çərşənbə günü, 25 noyabr 2026
     

Bölgə teatrlarına dövlət qayğısı - Gəncə Dövlət Dram Teatrına yeni bina tikilir...

Image


Azərbaycan teatr sənəti qədim ənənələr üzərində pərvəriş tapıb. 1873-cü ildə Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Ona qədərki əsrlər, dövrlər ərzində meydan tamaşaları və s. teatr rolunu oynayıb. O dövrdən indiyə kimi 142 ildən artıq vaxt keçib. Artıq Azərbaycanın çox yerində müxtəlif profilli teatrlar fəaliyyət göstərir. Bu gün respublikamızda 27 dövlət teatrı fəaliyyət göstərir və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir.
Teatrlara dövlət qayğısı ilbəil güclənir, bu sahədə olan problemlər sıradan çıxır. Bilirik ki, son illər həm paytaxt, həm də bölgə teatrları təmir edilir, əsaslı şəkildə yenidən qurulur, bəzilərinə isə yeni bina tikilir. Artıq respublikada təmirsiz teatra çox nadir halda rast gəlmək olar. Belə bir teatr varsa, dövlət həmin teatrın qayğısına qalır. Məlum olduğu kimi, Azərbaycan teatrına Heydər Əliyevin qayğı və diqqəti misilsiz olub. Məhz onun respublikaya rəhbərlik etdiyi dövrdə teatrların inkişafına xüsusi önəm verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu qayğı siyasətini davam etdirir. Bu illərdə "Teatr və teatr fəaliyyəti haqqında" Qanun qəbul edilib. Prezidentin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Dövlət başçısının teatrla bağlı imzaladığı hər bir sənəddə teatrın inkişafı, tərəqqisi, işıqlı gələcəyi yolları qeyd edilib.
Onu da bildirək ki, dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzalanan Sərəncam təqdirəlayiqdir. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənib. Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə onillik müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub.
Bu da faktdır ki, ölkəmizdə teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, yeni və təmirli binalarla təmin edilməsi, teatrlara dövlət qayğısının artırılması yüksək qiymətləndirilməlidir. Xatırladaq ki, bir neçə il bundan əvvəl bəzi teatrlarımızın, məsələn, Bakı Bələdiyyə, Pantomima, Şuşa teatrlarının öz binaları yox idi. Lakin bu teatrlar öz binalarından məhrum olsalar da, böyük zəhmət nəticəsində mövcudluğunu və tamaşaçılarını saxlaya biliblər. Teatrların əhəmiyyətini bilən ölkə rəhbəri dəfələrlə bildirib ki, Azərbaycanın heç bir teatrı binasız qalmamalıdır. Bütün bunları nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə adları çəkilən teatrlara kinoteatr binalarında yer verilib. Belə ki, Bakı Bələdiyyə Teatrına "Drujba", Pantomima teatrına "Şəfəq", Şuşa teatrına isə "Savalan" kinoteatrlarında yer verildi. Bu teatrlara kinoteatr binasında yer verilməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Sözügedən Dövlət Proqramında təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Əlbəttə, ilk növbədə, bu mədəniyyət ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi ön plana çəkiləcək. Çünki teatr sahəsində tədbirlərin uğurlu keçməsi üçün maddi-texniki bazanın günün tələbləri səviyyəsində qurulması çox vacibdir. Prezidentin təsdiq etdiyi proqramların, imzaladığı sərəncamın və bu sahədə həyata keçirilən layihələrin məqsədi odur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni Azərbaycan teatrı gələcəkdə istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur.
"Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, onu irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var"- bu fikrin müəllifi isə Heydər Əliyevdir.
Qeyd etdiyimiz kimi, paytaxt teatrları ilə bərabər olaraq bölgə teatrlarına da qayğı davam etdirilir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikilir. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək.
O da vurğulanır ki, binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yerlik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.
Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib.
Məlum olduğu kimi, mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlətimizin başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illər çoxsaylı tarixi abidə, monumental bina, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.
Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrı 1932-34-cü illərdə Qırmızı bayraqlı Türk İşçi Teatrı, 1934-35-ci illərdə Qırmızı bayraqlı Kirovabad Teatrı, 1935-39-cu illərdə Qırmızı bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1939-52-ci illərdə L.Beriya adına Qırmızı bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1952-64-cü illərdə Qırmızı bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1964-90-cı illərdə Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı, 1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi adlandırılıb.
XIX əsrin sonlarında Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakı ilə ilk dəfə burada oynanılan tamaşalar dövrünün mütəfəkkir və ictimai xadimi olan M.F.Axundov və N.Vəzirovun pyesləri olub. Tədqiqatçılar yazır ki, 1906-cı ildə yaradılmış "Gəncə müsəlman məclisi"nin bu sahədə xidmətləri daha önəmlidir. Ə.Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatr truppasında "Ağa Məhəmməd şah Qacar" "Dağılan tifaq",(Ə.Haqverdiyev ), "Əl-Mənsur" ( N.Heyne), "Nadanlıq" (N.Nərimanov), "Vətən" (N.Kamal) və başqa əsərlər onların əsas repertuarı olub. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi olan Mirzə Məhəmməd Axundzadə bir neçə yeni dram əsərləri yazmaqla yanaşı, əcnəbi müəlliflərin pyeslərini tərcümə edir və teatr sənətinin dövrü üçün nəzəri problemlərini əks etdirən "Teatro nədir?" elmi əsərini yazır və çap etdirir. Bütün bunlarla yanaşı, həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəbi" tələbələrinin ilk dram truppası da yaradılır. Burada M.C.Əmirovun "Seyfülmüllük" operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulur. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərir. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı olan, lakin dövlət statusu almamış bir teatr idi. Burada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Tədqiqatçılar yazır ki, məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın bir sıra teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti göstərib.
Tədqiqatçılar yazır ki, 1932-ci ilin dekabr ayından Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılmış, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə "Azad Tənqid-Təbliğ Teatrı" kimi fəaliyyətə başlayan, sonradan "Bakı İşçi Teatrı"nın tarixi ilə üzvü şəkildə bağlıdır. Belə ki, məhz 1932-ci ilin dekabr ayında bu teatrın yaradıcı kollektivi bütünlükdə Gəncəyə köçürülür və "Tənqid-Təbliğ" teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir. Bu teatr haqqında bir vaxtlar görkəmli səhnə xadimi Mehdi Məmmədov belə danışırdı: "Teatrın yaradıcılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb". Forma etibarilə kiçik dram əsərlərinə səhnə təcəssümü verən, ətrafına müxtəlif nəsli cəlb edən bu teatr özünə tam yaşama hüququ qazandıraraq çox qısa vaxt məkanında maraqlı repertuarı ilə tamaşaçı auditoriyası toplaya bilib. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətini burada davam etdirirlər.
Gəncədə milli professional teatr sənətinin yaranması və inkişafında, teatrın yaradıcılıq istiqamətinin müəyyənləşdirilməsində aktyorlardan Kazım Ziya, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Ətayə Əliyeva, İsmayıl Talıblı, Ələkbər Seyfi, Kərim Sultanov, Rəmziyyə xanım Veysəlova, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, rejissorlardan Mehdi Məmmədov, Yusif Yıldız, İsmayıl Əfəndiyev, sonradan Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissorlardan Vaqif Şərifov, Hilal Həsənov və başqalarının əməyi böyük olub. Bu aktyor və rejissorlar Gəncə teatrının səhnəsində müxtəlif səpkili pyeslərlə maraqlı obrazlar qalereyası yaratmaqla, fundamental repertuar siyasətinin əsasını qoymuşlar. Belə ki, "Aslan yatağı" (M.H.Təhmasib), "İntizar" (İ.Əfəndiyev və M.Hüseyn), "Bizim şəhərli oğlan" (K.Simonov), "Od gəlini" (C.Cabbarlı), "Madrid" (M.İbrahimov), "İntiqam" (Z.Xəlil), "Nə əldən qoyur, nə yardan doyur" (Lope De Veqa), "Müfəttiş" (Qoqol), "Ölülər" (Cəlil Məmmədquluzadə), "Kəllə"(Nazim Hikmət), "Tülkü və üzüm" (G.Fiqeyerdo), "Bahar" (M.H.Təhmasib), "Böyük ürək" (H.Seyidbəyli və İ.Qasımov), "Nəsrəddin şah" (C.Cabbarlı), "Qoca" (M.Qorki) "Üç qəpiklik opera" (Brext), "III-Riçard" (V.Şekspir), "Antiqona" (Esxil), "Medeya" (Evripid), "Yad qızı" (Orxan Kamal) tamaşaları orjinallığı və səhnə tamlığı ilə fəqlənmiş və yaradıcı kollektivin böyük potensial bir qüvvəyə malik olduğunu göstərə bilib.
2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatının "Qran Pri"sinə layiq görülüb.
2007-ci ildə gənc rejissor İ.Gözəlovanın tamaşaya hazırladığı "Qəribə oğlan" pyesi "Gənc rejissorların teatr festivalı"nda uğur qazanıb.
2009-cu il. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan teatrlarının inkişaf etdirilərək sivil dövlətlərin teatrları səviyyəsinə qaldırılması məqsədilə bir çox sərəncamlar verib ki, onlardan biri də "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzalanan Sərəncamdır. Həmin Sərəncamda dünya teatrlarının iştirakı ilə elmi-praktiki konfransların, bədii qiraət müsabiqələrinin, yeni teatr festivallarının keçirilməsi və xarici ölkələrdə keçirilən festivallarda iştirak etmək nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi də həmin sərəncamlar çərçivəsində bu qəbildən olan silsilə tədbirləri reallaşdırmaqdadır. Belə ki, 23-28 iyun 2009-cu il tarixlərində ilk dəfə Gəncədə "Yeni Teatr" respublika festivalı keçirildi. Gəncə Dövlət Dram Teatrı həmin festivala ev sahibliyi etməklə yanaşı, Ə.Əmirlinin "Varlı qadın" tamaşası ilə qatılıb. 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin "Ölüm hökmü" tamaşası ilə "Respublika teatr festivalı"nda uğurla çıxış edib.
2011-ci ilin aprel və may aylarında, Mir Cəlal Paşayevin doğum günü ərəfəsində teatr əməkdar artist Loğman Kərimovun quruluş verdiyi Mir Cəlal Paşayevin "Ərik ağacı" tamaşası ilə respublikanın bir çox şəhər və rayonlarında tamaşaçılar qarşısında çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq etməsindən sonra Gəncə Dövlət Dram Teatrı öz tarixində ilk dəfə, Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstək və yardımı ilə, Əli Qasımovun teatra rəhbərliyi dövründə xarici ölkəyə səfər etdi.
Teatrın olduqca uğurlu qastrol səfərləri olub. Sağlıq olsun, başqa yazılarımızda bu uğurlara da toxunacağıq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ