Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Prezidentin ötən ildəki bəzi qərarları və qeyri-neft sektorunda 8,4 faizlik artım...

Image


Qulu İsmayılov: "Ötən il bu sahədə inkişaf olubsa, bunun başlıca səbəbi dövlətin və ölkə başçısının göstərdiyi qayğı ilə bağlıdır"
"Bura istər dövlət büdcəsindən ayrılan vəsaitləri, istərsə də yersiz müdaxilələrin qarşısının alınması ilə bağlı verilən tapşırıqları aid edə bilərik"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, qeyri-neft sektoru inkişaf edib.
Dövlət başçısı bildirib ki, bu, aparılan islahatların nəticəsidir: "Hesab edirəm ki, qeyri-neft sənayesinin 8.4 faiz artması əsas göstəricimizdir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir".
İlham Əliyev deyib ki, 2015-ci ildə dünyada bütün siyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-ci il iqtisadi sahədə əsas prioritet olacaq: "Əminəm ki, bu il ərzində bu istiqamətdə biz daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətcə, ümumdaxili məhsulumuz müsbətə doğru dəyişir".
İlham Əliyev bildirib ki, Azərbaycan neftdən asılılığı minimuma endirməlidir: "Biz bu asılılığı minimuma endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət nəticəsində, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq eyni zamanda son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunub. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində, bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq".
Prezidentin qeyd etdiyi rəqəmlərdən də görünür ki, bizim üçün önəmli olan qeyri-neft sektorunun inkişafında artım var. Təbiidir ki, bunu səciyyələndirən amillər də az deyil. Bilirik ki, ötən il ərzində Prezidentin iştirakı ilə keçirilən bir neçə tədbirdə ölkə başçısı biznes subyektlərinə dövlət qurumlarının müdaxiləsinə son qoymağı tapşırdı. Bundan əlavə, biznes subyektlərinə verilən lisenziyalar azaldıldı, əksəriyyəti isə ləğv olundu. Bütün bu amillərin 2015-ci il ərzində qeyri-neft sektorunun inkişafına nə kimi təsiri olub?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, ötən il ərzində iqtisadiyyatın vəziyyətini qiymətləndirdikdə, təbii ki, heç də asan keçmədi. Yəni əvvəlki illərlə müqayisədə çətin bir dövr oldu. Ötən il neftin ucuzlaşması nəticəsində neft gəlirlərinin kəskin azalması, istər ölkəyə, istərsə də Dövlət Neft Fonduna gələn gəlirlərin azalması ilə yadda qaldı. Sonra devalvasiyalar nəticəsində bank sektoru çox böyük bir zərbə aldı. Kredit qoyuluşu azaldı, əmanət qoyuluşunda azalma müşahidə edildi. Büdcə xərclərinin azaldılması, yəni büdcədə investisiyaya yönəldilən vəsaitlərin azaldılması səbəbindən investisiya qoyuluşu azaldıldı. Bu da iş yerlərinin azalmasına, bağlanmasına, bəzi layihələrin yarımçıq qalmasına gətirib çıxardı. Yəni ümumən götürəndə ötən il pul azlığı müşahidə olundu ki, bunun da əsas səbəbi, qeyd etdiyim kimi, dünya bazarında neftin ucuzlaşması oldu.
Neft gəlirlərinin azalması şəraitində hökumət qarşısında qeyri-neft sektorunun inkişafı kimi bir vəzifə qoyulub. Yəni əslində neçə vaxtdır bu məqsəd var, neft gəlirlərinin azalması bunun daha da vacibliyini göstərdi. 2016-cı ilin dövlət büdcəsi də göstərdi ki, əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək. Qeyri-neft sekoru dedikdə, ilk növbədə, bizim gözümüzün qarşısına kənd təsərrüfatı gəlir və təsadüfi deyil ki, ötən il "Kənd təsərrüfatı ili" elan olundu. Bu baxımdan düşünürəm ki, kənd təsərrüfatının inkişaf etdirilməsinə çox böyük ehtiyac var. Hökumət bu sahəyə diqqəti artırmalıdır. İxrac potensialının güclənməsi üçün birinci pul-kredit siyasəti ona münasib olmalıdır. Yəni manatın məzənnəsi elə bir maksimal həddə olmalıdır ki, bizim istehsal etdiyimiz məhsullar qiymət baxımından rəqabətə tab gətirə bilsin. Məsələn, kənd təsərrüfatı məhsulları hara ixrac edilir, Rusiyaya. Rusiyada da rublun ucuzlaşması bizim ixracımız üçün problem yaradır. Düşünürəm ki, buna görə hökumət birinci pul-kredit məsələlərinə diqqət yetirməlidir. Kənd təsərrüfatı sahəsinə bu gün güzəştlər var, amma eyni zamanda təkcə xammal sahəsində güzəştlər yox, həm də emal sahələrinə şərait yaradılmalıdır. Bundan başqa, kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir. Yəni bu tək ticarətdə deyil, istehsalda da özünü göstərməlidir.
Bizdə ərzaq sahəsində kifayət qədər inkişaf olsa da, qeyri-ərzaq sahəsinə - misal üçün ayaqqabı, geyim, yüngül sənayeyə diqqət artırılmalıdır. Ötən il bu sahədə inkişaf olubsa, bunun başlıca səbəbi dövlətin və ölkə başçısının göstərdiyi qayğı ilə bağlıdır. Bura istər dövlət büdcəsindən ayrılan vəsaitləri, istərsə də yersiz müdaxilələrin qarşısının alınması ilə bağlı verilən tapşırıqları aid edə bilərik".
Məhəmmədəli QƏRİBLİ




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ