çərşənbə günü, 25 noyabr 2026
     

18 sentyabr - Milli Musiqi Günümüz...

Image


1995-ci ildən Heydər Əliyevin Fərmanı ilə qeyd edilən bayram mədəniyyətimizin təbliğində böyük rol oynayır

Azərbaycan musiqisi deyəndə burada ancaq iki-üç janr nəzərə alınmamalıdır. Bura musiqi mədəniyyətimizə xas olan, xalqımızın bədii-estetik zövqünü ifadə edən, milli-mənəvi dəyərlərini, dünyagörüşünü, həyat tərzini, gözəllik anlayışını özündə ehtiva edən janrlar, qollar daxildir. Azərbaycan musiqisinin atası xalq musiqisidir, aşıq sənəti, muğam, təsniflər, xalq mahnıları, rəqsləridir. Bu zəngin özülün üzərindən çağdaş Azərbaycan musiqisi pərvazlanıb, qalxıb, bugünkü yüksəkliyə çatıb.
Sirr deyil ki, Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir Hacıbəyovdur (Hacıbəyli). O Üzeyir Hacıbəyov ki, professional musiqinin, milli bəstəkarlıq məktəbinin əsasını qoyub, yüzlərlə musiqiçi, bəstəkar yetişməsinə fədakarlıqla əmək sərf edib. Artıq 20 ildir Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Onu da bildirək ki, dahi bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Musiqişünasların yazdığına görə, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edib. Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, milli musiqi sahəsinə münasibətdə də ciddi dönüş oldu. Bu dönüşün müəllifi Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev olub. Niyazinin illər boyu qeyri-rəsmi olaraq qeyd etdiyi 18 sentyabr - Musiqi Gününü Heydər Əliyev 1995-ci ildə rəsmiləşdirdi. Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyov şəxsiyyətinə, yaradıcılığına, onun çoxşaxəli nəcib işinə böyük dəyər verən Heydər Əliyev deyirdi: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".
"Üzeyir Hacıbəyov Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir"-bu qiymətli fikir isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.
Dahi bəstəkara böyük dəyər verən Prezident İlham Əliyev 23 fevral 2010-cu il tarixində Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb": 2010-cu ilin sentyabr ayında dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi tamam olur".
Sərəncamda Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəyovun 125 illik yubileyinin layiqincə keçirilməsinin təmin edilməsi məsələsi qeyd edilib.
2010-cu ildə Prezident sərəncamı və müvafiq qurumların iştirakı ilə dahi bəstəkarın 125 illiyi ölkədə qeyd edildi.
18 sentyabrda ölkənin musiqi ictimaiyyəti özünün bayramını qeyd edir. Bu gün, bir növ, musiqiçilərin peşə bayramıdır.
Onu da vurğulayaq ki, Üzeyir Hacıbəyovun 120 illik yubileyi də dövlət səviyyəsində qeyd edilib. Dahi bəstəkarın anadan olmasının 120 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin 28 fevral 2005-ci il tarixli Sərəncamı ilə görkəmli bəstəkarın yubileyi qeyd edilib. Onu da vurğulayaq ki, 2005-ci ildə o dövrdə mədəniyyət naziri olan Polad Bülbüloğlunun göstərişi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Heydər Əliyev adına Sarayın foyesində nümayiş etdirilən Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş sərgi təşkil edib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin təşkili işinə böyük həvəs və məsuliyyətlə yanaşıb, muzeyin fondundan bəstəkarın həyat və yaradıcılığına aid materiallar mövzu planına uyğun seçilib. Sərgidə Üzeyir Hacıbəyovun Qori seminariyasını bitirməsi haqqında şəhadətnamə, "Kaspi" qəzetində 12 yanvar 1908-ci ildə "Leyli və Məcnun" operasının premyerasının elanı, "Nicat" cəmiyyətinin proqramı (1911), "Ər və arvad" musiqili komediyasının afişası (1918), bəstəkarın şəxsi imzası olan "Ləzginka" əsərinin not əlyazması (1932), Müslüm Maqomayevlə birlikdə tərtib etdiyi "Azərbaycan türk el nəğmələri" (1927) məcmuəsi, muğam operalarından "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Əsli və Kərəm", "Şah Abbas və Xurşidbanu"nun afişaları, Bülbülün "Koroğlu" operasında Koroğlu rolunda fotoşəkli və s. dəyərli eksponatlar nümayiş etdirilirdi.
Üzeyir Hacıbəyovun 120 illiyi ilə bağlı 10 il əvvəl Üzeyir Hacıbəyovun mənzil muzeyinin hazırkı direktoru, görkəmli bəstəkar, musiqiçi Sərdar Fərəcov yazırdı: "Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakıdakı ev-muzeyi artıq 30 (40 il - İ.S) ildir fəaliyyət göstərir. Bu illər ərzində şəhərimizin ən çox ziyarət olunan mədəniyyət ocağı kimi şöhrət tapan muzey dahi bəstəkarın şanlı həyat və yaradıcılığını tam dolğunluğu ilə əks etdirib, böyük bir tarixi salnaməni özündə yaşadıb. Muzeydə Üzeyir bəyin yaşadığı dövr, zaman, ailə üzvləri, dostları, məsləkdaşları, təhsil illəri, təmasda olduğu görkəmli şəxsiyyətlər xüsusi diqqətlə, hörmətlə yad edilir. Bu evin hər qarışı tarix olaraq böyük bəstəkarın nəfəsini, ruhunu, ürək döyüntülərini özündə yaşatmaqdadır. Muzey XIX əsrin sonlarında inşa olunmuş bir binada yerləşir və Ü.Hacıbəyov bu evdə 1915-1942-ci illərdə yaşamış, bir çox gözəl əsərlərini, o cümlədən "Koroğlu" kimi şah operasını da bu evdə yaradıb...".
O vaxt Sərdar Fərəcovu qayğılandıran dahi bəstəkarın ev muzeyinin təmir vəziyyətinin acınacaqlı olması idi. Ölkə başçısının 2005-ci il 28 fevral tarixində verdiyi Sərəncamda həm Üzeyir bəyin yubileyinin qeyd edilməsi nəzərdə tutulurdu, həm də onun ev-muzeyinin də əsaslı təmiri haqqında danışılırdı. Artıq muzey yüksək səviyyədə təmir edilərək tamaşaçıların, tədqiqatçıların ixtiyarına verilib.
Sərdar Fərəcovun məqaləsinə diqqət yetirək: "...Prezident İlham Əliyevin Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi fərmanda ev-muzeyinin də əsaslı təmiri xüsusi olaraq qeyd olunmuşdu. Bu fərmandan irəli gələrək Mədəniyyət Nazirliyi də təmirin yüksək səviyyədə keçirilməsi üçün əmr verdi. Bütün yay mövsümündə muzeydə ciddi və gərgin iş görüldü. Muzey binasının çürümüş döşəmə və tavanı dəyişildi, divarların suvaqları, qapı-pəncərələri yeniləşdi, döşəməyə yeni parket örtüyü vuruldu. Ən vacibi isə, uzun illər muzey üçün zəruri olan ventilyasiya, istilik sistemi quraşdırıldı, muzey müasir kondisionerlərlə təchiz olundu. Muzeyin quruluşunda da bir çox yeniliklər baş verdi. Bu evin dəhlizi, həyəti, kino-konsert salonu yeni görkəmdə tərtib olundu. Muzeyin əməkdaşları qısa zaman ərzində yeni mövzu ekspozisiya planı işləyib hazırladı ki, onun da əsasında muzeyin yeni ekspozisiya və tərtibatı həyata keçdi. Muzeydə tamaşaçılara tanış olan eksponatlarla yanaşı, bir çox yeni-yeni fotolar, əşyalar, sənədlər və s. nümayiş etdirildi. Dahi bəstəkarın ad günü - 18 sentyabrda muzey də yeni tərtibatla, yeni görkəmlə öz qapılarını Üzeyirsevərlərin üzünə açdı. Həmin gün muzeyin təntənəli açılışına bir çox görkəmli ziyalılar, bəstəkarlar, yazıçılar, musiqişünaslar, alimlər ev-muzeyinin önünə toplaşmışdı".
Qeyd edək ki, hər il Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar ali məktəblərdə, muzey və kitabxanalarda, mədəniyyət ocaqlarında təntənəli tədbirlər keçirilir, Milli Musiqi Günü qeyd edilir.
Xalq musiqisinə ürəkdən bağlı olan Heydər Əliyev Üzeyir bəy haqqında deyirdi: "Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir".
Üzeyir bəy özü isə bütün varlığı ilə xidmət etdiyi milli musiqimizin kökü, mənşəyi haqqında bildirirdi: "İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır". O digər bir yazısında "Bəstəkarlar öz əsərlərini yaradarkən unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir, xalq eyni
zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı "istehlakçısıdır", xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir" deyə qeyd edirdi. Əlbəttə, bu qiymətli fikirlərin müəllifini xalq öz doğması, əzizi kimi əzizləyir, ruhunu anır, məzarını ziyarət edir.
18 sentyabr Milli Musiqi Günü, yaxud Üzeyir Musiqi Günü münasibətilə ölkəmizin mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib. Milli Musiqi Günü, hər il olduğu kimi, bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilməkdədir. Üzeyir bəyin doğum günü və Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri Xiyabana gedib dahi bəstəkar Üzeyir Hacıbəyovun məzarını ziyarət edib.
Ziyarət törənində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev xalqımızı musiqi bayramı münasibətilə təbrik edərək bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır: "Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur".
Mətbuatın verdiyi məlumata görə, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyov VII Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.
Bir məqamı da vurğulayaq ki, Üzeyir bəyin 130 illik yubileyi münasibətilə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Şərqdə ilk opera janrı kimi operetta janrının yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib. Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu səssiz film olub.
Musiqişünaslar qeyd edir ki, Üzeyir Hacıbəyovun ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cumhuriyyətinin, həm də Sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi, ədəbiyyat, mətbuat, mədəniyyət, ictimai fikir tarixində elə bir iz qoyub ki, o iz heç vədə örtülə bilməz, onun açdığı cığırların bu gün minlərlə yolçusu var. Üzeyir Hacıbəyov şəxsiyyəti, sənəti bizə çox şey təlqin edir. Musiqi mədəniyyətimizdə, onun inkişafında yorulmadan çalışan Üzeyir bəy xalqımız üçün həmişə sağdır, onun mənəviyyatında, ruhunda yaşayır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ