Yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun şəhər sakini Sara Hüseynova olduğu, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Hadisə yerindən qaçan sürücü, şəhər sakini Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı