16/12/2019 02:07
728 x 90

Sabunçu rayonunda köşkə basqın edən maskalılar tutuldu - FOTO

img

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edilib. Naməlum maskalı şəxslər obyektə daxil olaraq, satıcıya bıçaqla hədə-qorxu gəlməklə 800 manat pul və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər.

Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanıb. Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanıb. Onların üzərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb. Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilər.

Son xəbərlər