11/12/2019 13:04
728 x 90

Hacıqabulda kabel oğruları yaxalandı

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, noyabrın 13-də  Şirvan şəhər sakini Elşən Məlikov  DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə  və Hacıqabul RPŞ-yə müraciət edərək, bir gün əvvəl rayon ərazisində ona məxsus fermadan 1720 metr uzunluqda elektrik kabelinin oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Müşfiq Şirinov və Bərdə rayon sakini, 33 yaşlı İlham Fərəcov saxlanıb. Oğurlanan elektrik kabeli onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis baş leytenantı

Son xəbərlər