İlkin araşdırmalardan sonra məlum olub ki, H.Hüseynini döyən şəxs Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Kazımov Orxan Yusif oğludur.
O da məlum olub ki, zorakılıqla üzləşmiş şəxs Bakıda çəkilən "Əli və Nino” filminin aktyorlarından biridir. H.Hüseyni filmdəki bəzi səhnələrdə kaskadyorluq edir və şəhərin mərkəzində yerləşən otellərdən birində qalır.
Müraciət əsasında araşdırmalar davam etdirilir.
Səbail Rayon Polis İdarəsindən hadisənin baş verməsini təsdiqləyiblər.