Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ qəsəbə sakini N.Yolçuyevin “Mercedes” markalı avtomobilindən 3500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Timur Sinjapov saxlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyulun 24-nə keçən gecə Bakı şəhər sakini R.Kərimovun “Chevrolet” markalı avtomobilindən 27 manat pul, 2 ədəd mobil telefon, sənədlər və bankomat kartlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elxan İsayev saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı