15/12/2019 16:25
728 x 90

Hacıqabul sakinindən qanunsuz silah götürülüb

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava  kənd sakini Əliyusif  Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanıb. Ona məxsus fermadan  1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis baş leytenantı

Son xəbərlər