Azərbaycanda pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırığın icrasına uyğun olaraq, pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanan təkliflər üzrə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə əlavə ətraflı məlumat veriləcəkdir.