çərşənbə günü, 25 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Aşıq Ələsgər irsinə dövlət qayğısı...
Tarix: 22.09.2015 / 02:29
Bölmə: Layihə
Azərbaycan dövlətinin aşıq sənətinə göstərdiyi böyük diqqət və qayğı bu sənətin inkişafına, tərəqqisinə səbəb olub. Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə xalq musiqisinə, onun əsas tərkib hissəsini təşkil edən aşıq sənətinə xüsusi əhəmiyyət verib. Heydər Əliyevin dövründə Azərbaycan aşıqlarının əməyi qiymətləndirilib, onların repertuarı yazıya alınıb, ifaları efirlərdə tez-tez səsləndirilib.
Azərbaycan aşıq sənətinin zirvələrindən olan və cəmi aşıqların mənəvi dədəsi hesab edilən aşıq Ələsgərin 150 illik yubileyi də Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə böyük təntənə ilə qeyd olunub. Aşıq Ələsgər günləri həm Göyçədə, həm də Azərbaycanda yüksək səviyyədə keçirilib. Onu da vurğulayaq ki, aşıq Ələsgərin 150 və 175 illik yubileyləri Heydər Əliyevin təşəbbüsü, göstərişi ilə dövlət səviyyəsində keçirilib.
2011-ci il dekabrın 14-də aşıq Ələsgərin 190 illik yubileyi təntənə ilə qeyd edildi. Qüdrətli ozanın, ustadın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında keçirilən 190 illik yubiley tədbirini aşıq sənəti üçün böyük hadisələrdən biri hesab etmək olar. Aşıq Ələsgərin 2011-ci ildə keçirilən 190 illik yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. "Aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də ümumiyyətlə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sənətin inkişafına həmişə dövlət qayğısı olub, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülüb, onların konsertləri üçün şərait yaradılıb. Bu gün aşıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub. Muğam sənətindən sonra Azərbaycan aşıq sənətinin də UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bunun əyani ifadəsidir. Keçib gəldiyimiz təqribən 40 illik tarixi yolun fərqli mərhələlərində ulu öndərimiz Heydər Əliyevin qoymuş olduğu ənənələrə görə Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə dəstəklənmişdir. Bu mənada mən ölkəmizin incəsənət xadimlərini xoşbəxt sayıram. Xoşbəxt sayıram ona görə ki, ulu öndərimizin qoyduğu ənənə Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsil nümunəsini göstərir. 2011-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük ustad Aşıq Ələsgərin anadan olmasının 190 illiyi respublikanın bölgələrində geniş şəkildə qeyd edilib. Qədirbilən xalqımız ustad sənətkarı daim anacaq və onun yazdığı ölməz şeir nümunələri heç vaxt yaddaşlardan silinməyəcəkdir".
Qeyd edək ki, 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Azərbaycan aşıq sənətinin görkəmli və məşhur simalarından olan aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Tədqiqatçıların yazdığına görə, atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Onun əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Böyük bir ailəyə başçılıq edən Alməmməd kişinin dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 baş külfətini dolandırır. Tədqiqatçılar yazır ki, uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayi Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayi Qurbanın həyətində nökərçilik edir.
Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranır, onlar bir-birini sevir. Ancaq Kərbəlayi Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayi Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən aşıq Ələsgər xüsusi təhsil ala bilməyib. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənib. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan, eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.
Aşıq Ələsgərə Tanrı istedadı, fəhmi, duymaq və ifadə etmək qabiliyyəti verib. Onun yaradıcılığı bu gün aşıq şeirində tükənməyən bir sərvətdir. Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır Ələsgər. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirib, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib.
Tədqiqatçılar yazır ki, o, bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb.
Onu da bildirək ki, aşıq şeirinin ən maraqlı və mürəkkəb janrlarında aşıq Ələsgər bənzərsiz nümunələr yaradıb.
Onun dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növlərində yazdığı şeirlər bir məktəb rolunu oynayır.
Bu nümunələr aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə büruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Mirəli Qaşqay öz çıxışlarının birində belə deyirdi: "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm". Dövrünün fitrətlərindən, fenomenlərindən biri olan aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı, İslamı da dərindən bilən birisi kimi ad qoyub və bu sahəyə öz yaradıcılığında geniş yer verib.
Ələsgər xümsünən zəkatın verə,
Əməlin mələklər yaza dəftərə.
Hər yanı istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərəkdir
- deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər verib. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən aşıq Ələsgər xalq tərəfindən sevilib və el ağsaqqalına çevrilib.
Tədqiqatçılar ustad sənətkar haqqında yazır ki, o, ilk şeirlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləyib. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlayıb, çalıb-oxumağa, söz deməyə meyli çoxalıb. Bu zaman atası onu Göyçənin Qızılvəng kəndindən olan aşıq Alının yanına aparıb, Ələsgər Alının şəyirdi olub.
Tədqiqatçılar yazır ki, bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənib. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişib və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəyib. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə ifadə edib:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq edib, ağır toy məclisləri aparıb. Tezliklə onun şöhrəti qonşu mahallara yayılıb, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağırılıb, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoyub.
Tədqiqatçılar qeyd edir ki, aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilib. Tədqiqatçılar Dədə Ələsgərin müasirlərinin fikirlərinə istinadən yazırlar ki, o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli olub. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyardı. Başını təmiz qırxdırıb saqqal saxlayıb. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyub. Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirib, ustad bir sənətkar kimi məşhurlaşdırıb. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşıb, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini öyrədib. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınaraq məşhurlaşıb. Ustad özü şeirlərinin birində çoxlu şəyird yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:
Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.
Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunub.
Aşıq Ələsgər o şəxsiyyətlərdəndir ki, onun həyatı, fəaliyyəti hər zaman diqqət mərəkəzində olub. Hesab edirik ki, gələcəkdə də belə olacaq. Onun həyat keşməkeşlərini şərh edən aşıqşünaslar bildirir ki, ilk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalıb, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. O, gözəl bir ailə başçısı olub, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkib. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərib.
Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınıb. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırıb, onun ağır vəziyyətini gördükdə baisi yamanlayıb, ona lənətlər yağdırıb.
Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neçə bədbəxt hadisə baş verdiyini yazan tədqiqatçılar bildirir ki, 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür. Bu hadisədən möhkəm təsirlənən aşıq:
Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi-
bəndi ilə başlanan qoşmasını yazıb.
1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.
1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış əhalisi öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olub. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçüb, bir neçə ay da orada qalıb. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Srınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.
Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdır, ömrünün son illərini doğma kəndində yaşayır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olunub. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alıb və nəşr edib. 1972-ci ildə aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanıb və çap edilib.
Aşıq Ələsgər elə bir ustad olub ki, ondan sonra gələn bütün aşıqlar özünü onun mənəvi varisi sayır. Haqlıdırlar. Çünki aşıq Ələsgər dövrü aşıq sənətində yeni bir mərhələnin başlanğıcı sayılmalıdır. Bu mərhələ isə böyük dövrləri, hətta qərinələri, əsrləri əhatə edir.
Ürək ağrıdan məqam odur ki, hazırda bir sıra ustadlarımız kimi, aşıq Ələsgərin də məzarı yağı tapdağındadır. 1988-ci ildə Qərbi Azərbaycanda türk ellərinin pərəni pozuldu, həmvətənlərimiz didərgin düşdü. Göyçədə aşıq Alının, Ələsgərin və başqa ustadların məzarı qaldı. Hətta Göyçədə ustad Ələsgərin büstü də ucaldılmışdı. Amma indi o büstün taleyi haqqında hər hansı bir məlumatımız yoxdur.
Azərbaycan aşıq sənətinin zirvələrindən olan aşıq Ələsgərin tükənməz irsi, yaratdığı böyük məktəb hər zaman öz mövcudluğunu qoruyacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb -
yanvaradək...
24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti:
Finlandiya savaş meydanına çevrilir
24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi
24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...
24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..
24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək
24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı
24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb
- FOTO
24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
- FOTO
24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub"
- Siyavuş Novruzov
24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb
24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb
24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar
24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...
24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum
– şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...
24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu -
"Krım körpüsü mövcud olmayacaq"...
24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq
24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb
24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib
- XİN faktı araşdıracaq
24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi
24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları...
- İpək yolunun bərpa imkanları...
24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu
24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası
24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur"
– Gündüz İsmayılov
24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- FOTO
24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
- Prezident
24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər
– Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ