- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 58 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı