Salyanda keçmiş kürəkənini ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə iyulun 29-na keçən gecə Salyan rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə yaşadığı evin həyətində baş verən münaqişə zamanı ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu güllələyərək qətlə yetirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin törədilməsində istifadə olunduğu bildirilən ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD