Bazar günü günü, 28 iyun 2026
     

Hakimdən reket jurnalistə maraqlı sual: "Neçə nitq hissəsi var?"

Image


Bakı Ağır Cinayətlər Məhkəməsində şantajda təqsirləndirilən jurnalistlər Şahin Orucov və Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özllərini təqsirli hesab etməyiblər.

"Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi Şahin Orucov məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində qəzetin Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini və vergi ödəyicisi olduğunu bildirib: "Qəzetimdə 6 əməkdaş çalışır. Onlarla əmək müqaviləm yoxdur. Əməkdaşlar ictimai əsaslarla çalışırlar. Redaksiyamız "Azərbaycan” nəşriyyatında yerləşir”.

Təqsirləndirilən şəxs hadisə ilə bağlı təqsirkar olmadığını bildirib: "Redaksiyada oturmuşdum. Cəlil Məmmədov və Təbriz Dəmirov içəri girdilər. Cəlil "Korrupsiya və qanun” qəzetində çalışırdı. Onlar mənə Sumqayıt şəhəri ərazisində bir kafedə əxlaqsız yuvasının olduğunu bildirdilər. Eləcə də, həmin obyektdən video çəkilişi mənə göstərdilər. Dedim ki, araşdırıb yazarıq. Elə həmin gün Cəlil, mən, bir də redaksiyada çalışan iki qız əməkdaşımızla ora getdik. Kafenin sahibi Həsənqulu Quliyevlə görüşdük. Mübahisə düşdü, işçilərim müsahibə alırdılar. Həsənqulunun qardaşı Vasif bizimlə ağır danışdı. Oradan uzaqlaşdıq. Səhəri gün Cəlillə kafedə çay içirdik. Bu zaman Vəzir adlı şəxs mənə zəng elədi. Özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi tanıtdı. O bildirdi ki, həmin obyekt yiyələri peşman olublar, barışmaq istəyirlər. Mən isə bu barədə Cəlilə və Təbrizə bildirdim. Axşamı bir qadın zəng elədi. Adının Zöhrə, "Hakimiyyət və gələcək” qəzetində redaktor olduğunu bildirdi. Səhəri gün bizim redaksiya gəldi. Zöhrə xanım Həsənqulunun tanışı olduğunu və qarşı tərəfin barışmaq istəyini dedi. Mən yenidən Təbriz və Cəlilə bu barədə məlumat verdim. Təbriz barışmaq üçün 5 min manat pul istədi. Dedi ki, 5 min versinlər mən həmin kadrları silim. Mən həmin obyekt yiyəsinə zəng elədim. Həsənqulu bizim hamımız qonaqlığa dəvət elədi və bildirdi ki, qoyun kəsib bizi gözləyir. Mən, Şahin, Təbriz , Zöhrə xanım və əməkdaşımız Rəmziyyə Gözəlova kafeyə yollandıq. Bizə yaxşı qonaqlıq verdilər. Mən Həsənquluya dedim ki, Təbrizgil barışıq üçün 5 min manat istəyirlər. O, bu məbləğin həddindən artıq çox olduğunu bildirdi. Mən çölə çıxıb, Cəlil və Təbrizə bu haqda məlumat verdim. Həm də, çörək kəsdiyimizi və güzəştə getməklərini xahiş etdim. Təbriz 3 min manata qədər düşdü. Həsənqulu da razılaşdı. Maşına mindik. Zöhrə xanımla Sumqayıt yazılan yerdə görüşdük. 1000 manat pul verdi. Mən də 20 manatını Zöhrəyə verdim ki, taksi pulu edərsən. Qalan 980 manatı Təbriz götürdü. Səhəri gün Həsənqulu obyektdə çəkilən görüntüləri istədi. Mən Təbrizdən "flaşkartı” götürüb kafeyə getdim. Oturmuşduq, çay içirdik. Bu zaman Həsənqulu 1000 manat da stolun üstünə qoydu. Hələ götürməmişdim. Bu zaman polis əməkdaşları bizi saxladı. Mənim heç bir günahım yoxdur, mən pul götürməmişəm. Məqsədim onları barışdırmaq olub”.

"Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi ifadəsindən sonra hakim və prokurorun suallarını cavablandırıb.

Şahin Orucovdan sonra "Korrupsiya və qanun” qəzetinin baş redaktorunun 1-ci müavini Cəlil Səmədov ifadə verib. O, ifadəsində Rusiya Federasiyasının vətəndaşı olduğunu, hər üç aydan bir sərhədi keçdiyini qeyd edib: " Qəzetin baş redaktoru məni baldızım idi. Onu tək qoymamaq üçün onun yanında olurdum. Tək yaşadığı üçün işlərində ona kömək edirdim. Təbriz Dəmirov bir gün gəldi ki, Sumqayıtdakı bir kafedə əxlaqsızlıq yuvası var. Ora getdik. Kafedə çay içməyə başladıq. Bir qadın gəldi. Onunla intim münasibətin qiyməti 25 manat olduğunu və əlavə 25 manat otağın qiyməti olduğunu bildirdi. 50 manat verdim. Bir müddət sonra qıza jurnalist olduğumuzu bildirdik. Qız anındaca 50 manatı qaytardı və rəhbərliyi çağırdı. Rəhbərlik gəldi, normal söhbət elədik. Çıxdıq, Şahin müəllimin yanına gəldik. O, zaman bizim baş redaktorun anası rəhmətə getmişdi. Şahin müəllim məsələni araşdıracağını bildirdi. Onunla bir neçə dəfə həmin kafeyə getdik. Bir dəfə də Vasif Quliyev bizi söyüb, oradan qovdu. Sonrada Şahinlə əlaqə saxlayıb, barışmaq istədiklərini bildirilər. Yeyib-içməyə getdik. Pul söhbətinin üstündən xətt çəkdim. Dedim ki, çörək kəsdiyimiz adamdır. Kafedən çıxanda Zöhrə xanım pul verdi. Dedi qalanını verəcəklər. Mən o puldan 20 qəpik də götürməmişəm. Pulun hamısını Təbriz götürüb”.

Bundan sonra şahid qismində Həsənqulu Quliyevin qardaşı Vasif Quliyev ifadə verib. O, ifadəsində kafenin sahibi olduğunu bildirib: "Mənim şikayətim yoxdur, tələbim də. Kafenin yiyəsi mənəm. Qardaşım isə mənə kömək edib. Kafeni icarəyə götürmüşəm, ayda 800 manat verirəm. Ayda dövlətə də 170 manat vergi ödəyirəm”.

Hakim kafedə çalışan qızların əmək müqaviləsinin olub-olmadığını soruşub. Şahid cavab olaraq bildirib ki, qızlar təzə işə gəlirdilər, hələ müqavilə bağlanmayıb.

O, ifadəsini davam etdirib: "Qız gəldi ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsindən gəliblər. Mən düşdüm aşağı, Təbriz və Cəlil adlı şəxslərdir. Orda bildim ki, jurnalistlərdir. Onlar əllərində video çəkilişlər olduğunu və bunu qəzetdə yayacaqlarını bildirdilər. Mənim özüm həm Əfqanıstan, həm də ki Qarabağ əliliyəm. Sonra biz Zöhrə xanım vasitəsi ilə Şahinlə tanış olduq. Şahin söhbətlərdə vasitəçilik edirdi. Biz barışmaq istəyirdik. Bir gün mənə dedi ki, barışmaq üçün 5 min manat pul istəyirlər. Pis təsir etdi. Yuxarıda dostlar var, onlara dedim ki, məsələ bu cürdür. Oradan dedilər ki, sən pulu ver, işin yoxdur. 1000 manat verdim, ikinci dəfə verəndə gəlib tutdular. Məndən pulu Təbriz istəyirdi, Şahin də vasitəçilik edirdi. Cəlildə onlarla gəlib-gedirdi”.

Vasif Quliyevdən sonra "Hakimiyyət və gələcək” qəzetinin redaktoru Zöhrə Babayeva ifadə verib. O, ifadəsində Həsənqulunun əvvəlcədən tanıdığı bildirib: "Nəşriyyatdaydım, Həsənqulu zəng edib, məsələni dedi. Şahini tapıb, onunla görüşdüm. Görüş zamanı tərəflərin barışmasını istəyirdim. Özümdə peşman oldum ki, bu cür hadisə oldu. Mən tək, tənha qadınam. Sizdən xahiş edərəm ki, məni bu zibildən çıxarın. Çünki çox qorxuram. Getdik, barışdırdıq. Mənə Həsənqulu 1000 manat verdi. Mən də taksidə Şahinə 1000 manatı verdim. O, mənə 20 manat pul verdi. Bir də bir neçə gün sonra nəşriyyatda 30 manat verdilər. Qalan məsələlərdən xəbərim yoxdur”.

Zöhrə Babayevadan sonra "Kriminal və bəşəriyyət” qəzetinin müxbiri Rəmziyyə Gözəlova ifadə verib. O, ifadəsində orta təhsilli olduğunu və qəzetdə ictimai əsaslarla çalışdığını bildirib.

Hakimlər jurnalist Rəmziyyə Gözəlovaya Azərbaycan dilində neçə nitq hissəsinin olduğunu soruşub. Jurnalist sualı cavablandıra bilməyib. Hakim bu cür şəxslərin Azərbaycan mətbuatında necə təmsil olunduqları anlamadığını bildirib.

Qeyd edək ki, Təbriz Dəmirov, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən "Metalurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video-görüntülər çəkiblər. Sonradan bu çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.

Şahin Orucov "Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Məmmədov, "Korrupsiya və qanun” qəzetinin baş redaktorun birinci müavini, Təbriz Dəmirov isə müstəqil jurnalist olub.

Təbriz Dəmirov istintaqdan yayınaraq, ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı – “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...

27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət - görünüş məsafəsi məhdudlaşır...

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ