Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Nəcəf bəy Vəzirov

Image


Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Şuşa şəhərində anadan olub. Atası Fətəli bəy, anası Mina xanımdır. Nəcəf bəy ilk təhsilini dini məktəbdə alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Fəqət o, bu məktəbdə oxuya bilmir. Burada müəllimin amansız rəftarı onu məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın yaxın bir qohumu ona rus dilini öyrədir və o, yazı-pozu ilə mirzəlik edərək ailəsinə maddi yardım göstərməyə başlayır.      

Oxumağa, elmə, maarifə böyük maraq göstərən Nəcəf bəy 1868-ci ildə yarımçıq qalan təhsilini davam etdirmək məqsədilə Bakıya gəlir və burada Realnı Gimnaziyaya daxil olur. Şəhərin ən mötəbər təhsil ocaqlarından sayılan bu gimnaziyada Nəcəf bəy altı il oxuyub.

Gimnaziyada oxuyarkər Nəcəf bəy Vəzirovun böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına güclü təsir edir. Həsən bəy Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə Nəcəf bəy təbiət elmlərinə xüsusi maraq göstərib, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olub. Yazıçının teatrla tanışlığı da bu zaman başlayıb. O yazır: “1873-cü ildə altıncı sinifdə oxuduğum zaman birinci dəfə rus teatrına getdim. Bu gecə mənə son dərəcə təsir etdi. Teatrın necə bir şey olduğunu anladım…”

Nəcəf bəy Vəzirov 1874-cü ilin iyun ayında gimnaziyanı gümüş medalla bitirib və ali təhsil almaq üçün Peterburqa gedib. Gələcəyin tarixi şəxsiyyəti burada uğurla imtahan verib və məşhur Peterburq Universitetinə qəbul edilib. Lakin elə ilk günlərdən şəhərin rütubətli havası ona düşməyib və səhhəti ağırlaşan iyirmi yaşlı Nəcəf bəy qızdırma xəstəliyinə tutulub. Müalicə aldıqdan sonra həkimlərin məsləhəti ilə Moskvaya gedib. Nəcəf bəy Vəzirov burada da uğurla imtahan verərək Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasının tələbəsi olub. Moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından tanış olan Vəzirov ədəbiyyata daha ciddi meyl göstərib. Tələbə vaxtı “Ev tərbiyəsinin bir şəkli” və “Gəmi lövbərsiz olmaz” komediyalarını yazıb. Kasıbçılıq ucbatından uzun illər palaza bürünüb yatdığına görə ona “Dərviş” təxəllüsü veriblər. Hətta yazıçı özü də bəzi ədəbi nümunələrində, o cümlədən Şuşada kitab şəklində çap olunan “Daldan atılan daş topuğa dəyər” pyesinin titul vərəqində imzasını belə verib: “İnşayi Dərviş Nəcəf bəy Vəzirzadə”.

Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra Moskvadan Azərbaycana qayıdan Nəcəf bəy əvvəlcə Gəncə quberniyasının Tərtər nahiyəsində, Dilicanda, sonralar isə müxtəlif bölgələrdə meşəbəyi işləyib. O, meşəbəyi işləyə-işləyə 1890-1895-ci illərdə yazdığı “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük” komediyalarını və “Müsibəti-Fəxrəddin” faciəsini yazıb. Onun bu əsərləri həyat və məişətin ən müxtəlif sahələrində özünü göstərən “müsəlman avamlılığının” təhlilinə həsr edilib. Sonuncu pyes ədibin dram yaradıcılığının ilk mərhələsini səciyyələndirmək baxımından xüsusilə maraqlıdır. Bu dövr dramaturgiyasının ümumilikdə maarifçi səciyyəsi də bu pyesin təhlilində qabarıq meydana çıxır.

Nəcəf bəy 1895-ci ildə Bakıya köçüb və burada vəkilliklə məşğul olub. Eyni zamanda müxtəlif mətbuat səhifələrində publisistik yazılarla çıxış edib. Onun müxtəlif mövzulu məqalələri “Həyat”, “İrşad”, “Təzə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”, “Açıq söz” və “Mirat” qəzetlərində çap olunub.

Nəcəf bəy Vəzirov yaradıcılığa nəsr və publisistika ilə başlasa da, bir dramaturq kimi ədəbiyyatımızın klassikləri sırasına daxil olub. O, dramaturji yaradıcılığa Bakıda olarkən başlayıb. Hələ gəncliyində Realnı Gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşasında oynayıb. Bundan təsirlənərək birpərdəli “Əti sənin, sümüyü mənim” və “Qaragünlü” məzhəkələrini yazıb. Fəqət həmin əsərlər itib. Dramaturq bu məzhəkələrdən birincisinin süjeti və mövzusu barədə vaxtilə “Əkinçi” qəzetində yazıb. Əldə olmayan ikinci məzhəkəsi barədə isə müfəssəl tərcümeyi-halında bəhs edib.

Nəcəf bəy 1900-cu ildə “Pəhləvanı-zəmanə” dramını yazıb. Bu əsər milli burjuaziyanın həyatından, Bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir olunan birinci dram əsəridir. Dramaturq “Müsibəti-Fəxrəddin” əsərində özünün cəmiyyət və insan, elm və şüurun azadlığı, təfəkkürün təkamülü və ideal həyat, maariflənmə və sosial tərəqqi ideyalarını Fəxrəddin obrazının timsalında xarakterik dramaturji cizgilərlə verib. Qadın azadlığı duyğularını isə Səadət xanımın timsalında oxuculara çatdırıb. Bu əsərdə eyni zamanda feodal patriarxal cəmiyyətinin kübar təbəqəsinin Cahangir bəy, Şahmar bəy, Mələk xanım, Gülbahar xanım kimi nümayəndələrinin və rəiyyəti təmsil edənlərin xarakterləri işlənib. “Pəhləvanı-zəmanə” dramında isə eyni dövrün və eyni millətin burjua əxlaq düşüncələrinin rəzil xüsusiyyətləri, neft möhtəkirlərinin dələduzluqları, vəkil Aslan bəyin timsalında qanunun pulla hərraca qoyulması, həddi-büluğa çatmış qızların nadanlıq pərdəsində yaşadıqları üçün ehtiras düşkünlərinin amansız cənginə düşmələri ürək ağrısı ilə qələmə alınıb. Dramaturq “Müsibəti-Fəxrəddin” faciəsində kəndlilərin avamlıq qəflətindən ayılmamalarının müsibətini veribsə, “Pəhləvanı-zəmanə” dramında cəhalət yuxusunda mürgü vuran, torpağı əlindən alınan Qurban kişinin nadanlığını qabarıq şəkildə nəzərə çatdırıb.

Nəcəf bəy Vəzirovun dramaturgiyası təngidi realizmin estetik prinsipləri ilə xüsusi səciyyə daşıyır. O, dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb, milli dramaturgiyamıza fəlsəfi təməl psixoloji dramatizm, faciəvi obrazlar silsiləsi gətirib.

1905-ci il inqilabı Nəcəf bəy Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan qəzetlərdə “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən də dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1913-cü il noyabr ayının 15-də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirlər. Xalqın ehtiramı Nəcəf bəyin yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurduğundan, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Nəcəf bəy Vəzirov bu illərdə “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazıb, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib.  

Əxlaq və ailə-məişət mətləbləri, ənənəvi nadanlıq və ona qarşı mübarizə mövzusu, Şərqdə və Rusiyada milli-ictimai hərəkat, beynəlmiləllik və xalqlar dostluğu ideyası, qadın azadlığı məsələsi Nəcəf bəy Vəzirovun yazdığı məqalələrin əsas mövzusunu təşkil edirdi. Həssas humanist vətənpərvər yazıçı Qafqazda müsəlman qırğını əleyhinə öz hərarətli səsini ucaldır, Arazın o tayında ictimai və milli-mənəvi zülmə qarşı ayağa qalxan Təbriz inqilabçılarına öz  vətəndaş və sənətkar xeyir-duasını qələmlə mətbuatdan elan edirdi.

Nəcəf bəyin həyatının və ictimai fəaliyyətinin əsas mənası, mənəvi məzmunu dramaturgiya olur. Maarifçi dramaturgiyanın inkişafında yeni mərhələ hamıdan əvvəl Nəcəf bəy Vəzirovun yaradıcılığı ilə başlayır. Vəzirov maarifçi dramın təkcə ideya hüdudlarını yox, həm də həyatın əhatə çərçivəsini genişləndirir, səhnədə ictimai geriliyin təngidini və realist-maarifçi didaktikanın hüdudlarını böyüdür. Bunlardan birincisinə o, mülkədar-ağa, ikincisinə ziyalı-bəy surətlərinin nümunəsində nail olur: rədd olunan vərdiş, psixologiya və adətlərdə köhnəlik inkar edilir, müsbət-rezoner surətlərin səhnədə birbaşa bəyan etdiyi şikayət-lənətlərdə və monoloq-nəsihətlərdə təbliğ olunan yeniliyin məzmunu izah olunur.

Sovet dövrünün ilk ilində yazdığı “Təzə əsrin ibtidası” pyesində Nəcəf bəy Vəzirov mülkədar şüuru ilə zəhmətkeş düşüncə tərzini yeni estetik aspektdən qələmə alıb. Mürəkkəb dramaturji hadisələrin mərkəzində yeni şüur oyanışının ziyalarını qabarıq şəkildə verməyə çalışıb.

Nəcəf bəy Vəzirov Azərbaycan xalqının sevimli dramaturqudur. Vətənin azadlığı, xalqın maariflənməsi və xoşbəxtliyi onun böyük ideya və arzusu olub. O, istedadının gücünü, bilik və bacarığını ömrü boyu bu yolda sərf etməyi özünə səadət hesab edirdi. Ona görə də, bu yolda nə təqib, nə həbsxana, nə də sibir meşələrinə sürgün onu qorxudurdu və bütün yaradıcılığı boyu xalqın səadəti və rifahı missiyasının daşıyıcısı olması ilə qürur duyurdu. Xalqımız da özünün bu ölməz sənətkarı ilə qürur duyur.

Azərbaycanda aprel istilasından sonra Nəcəf bəy Vəzirov Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Fəqət qocaman yazıçının səhhəti pozulmuşdu, tez-tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər. Buna baxmayaraq, Nəcəf bəy Vəzirov 1926-cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrilə birlikdə Şamaxıya – Çuxuryurda gedir və iyul ayının 12-də orada ürək çatışmazlığından vəfat edir. Beləcə o, ölümü də bir əsgər kimi vəzifə başında qarşılayır. Yazıçının cənazəsi Bakıya gətirilərək Fəxri Xxiyabanda dəfn olunub.

Alaah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ