildirdi ki, o vaxt əsl musiqi toylarda yaşadılır, qorunub saxlanırdı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ