Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrilə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlunun ələ keçirilməsilə bağlı xüsusi əməliyyat keçirilib.
Baki-xeber.com-a hüquq-mühafizə orqanlarından daxil olan məlumatda deyilir ki, silahli müqavimət göstərdiyinə görə o, “Aslanlar” tərəfindən məhv edilib.
Müəyyən edilib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.