Azərbaycanda nağdsız hesablaşmalar zamanı vergi güzəştlərini tətbiq etmək təklif edilir. Trend-in məlumatına görə, "Deliotte"nin Azərbaycandakı tərəfdaşı Nuran Kərimov Bakıda keçirilən "Vergi sistemində inkişaf və əməletmə" mövzusunda keçirilən V illik vergi konfransında deyib.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində nağd vəsaitlərlə aparılan əməliyatlarda məhdudiyyətlər mövcuddur: "Biz ödənişin mütləq qaydada yalnız nağdsız formada aparılacağı yerdə konkret tranzaksiyalar müəyyənləşdirməliyik".