Moskva vilayətinin Noqinsk şəhərində əslən Azərbaycandan olan kriminal avtoritet Taleh Dağlıyev saxlanılıb. APA-nın "İnterfax”a istinadən verdiyi xəbərə görə, kriminal aləmdə "Tolik Noqinskiy” adı ilə tanınan 32 yaşlı avtoritet hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən onun üzərindən tapança və patronlar tapılıb.
T. Dağlıyevin saxlanılması üçün xüsusi təyinatlı dəstə tərəfindən əməliyyat tədbiri həyata keçirilib.