Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


İstənilən rayon barədə ilkin məlumat mənbələrindən biri də həmin rayon icra hakimiyyətinin rəsmi saytıdır. Azərbaycanda qəbul edilən qanunvericilik aktlarına görə hər bir rayon icra hakimiyyətinin belə saytı olmalıdır. Bu faktor eyni zamanda icra hakimiyyətinin operativ işini elektron dövlət çərçivəsində stimullaşdırır.
Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı ətrafında apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, rayonda baş verən bütün ictimai-siyasi, mədəni, xeyriyyəçilik məqsədli tədbirlərin hər biri barədə ətraflı və dəqiq məlumat verilib. Saytda, eyni zamanda, rayonun idarəetmə strukturu barədə müfəssəl məlumatların verilməsi, cəmiyyətlə məmurlar arasındakı təması bir qədər də asanlaşdırmış olur. İnsafən demək lazımdır ki, belə məlumatların doğruluğu baxımından digər rayonlarla müqayisədə Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı çox irəlidədir. Eyni statusda olan əksər saytlarda göstərilən əlaqə nömrələri elə olub ki, gün ərzində çoxlu sayda zənglər etsək də cavab verən tapılmayıb. Deməli formal xarakter daşıyıb, gözdən pərdə asmaq üçün edilib.
1934-cü il noyabr ayının 3-də yaradılan və 1990-ci ilin aprel ayına kimi Orconikidzenin adını daşıyan və hazırda 212 min nəfərə yaxın əhalisi olan Suraxanı rayonuna Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və "Dədə Qorqud" yaşayış sahəsi aiddir. Bu qəsəbələrin hər birinin sürətli sosial-iqtisadi inkişafı Suraxanı rayonunun simasının daha da dəyişməsinə, onun respublikamızın abad və inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə gətirib çıxarıb. Necə deyərlər, Suraxanı rayonunda aparılan geniş abadlıq-quruculuq işləri onun simasına yeni nəfəs, yeni ruh gətirməkdədir. Belə ki, son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nda həvəslə iştirak edən Suraxanı rayonunda ağacəkmə kampaniyası geniş vüsət alıb. Bu çərçivədə də keçirilən ağacəkmə kampaniyasında rayon sakinləri tərəfindən qısa müddətdə 10 minə yaxın ağac əkilib. Hazırda da davam edən ağacəkmə kampaniyası nəticəsində Suraxanı tədricən Bakının ən yaşıl rayonlarından birinə çevrilməkdədir. Rayonun küçələrinin yaşıllaşdırılması ilə bağlı keçirilən tədbirlər nəticəsində Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində yeni ağaclar əkilmiş, ümumi sahəsi 12,0 min kv.m olan yaşıllıq salınmışdır. Buna paralel olaraq, rayonda neftlə çirklənmiş ərazilərin təmizlənməsi, gölməçələrin qurudulması prosesi də uğurla davam etdirilir. Nəticədə rayon ərazisindəki 5 hektar sahəni tutan 24 gölməçə qurudularaq yerində yaşıllıqlar salınıb, lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilib. Eyni zamanda rayon ərazisindəki Zığ və Bülbülə göllərinin təmizlənməsi, onların ətraflarının abadlaşdırılması, yaşıllaşdırılması və yaxın gələcəkdə bu ərazilərin vətəndaşların sevimli istirahət zonalarından birinə çevrilməsi istiqamətində də tədbirlər davam etdirilir.
Suraxanı deyəndə, hər şeydən əvvəl ağlımıza Atəşgah məbədi gəlir. Zəngin mədəniyyətə və nümunəvi tolerantlığa malik Azərbaycan xalqının qədim irsini tanıdan bu abidə beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və həyətin ortasında tikilmiş üstü günbəzli dördbucaqlı od məbədindən ibarətdir. Şəhər karvansaralarını xatırladan Atəşgah müqəddəs odun - təbii yanar qazın saxlandığı və oda sitayiş ayinlərinin icra edildiyi məkan idi. Abidə Midiya dövrünə aid olsa da, onun üzərində hind dilində yazılan yazılar onun 1713-cü ildə Hindistanın Multan vilayətindən gələn atəşpərəst tacir və zəvvarlar tərəfindən tikildiyini göstərir.
Atəşgah məbədinə yeni can 2007-ci ildə verilib. Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə bu abidə dövlət tarix-memarlıq qoruğu elan edilib. Dövlət başçısının 2009-cu ildə verdiyi yeni Sərəncama əsasən, burada həm də arxeoloji tədqiqat işlərinin aparılması və Atəşgah tarixi muzey mərkəzinin yaradılmasının əsası qoyuldu. Məbəd çox dəyərli tarixi abidə kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə qoruğun ərazisində arxeoloji tədqiqat işlərinin aparılması və Atəşgah tarixi muzey mərkəzinin yaradılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanıb, başa çatdırılan və başlanan tədbirlər sözügedən dövlət proqramındakı tədbirlərin 44,5 faizini təşkil edibir.
Ümumiyyətlə, bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub. Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli "V" yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli "D" yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilib. Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrin köməkliyi ilə abadlıq-quruculuq işlər görülüb. Küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənib, ətraf ərazilər iri qabaritli tullantılardan təmizlənib.
Bütün bu göstəricilərlə yanaşı, rayonda həlli vacib olan problemlər də az deyil. Hər il qış aylarında, yağış yağan kimi Bakının küçələrinin böyük hissəsi su altında qalır. Bu küçələrin bəziləri sovet dövründə çəkilmiş kanalizasiya xətlərinin yararsız hala düşməsinə görə, bəziləri isə ümumiyyətlə kanalizasiya xətlərinin olmaması ucbatından bərbad hala düşür.
Köhnə küçələr bir yana dursun, yeni asfalt salınmış küçə və prospektlərin, yeraltı keçidlərin bəzilərində də vəziyyət eynidir. Yağış yağdısa, süni gölə hazır olmaq lazımdır.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsinin bərbad durumundan xəbər vermək istərdik. Azı 8 ildir ki, asfalt üzü görməyən bu küçə heç kimin yadında düşmür.
Bəhs etdiyimiz küçədə yaşayan vətəndaşlar yağış yağan zaman küçəyə çıxmaq istəmirlər. Çünki bu yolu getmək elə də asan iş deyil. Hövsan qəsəbəsi ərazisində qəsəbədaxili yollar bərbad vəziyyətdədir. İlk Avropa Oyunlarından qabaq qəsəbəyə gələn yol təmir edilsə də, qəsəbənin giriş hissəsində işlər dayandırılıb. Yağış yağan zaman Oqtay Şabanov küçəsi də bərbad hala düşür. Çünki nə normal asfalt var, nə də kanalizasiya. Sakinlər qapılarının önündə quyu qazaraq, məsələni həll etməyə çalışırlar.
Məhəllə sakinlərinin sözlərinə görə, Suraxanı rayon İcra Hakimiyyəti 8 ildir ki, bu küçəni unudub: "Yağış yağan zaman burada sanki həyat "ölür". Heç kim evdən bayıra çıxmır. Kim işləyirsə, o məcbur olub, bu "çay"dan keçir. Bunun üçün də xüsusi "silahımız" var. Dizə qədər olan rezin çəkmələri geyinirik. Qəsəbədən çıxandan sonra əlimizdə tutduğumuz təmiz ayaqqabını geyinib, işə gedirik. Olmasa, mümkün deyil. Adam utanır. Evimizə qonaq da gəlmir. Çünki küçənin palçığına bələddirlər.
Kimin maşını varsa, ona bir az rahatdır. Çünki zibillik çox uzaqdadır. Bu səbəbdən insanlar zibili yalnız avtomobillə atmağa nail ola bilir.
Hazırda qış fəslinin olmasını nəzərə alsaq deyə bilərik ki, Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında duran hazırkı prioritet məsələ rayonun qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etməkdir. Bunu nəzərə alan rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasovun sərəncamı ilə xüsusi tədbirlər planı təsdiq edilib. Bu tədbirlər planı istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, ictimai iaşə obyektlərinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanması kimi həyati vacib məsələləri nəzərdə tutur.
Vətəndaşların müraciətlərinə həssaslıq göstərilməsi, problemlərin vaxtında həll edilməsi sahəsində rayon icra hakimiyyətində müsbət təcrübə formalaşıb. Burada heç bir müraciət diqqətdən kənarda qalmır. Hərtərəfli araşdırılır, ilk növbədə, müraciətlərin yaranma səbəbləri təhlil edilir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür.
Bu məqsədlə də "qaynar xətt" fəaliyyət göstərir. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vətəndaşların şikayət və problemlərini yerindəcə həll etmək üçün mütəmadi olaraq səyyar görüşlər keçirir. Bu müstəvidə də 1715 nəfərin iştirakı ilə 27 səyyar görüş keçirilib, bu ilin yanvar-sentyabr aylarında rayon icra başçısı tərəfindən 759 nəfər qəbul edilib. Bu görüşlərdə və qəbullarda ortaya çıxan problemlərin və şikayətlərin həlli məqsədi ilə rayon rəhbərliyi tərəfindən müvafiq qurumlara göstəriş və tövsiyələr verilib. Ümidvarıq ki, bu yazı müsabiqəsində toxunulan neqativliklərin aradan qaldırılması istiqamətində də rayon rəhbərliyi zəruri tədbirləri həyata keçirəcək.
Məhəmmədəli QƏRİBLİ
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ