Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Doğma Azərbaycanımızın hər qarışı bizim üçün doğmadır və əzizdir. Dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək paytaxtımız Bakı bu gün valehedici görünüşü, müasirliyi və inkişafı ilə ölkəmizə gələn xarici qonaqları heyrətləndirir. Elə məhz bu səbəbdən də istər turizm, istərsə də iqtisadi baxımdan paytaxtımız bir çox dünya ölkələrinin diqqət mərkəzindədir.
Vurğulamaq yerinə düşərdi ki, Bakı şəhərinin sosial-iqtisadi inkişafında 12 rayonun hər birinin öz payı və yeri vardır. İyirmi altı illik tarixi olan Nizami rayonu da bu baxımdan çox böyük perspektivləri və üstünlükləri ilə seçilməkdədir. Belə ki, rayonda həyata keçirilən bir çox abadlıq-quruculuq işlərini, müxtəlif təyinatlı obyektlərin tikintisini, sosial-iqtisadi sahədə mövcud olan problemlərin aradan qaldırılmasını yüksək inkişafın göstəricisi kimi qeyd etmək olar. Bu müsbət tendensiyanı yalnız real statistik rəqəmlərlə deyil, həm də şəxsi araşdırma və müşahidələrimə söykənərək əminliklə qeyd edə bilərəm. Belə ki, bu məqaləni yazmazdan öncə rayonun inkişafını jurnalist baxışı ilə nəzərdən keçirmək, bir günümü rayon sakinləri ilə bir arada başa vurub onların da mövzu ilə bağlı fikirlərini öyrənmək niyyətilə haqqında danışaçağım Nizami rayonuna yollandım.

Rayonun yol-nəqliyyat sistemi yeni görkəmdə

Qara Qarayev prospektinə "Koroğlu" metro stansiyası istiqamətindən daxil olarkən ilk diqqətimi cəlb edən və xoş təəssürat bəxş edən prospektin böyük bir hissəsinin əsaslı təmirdən sonrakı vəziyyəti idi. Yeni salınmış asfalt örtüyü, müasir işıqlandırma sistemi, avtobus "ciblərinin" tikilməsi avtobusların və digər nəqliyyat vasitələrinin normal hərəkətini təmin edirdi. Burada insanların şəhərin istənilən nöqtəsinə rahat və qısa zamanda çatdırılması üçün çoxlu sayda və müxtəlif istiqəmətdə hərəkət edən sərnişin avtobusları əhaliyə xidmət göstərir. Müşahidələrim nəqliyyatın sıxlığının daha çox "Xalqlar Dostluğu" metro stansiyası dairəsindəki körpüdən Qara Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsinə qədər olan hissəyədək olduğunu göstərdi. Bunun səbəbini ilkin olaraq prospekt boyunca böyük ticarət obyektlərinin ("Xalqlar Dostluğu", "Laçın", "Ramal", "Diqlas", "Lotos"), "8-ci km" ərzaq bazarının, çoxlu sayda müxtəlif təyinatlı obyektlərin yerləşməsi ilə əlaqələndirmək olar. Sıxlığa səbəb olan daha bir faktor isə rayon ərazisində paytaxtımızın yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malik olan, sərnişin axınının çoxluğu ilə fərqlənən 4 metro stansiyanın - "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar Dostluğu" - əhaliyə xidmət göstərməsidir. Belə ki , Qara Qarayev prospektinin qalan hissəsinin cari ildə nəzərdə tutulan əsaslı təmiri və "Diqlas" ticarət mərkəzi ilə üzbəüz yerüstü çoxmərtəbəli avtodayanacağın istifadəyə verilməsinin prospektdəki sıxlığın aradan qaldırılmasında çox böyük rolu olacaqdır.
Son illər rayon ərazisində piyadaların təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə bir çox işlər görülüb. Məsələn, Heydər Əliyev parkı ilə üzbəüz 1, Babək prospektində isə 2 piyada keçidinin tikilib istifadəyə verilməsini vurğulamaq olar. Lakin bu istiqamətdə həyata keçirilən layihələr bununla kifayətlənmir. Belə ki, Naxçıvanski küçəsi ilə Elşən Süleymanov küçəsinin kəsişdiyi hissədə üstü park olacaq yeraltı parkinq tikilməkdədir. Tikinti sahəsindən əldə olunan məlumata görə, obyektin 2016-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bütün bunlar hələ son deyil. Belə ki, apardığım müşahidələrə əsasən, B.Çobanzadə küçəsinin M.Abbasov küçəsindən Babək prospektinə qədər olan hissəsində, M.Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissəsində və R.Rüstəmov küçəsinin M.Əliyev küçəsindən M.X.Şərifli küçəsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsini, Q.Qarayev prospektinin Nəsimi küçəsindən C.Naxçıvanski küçəsinə qədər olan hissəsindəki köməkçi yolun yenidənqurulmasını xüsusilə qeyd etməliyəm. Onu da vurğulayım ki, yaxın gələcəkdə Babək prospektinin də əsaslı təmiri nəzərdə tutulur.

Əsrarəngiz tikililər

Nizami rayonu ərazisindəki tikililərdən bəhs edərkən 2015-ci ildə istifadəyə verilmiş və fərqli görünüşü ilə göz oxşayan Milli Gimnastika Arenasını ilk olaraq qeyd etmək istəyirəm. Bu kompleks təkcə zahiri görünüşü ilə təəcübləndirmir, bura həm də gələcəkdə vətənimizi dünya ölkələri arasında qürurla təmsil edəcək idmançılar yetişdirə biləcək bir məkan kimi çox mühüm əhəmiyyət kəsb edir.
Rayonu ecazkar görünüşü ilə bəzəyən daha bir tikili - Azərbaycanın və Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağı-asma körpüdür. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən asma körpü Hava limanı və Ziya Bünyadov prospekti istiqamətlərindən gələn nəqliyyat vasitələrinin "8-ci km", Əhmədli qəsəbələrinə, "Günəşli" yaşayış massivinə birbaşa hərəkətini təmin edir.
Vurğulamaq zərurəti duyduğum daha bir möhtəşəm tikili isə Milli Sağlamlıq Mərkəzidir. Layihəyə əsasən, mərtəbələrin sayı 20, binanın hündürlüyü 81 metr, uzunluğu 169 metr, eni 95 metr nəzərdə tutulub. Səhiyyə obyektinin istifadəyə verilməsi cari ildə gözlənilir.
Digər maraqlı tikili isə H.Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, "Şəfa" stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidi idi. Layihəyə əsasən, tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir.Yuxarıda qeyd etdiyim tikililərdən əlavə, rayon ərazisində adlarını çəkmədiyim onlarla bu cür binalar mövcuddur.

Mənzil-kommunal sahəsində real vəziyyət

Əhalinin kommunal sahəsində su təchizatının yaxşılaşdırılması ən vacib amillərdən biri hesab olunur. Nizami rayonunda su təchizatı ilə bağlı atılan addımlar və görülən işlər bu rayonu digər rayonlardan xüsusilə fərqləndirir. Belə ki, rayon ərazisindəki yaşayış binalarının 90 faizi fasiləsiz içməli su ilə təmin olunur və 2016-cı ilin sonuna qədər rayon əhalisinin tam olaraq fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulur. Bir neçə rayon sakini ilə söhbət zamanı məlum oldu ki, Qara Qarayev prospekti, Bəhruz Nuriyev və Naxçıvani küçəsindəki binaların əksəriyyəti, artıq qrafiklə deyil, fasiləsiz su ilə təmin olunur. Rayon sakini İbad Hüseynov söhbət zamanı qeyd etdi ki, yaşadığı ünvanda, yəni Bəhruz Nuriyev küçəsi 57 ünvanında su ilə bağlı heç bir problem yoxdur, əksinə, razılıq bildirərək binanın fasiləsiz su ilə təmin olunmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Rayon icra hakimiyyətindən verilən məlumata görə, ötən ildə su təchizatı və kanalizasiya xidməti ilə bağlı ayrı-ayrı ünvanlarda müxtəlif diametrli su boruları, siyirtmələr, nasoslar, elektrik nasosları dəyişdirilmiş, kanalizasiya boruları təmir olunmuş, çox sayda lyuk asfalt səviyyəsinə qaldırılmışdır.
2015-ci ildə Nizami rayonu ərazisində qaz təsərrüfatının yaxşılaşdırılması, əhali və sənaye abonentlərinin fasiləsiz və təhlükəsiz qaz təchizatını təmin etmək məqsədi ilə də xeyli işlər həyata keçirilmişdir. Məsələn, ötən dövr ərzində qaz təsərrüfatı müxtəlif diametrli qaz xətləri çəkilmiş, minlərlərlə mexaniki sayğac "Smart-kart" tipli sayğacla əvəz edilmiş, istismara yararsız vəziyyətə düşmüş onlarla qaz tənzimləyici daha müasirlərilə əvəz edilmişdir.
Payız-qış mövsümündə rayon əhalisinin istiliklə təmin olunması əsas kommunal məsələlərdəndir. "Azəristiliktəchizat" ASC-dən verilən məlumata görə, 2015-ci ildə rayonun istilik təchizatı sahəsində irəliləyişlər olmuşdur. Belə ki, bu mövsümdə rayon istilik təsərrüfatı onlarla 33 qazanxanaya və 1 istilik məntəqəsinə xidmət göstərməklə, 530 binadan yalnız 416 binanı istiliklə təmin edib. Rayonun istiliklə təminatı ötən mövsümlə müqayisədə daha da inkişaf etdirilmiş, qazanxanalarda ciddi təmir-bərpa işləri aparılmış, istismara yararsız borular yeniləri ilə əvəz olunmuşdur. Həmsöhbət olduğum rayon sakinləri də rayonda istilik təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində atılan addımları müsbət qiymətləndirdilər. Sakinlərdən Bəhruz Nuriyev 55 ünvanında yaşayan Fuad Əliyev yaşadığı binanın normal istiliklə təmin olunduğunu razılıqla qeyd etdi.
Əhalinin kommunal sahədə mühüm təlabatlarından biri də elektrik təchizatının yaxşılaşdırılmasıdır. Ötən il rayon ərazisində dayanaqlı və davamlı elektrik təchizatının təmin edilməsi məqsədi ilə bir sıra layihələr uğurla icra olunmuşdur. Köhnə transformatorların yeniləri ilə əvəz olunması, Heydər Əliyev prospektində yeni tikilmiş stadionun ətrafındakı küçələrin işıqlandırılması, "Atletlər kəndi"nin elektrik enerjisi ilə təchiz edilməsi, Babək prospektində hava xəttinin yeraltı kabel xətti ilə əvəz edilməsi və aparılan digər təmir işləri bu sahənin uğurlu fəaliyyətinin göstəricidir.

Rayonun sosial-iqtisadi durumu

Nizami rayonunun sosial-iqtisadi sahədəki sabit inkişafi, əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün zəmin yaratmışdır. Rayon icra hakimiyyətindən verilən məlumata görə, rayon ərazisində neft məhsullarının, beton, gips və sement məmulatlarının, zeytun yağı, kakao yağı, sərinləşdirici içki, süd məhsullarının və duzun istehsalında artım müşahidə olunmuşdur. Bu istehsal artımında rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun, "Neftqaztikinti" trestin, "NJT-2000" firmasının, "Bakı Yağ Qida Fabriki" MMC, "Körpü-Tunel" ASC, "Azərtunelmetrotikinti" SC-nin, "Şərab-1" ASC, "Ulduz" fabriki kimi müəssisələrin xüsusi rolu vardır.
Sevindirici haldır ki, rayon ərazisində bir sıra mühüm sosial layihələr həyata keçirilməkdədir. Bu isə, öz növbəsində, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına daha da təkan verir. Belə ki, 2015-ci ildə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Cari ildə 6 orta məktəbin, 1 kollecin, 1 peşə liseyinin, 2 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 1 məktəbdənkənar tərbiyə müəssisəsinin əsaslı təmir edilməsi, 2 orta məktəbin hər birində 640 şagird yerlik əlavə korpusların, 2 orta məktəbdə ümumilikdə 26 əlavə sinif otağının, 2 orta məktəbdə isə yeni idman zalının, 2 yeni özəl bağçanın tikilməsi nəzərdu tutulur.
P.S. Bütün sahələr üzrə sadaladığım bu çoxsaylı uğurlar Nizami rayonunun sürətli inkişaf tempinin əsas göstəricisidir. Ötən illərlə müqayisədə rayonun bugünkü durumuna nəzər yetirsək, rayonda inkişafın hansı sürətlə getdiyinin özümüz şahidi ola bilərik. Bir vətəndaş kimi bu müasirlik, rifah halının yaxşılaşdırılması rayon əhalisinə olan xüsusi diqqət və qayğı, rayonda aparılan təmir-tikinti, abadlıq işləri və ümumilikdə uğurlu inkişaf məni də çox fərəhləndirir. Davamlı tərəqqi diaqramı, əminəm ki, bu rayonu çox qısa zamanda Bakının ən gözəl və ən inkişaf etmiş rayonlarından birinə çevirəcəkdir.
Seymur Məmmədov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ