"ASAN xidmət" mərkəzlərində qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz” İstehsalat Birliyi istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə cari il yanvarın 1-dən etibarən qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzlərində həyata keçirməyə başlayıb. Bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçiriləcək.