Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur. Bunu Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub.
Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.