Yanvarın 1-dən bu günə qədər Bakı şəhərində avtonəqliyyat vasitələrinin qaçırılması ilə bağlı 27 fakt qeydə alınıb. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.