Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 13.01.2016 / 01:37
Bölmə: İqtisadiyyat
Nizami rayonunun daimi sakini olmasam da, tale elə gətirdi ki, son 10 ilə yaxın müddət ərzində bu rayonun kirayəçilərindən biri oldum. Bu səbəbdən də son illərdə rayonun ümumi mənzərəsindən tutmuş, ən xırda dəyişikliyin belə gözümün qarşısında baş verdiyini deyə bilərəm. Əslində bu rayon, özəlliklə də onun daha böyük qəsəbəsi olan 8-ci Kilometr heç vaxt yaşamaq üçün arzuladığım bir yer olmayıb.
Uşaqlığım sovet dövrünə düşdüyündən, özüm isə Sabunçu rayonunda böyüdüyümdən Nizami rayonuna az-çox bələd idim. Hər tərəfi zavod tüstülü, mazut qoxulu, gecə-gündüz başı üzərində hansısa zavodun tullantılarının yandırıldığı "əbədi məşəl"i ilə ürək sıxıcı bir yer kimi baxırdım bu rayona. Hətta hərdən düşünürdüm ki, niyə axı bu mazut gölməçəli bomboz yerə dahi Nizaminin adını veriblər? Nə əlaqəsi vardı böyük mütəfəkkir şairlə bu hisli-paslı məkanın? Burada salınan qəsəbənin isə heç adı da yox idi. Sadəcə mərkəzdən 8 kilometr aralıda yerləşdiyi üçün ilk olaraq "8-ci kilometrlikdəki ərazi" dedilər adına. O zaman şərti ad kimi qəbul olunsa da, nədənsə sonralar da onu dəyişən olmadı. Rusdilli əhalinin adlandırdığı kimi "Vosmoy" olaraq qaldı. Buradakı zavodlarda daha çox ruslar və qeyri millətdən olanlar çalışdığından, rusdilli əhali burada çoxluq təşkil edirdi. Qəsəbə isə fəhlə qəsəbəsi olaraq onlar üçün salınmışdı. Lakin illər ötdükcə böyüyən, bir-birinin ardınca ucalan binaları ilə yanaşı sakinləri də çoxalan qəsəbə getdikcə simasını dəyişdi, təzələndi. Rayonun digər qəsəbəsi olan Keşləyə gəldikdə isə, burada Bakının ən böyük ət kombinatı yerləşdiyindən, qəsəbənin havasına daim spesifik bir qoxu hakim idi ki, buranın adı sanki o qoxu ilə assosiasiya olunurdu.
O zamandan çox sular axıb və bu gün bu rayon gözlərimiz önündə tam fərqli bir mənzərə ilə canlanır. Təbii, "Vosmoy"dakı bəzi zavodlar da yerindədir, Keşlədəki istehsal da. Hər iki sfera da istər neft, istərsə də qida sənayemizə öz töhfəsini verir. Lakin hazırda daha müasir üsullarla işləyən bu obyektlər ətraf mühitə ziyan vurmadığından, onların mənfi təsiri hiss olunmur. Üstəlik, rayon ərazisində artan yaşıllıq zolaqları, salınan park və xiyabanlar insanların rahatlığına geniş imkanlar açmaqla ümumən burada atmosfer havasının təmizlənməsində də öz sözünü deyir. Bununla belə, paytaxtın ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra sənaye müəssisələrinin rayon ərazisindən köçürülməsi son illər ümumən ölkədə geniş vüsət götürmüş abadlıq-quruculuq işlərinin Nizami rayonunda da uğurla həyata keçirilməsi üçün geniş imkanlar açıb. Belə ki, bu sənaye obyektlərinin boşalan hektarlarla ərazilərində yeni yaşayış massivləri, parklar, xiyabanlar salınır ki, bu da istər uşaq və yeniyetmələrin, istərsə də ahıl insanların boş vaxtlarını daha mənalı keçirməsinə əlavə stimul verir. Rayon ərazisində hələ sovet dönəmində tikilmiş 5 və 9 mərtəbəli binaların fasadlarının təzələnməsi isə rayona xüsusi yaraşıq verməklə, həm də baxanlara xoş ovqat bəxş edir. Rayonun ümumi mənzərəsini dəyişən daha bir cəhət isə binaların həyətlərində həm insanların istirahəti, həm də uşaqların əylənməsi üçün hər cür şəraitin yaradılmasıdır. Sirr deyil ki, bir zamanlar sakinlər televizorda gördükləri Moskva və digər iri şəhərlərdə insanların istirahəti üçün binaların həyətlərində quraşdırılmış "besedka"lara, uşaqların oynaması üçün müxtəlif əyləncə vasitələrinə, lap elə gənclərin futbol oynaması üçün yaradılan meydançalara həsədlə baxardılar. Bu gün isə 8-ci Kilometr qəsəbəsində binaların həyətləri göz oxşayır. Çünki burada azyaşlıların əylənməsi üçün hər çür şərait var və valideynlərin istər zamansızlıq, istərsə də iqtisadi vəziyyət üzündən uşaqlarını hansısa əyləncə mərkəzinə aparmadığına görə əzab çəkməsinə ehtiyac qalmır. Rayonun ərazisində bir-birinin ardınca açılan müasir tipli körpələr evləri, məktəb və liseylər isə valideynləri daha bir qayğıdan - uşağını Bakının mərkəzindəki məktəblərə aparıb-gətirmək əzabindan qurtarıb. Çünki bu məktəbəqədər və ümumtəhsil ocaqları mərkəzdəkilərdən heç nə ilə fərqlənmir - abad, isti, rahat, üstəlik də evinin yanında!
Faktdır ki, son illərdə məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, əsaslı təmiri və yenilərinin tikilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirilir ki, Nizami rayonu da bu sırada diqqətdən kənarda qalmayıb. Belə ki, Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı Proqramı" çərçivəsində, paytaxtın bir çox uşaq bağçaları ilə yanaşı, Nizami rayonundakı 110 və 172 nömrəli uşaq bağçalarının ərazilərində də yeni əlavə korpuslar tikilərək gələcəyimiz olan körpələrin ixtiyarına verilib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva 110 və 172 nömrəli körpələr evi-uşaq bağçalarında yeni korpusların açılışında iştirak edərək bu müəssisələrin işçi heyətinə uğurlar, körpələrə isə xoşbəxt gələcək arzulayıb.
İndi qışın "oğlan çağında" panel evlərdə soyuqdan göyərən insanlar da görməzsiz bu rayonda, çünki sadəcə belələri yoxdur. Rayonda tam müasir tələblərlə yenidən qurulan qazanxanaların evlərə verdiyi istiliyin illik xərci isə elə sadə insanların cibinə uyğun həddədir. Bir də, vaxtilə su problemi vardı bu rayonda. Elə özümün də "Vosmoy"da yaşadığım dönəmdə hara getdinsə, axşam 7-də evdə olmalı idin ki, əlinə düşən bütün qabları su ilə doldurub sutkaya çatdırasan. O zaman, vanna otağından əlavə, mətbəxlərdəki pəncərələrdə sıra ilə düzülmüş su ilə dolu üçlitrlik şüşə bankalar hər kəs üçün tanış mənzərə idi. Saat 7-9 arası evlərdə bir həşir qopurdu, gəl görəsən! Yuyunmaq istəyən kim, qab-qaşığı doldurmaq hayına düşən kim... Bu mənzərəyə bir də az təzyiqlə verilən suyun yuxarı mərtəbələrə qalxmamasını, əli vedrəli insanların bu zəhmətə qatlaşaraq onu yuxarı mərtəbələrə əl ilə daşımalarını əlavə edin və işdən yorğun gələn insanın bu anlarda üz ifadəsini nəzərinizdə canlandırın: bəli, ürəkaçan mənzərə deyil. Lakin faktdır. Hələ bu zaman bir lift problemi də çıxa bilirdi. Vay o gündən ki, binanın lifti də işləməyə və deyim ki, bu çox rast gəlinən bir hal idi. Hətta liftdən əlini üzən bəzi zirək sakinlər öz mərtəbələrindəki lift yerində şkaf düzəltdirərək bu məsələnin üzərindən birdəfəlik xətt də çəkmişdilər. Bu gün isə bu qayğıların heç biri yoxdur. Belə ki, qəsəbə əhalisi su kartını istədiyi və ya imkanı əl verdiyi həddə yükləməklə gün boyu sudan ürəyi istədiyi qədər istifadə edir və bu elə son illərin nailiyyətidir.
Ötən əsrin 80-ci ilində yaradılan bu rayonun dünəni ilə bu gününün müqayisəsinin tamam fərqli bir mənzərə yaratdığı ortadadır. Hətta bəzən adama elə gəlir ki, o dövrdən sadəcə illər deyil, neçə-neçə on illər keçib. Çünki yaşının az olmasına baxmayaraq, çox böyük inkişaf yolu keçib Nizami rayonu. Bu inkişafın ən böyük qismi elə son 10 ilin aktivinə yazılmalıdır. Dediklərimizə ən tutarlı sübut isə Bakının 11 rayonu arasında Nizami rayonunun ilk olaraq dövlət dotasiyasından imtina etməsidir. Sonradan onun bu təcrübəsini digər rayonlar da tətbiq etsələr də, faktdır ki, Nizami rayonu özünün istehsal və xidmət sferalarından əldə etdiyi gəlirlə xərclərini qarşılayan ilk rayon oldu. Bu isə dövlət büdcəsinə sayğılı münasibət olmaqla yanaşı, həm də bir vətəndaşlıq nümunəsi idi.
Nizami Rayon İcra Hakimiyyətinin saytından əldə etdiyimiz məlumata görə, hazırda 19,6 kvadratkilometr əraziyə malik rayonda 12 iri sənaye müəssisəsi, 2 tarixi abidə, 22 səhiyyə obyekti, 1 özəl ali məktəb və 2 kollec, 20 uşaq bağçası, 1 uşaq evi və 2 internat məktəbi, 22 orta məktəb, 3 lisey, 2 musiqi məktəbi, mərkəzi kitabxana və 6 kitabxana filialı, 2 istirahət parkı, 60-a yaxın ictimai iaşə müəssisəsi, 8 kompleks idman qurğusu və 6 stadion sakinlərin ixtiyarına verilərək onların həyatında bu və digər dərəcədə rol oynayır. Rayonda yerli özünüidarəetməni isə Nizami və Keşlə bələdiyyələri həyata keçirir. Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunan Nizami rayonu infrastruktur cəhətdən də son illər xeyli inkişaf edərək, paytaxtın ritmik həyatına öz töhfəsinin verməkdədir. Bu rayonun ərazisindəki Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar Dostluğu" metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.
Nizami rayonundan danışarkən onun Azərbaycan sənayesinin inkişafında oynadığı rol da heç bir halda gözardı edilməməlidir. Belə ki, hazırda tam gücü ilə işləyən Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, "NJT-2000" firması, "Bakı Şərab-1" ASC, "Azərtunelmetrotikinti" SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, "Körpü Tunel" ASC, "Bakı Diyircəkli Yastıq" ASC, "European-Tobacco Baku" ASC, "Bakı Yağ-Qida Sənaye" ASC, "Veysəloğlu" MMC, "Kaspi-Yıldız" MMC kimi müəssisələr sənayemizin ümumi daxili məhsuldakı payında öz sözünü deməklə yanaşı, ölkə başçısı İlham Əliyevin daim inkişafına ciddi önəm verdiyi işsizliyin aradan qaldırılması konsepsiyasının reallaşdırılmasında da sanballı çəkiyə malikdir. Üstəlik nəzərə alınsa ki, bu gün dünya qlobal böhranın pressinqi altinda nəfəsi kəsiləcək həddə sıxılmaqdadır, bu iri sənaye müəssisələrinin həm də ölkənin ayaqda qalması baxımından necə böyük əhəmiyyət daşıdığı ortadadır.
Nizami rayonunda aparılan əsaslı quruculuq və abadlıq işlərinin ən dolğun göstəricisi isə Prezident İlham Əliyevin bu rayona baş tutan ardıcıl səfərləridir. Son illərdə ölkə başçısının Nizami rayonu ərazisində şəxsən açılışını etdiyi obyektlər isə onlarladır. Bu sıraya "ASAN xidmət"dən tutmuş məktəb tikintisi və yenidənqurulmasına qədər, körpüdən tutmuş yol ötürücüsünə, yeraltı keçidə qədər ən müxtəlif təyinatlı obyektlər daxildir ki, onların hər birinin inşası, birbaşa funksiyasından əlavə, həm də yüzlərlə insan üçün iş yeri, dolayısı ilə yaşam stimulu deməkdir. Bu kontekstdə ötən yay Bakıda çox uğurla həyata keçirilmiş ilk Avropa Oyunlarının baş tutduğu möhtəşəm idman arenalarının bütün dünyanın diqqətində olması və yüz minlərlə əcnəbinin ölkədən çox böyük təəssüratla getməsi isə Nizami rayonunun aktivinə yazılan ən uğurlu hadisə oldu. Mətbuat işçiləri olaraq, həmin ərəfədə dünya mətbuatının Olimpiya kəndindən, media kəndində reportajlar hazırlaması, silsilə yazılar yazması bizlərin də köksünü qabardırdı...
Nizami rayonunda uşaq və gənclərin etik-mənəvi tərbiyəsi istiqamətində görülən işlər isə xüsusilə qeyd olunmağa layiqdir. Dünya ölkələrində yaşanan kataklizmlər, məzhəb savaşları və gənc nəslin bu təmayüllərə alət edildiyi bir dönəmdə gəncləri öz soy-kökünə bağlayan, tarixi şəxsiyyətlərimizin tanıdılması ilə onların davamçısı olmağa həvəsləndirən tədbirlərin keçirilməsi günümüzün zərurətidir desək, yəqin ki, səhv etmərik. O üzdən rayon rəhbərliyi səviyyəsində elə ötən ay qüdrətli sərkərdə, dünya hərb tarixində xüsusi yeri olan Səməd bəy Mehmandarovla bağlı tədbirin keçirilməsi diqqət çəkməyə bilməz. İlk müstəqil Azərbaycanın - Azərbaycan Xalq Cumhuriyyətinin ordusunu quranlardan biri haqqında icra başçısı Arif Qasımovun əhatəli çıxışının yeniyetmə və gənclər tərəfindən həvəslə dinlənilməsi isə düşünməyə əsas verir ki, burada sağlam mənəviyyatlı, dürüst gəncliyin yetişdirilməsi rayon rəhbərliyinin prioritetləri sırasındadır.
Dahi Nizaminin adını daşıyan Nizami rayonu bu gün heç zaman olmadığı qədər yaraşıqlı, sabahına inamlıdır. İnanırıq ki, rayonun yeni icra başçısı Arif Qasımov da sələfi Tahir Budaqov kimi dövlətin maddi və mənəvi dəstəyi, özünün isə şəxsi təşəbbüskarlığı sayəsində rayonun daha da inkişaf etməsinə, daim öndə olmasına öz töhfəsini verəcək. İnsan yalnız üzərinə götürdüyü məsuliyyətin öhdəsindən gəldikdə özünü dünyanın xoşbəxti sayır. Üstəlik, sərf etdiyi zəhmət ən yüksək səviyyələrdə həqiqi dəyərini alırsa, bu artıq ikiqat xoşbəxtlik deməkdir - Nizami rayon rəhbərliyinə də məhz bunları arzulayıram.
Samirə SƏFƏROVA
Yazı Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ