Daxili İşlər Nazirliyi Bakıda anasını öldürən şəxslə bağlı məlumat yayıb. Trend nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb.