Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 09.01.2016 / 01:49
Bölmə: İqtisadiyyat
Paris fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malikdirsə, Bakı azərbaycanlılar üçün o qədər dəyərlidir. 1826-cı ildə Bakıda olan görkəmli səyyah Zeynalabdin Şirvani yazırdı: "Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir".
Küləklər şəhəri Bakının 12 rayonu var, bir-birindən gözəl, bir-birilə bəhsə girəcək inkişafda olan. Bunlar içərisində Nizami rayonunun xüsusi yeri var. Rayon 1980-ci ilin noyabr ayından dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin adını daşıyır. Dünyanın müasir şəhərlərindən sayılan Bakının yaraşıqlı guşələrindən birinə çevrilən Nizami rayonu ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Məlumat üçün qeyd edək ki, 19,6 kvadratkilometr əraziyə malik olan rayonda 12 iri sənaye müəssisəsi, 2 tarixi abidə, 22 səhiyyə obyekti, 1 özəl ali məktəb və 2 kollec, 20 uşaq bağçası, 1 uşaq evi və 2 internat məktəbi, 22 orta məktəb, 3 lisey, 2 musiqi məktəbi, mərkəzi kitabxana və 6 kitabxana filialı, 2 istirahət parkı, 60-a yaxın ictimai iaşə müəssisəsi, 8 kompleks idman qurğusu və 6 stadion yerləşir. Burada həmçinin 2 bələdiyyə, 3 seçki dairəsi, çoxsaylı siyasi partiyaların mərkəzi qərargahları, ictimai təşkilat, birlik və dini icmalar fəaliyyət göstərir.
Rayon rəhbərliyi dövlət əhəmiyyətli tədbirlərdə müntəzəm iştirak edir. Təkcə 2015-ci ildə keçirilən məktəblilər arasında "Kitab oxu - kitab qazan" layihəsini, "Devizimiz - sağlam həyat tərzidir" mövzusunda tədbiri qeyd etmək olar. Əlilliyi olan insanlarla bağlı keçirilən tədbirlərlə yanaşı, onlara və veteranlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir. İcra Hakimiyyəti Qarabağ əlillərinə maddi və mənəvi dəstək olur. Binalar inşa edilir və Qarabağ qazilərinə mənzillər paylanır.
Bütün bunlar ölkəmizin uğurlu inkişafının təzahürüdür. Bunun da əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub. O, 1993-cü ilin yayında xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra Nizami rayonunun sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərib. 27 dəfə rayon ərazisinə səfər edən H.Əliyevin rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələri müasir inkişaf üçün bir strategiya olub.
Nizami rayonunda işsizlik problemi həll olunur
Məhz bu uğurlu strategiya sayəsində Nizami rayonunda daim işsizliyin azaldılması yönündə tədbirlər görülür. Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımovun xüsusi diqqəti sayəsində neçə-neçə insan işlə təmin olunaraq öz ailələri üçün xoş güzəran qurublar. Rayon ərazisində yaradılan istehsal və xidmət sahələri həm də çoxsaylı iş yerləri deməkdir. Məhz bunun nəticəsidir ki, son illər Nizami rayonunda uğurlu məşğulluq strategiyası həyata keçirilir.
Sakinlərin rahatlığı təmin olunur
Nizami rayonunun daha bir üstünlüyü budur ki, ərazidə salınan park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatıçısı kimi çıxış edir.
A.Qasımov abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu gün biz Nizami rayonu ərazisində olan yaşıllıqlarda istirahət edən vətəndaşlarımızın üzündə xoş əhval görəndə fikirlərimizin doğruluğuna daha da əmin oluruq. Biz yazı hazırlayan zaman Nizami rayon ərazisində yerləşən möhtəşəm Heydər Parkı-Park Bulvarda olduq. Sakinlərlə söhbətlər etdik. Parkda dincələn sakinlərin hər birinin üzündə rahatlıq hiss olunurdu. Söhbət etdiyimiz hər bir kəs Nizami rayonunun bir yaşıl rayon kimi tanınmasına aid fikirlər səsləndirdilər.
Parkda istirahət edənlər arasında Nizami Rayon Veteranlar Birliyinin sədri Qafar Nuriyevlə rastlaşdıq. O, son illər adıçəkilən rayonda aparılan islahatlar haqqında danışdı: "Rayon İcra Hakimiyyəti başçısı ayda iki dəfə rayon sakinləri ilə səyyar görüşlər keçirir. Görüşlər zamanı sakinlərin problemlərini dinləyir. Bundan əlavə, Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinləri aparatda qəbul edir, onların problemlərinin həllində köməyini əsirgəmir. Nizami rayonu sakinləri üçün bəllidir ki, həftənin cümə günü "açıq qapı" günüdür. Sakinlər cümə günü icra başçısı ilə görüşür, problemlərini bildirir. Həmçinin, aparatda çalışan müavinlərlə sakinlərin görüşündə vaxt məhdudiyyəti yoxdur. Sakinlər istənilən vaxt onlara yaxınlaşıb məsləhət ala bilir".
Q.Nuriyev onu da əlavə etdi ki, qayğıya ehtiyacı olan ailələrin problemlərinin həllində İcra Hakimiyyəti onlara köməklik göstərir. Belə ailələr vaxtaşırı ərzaq yardımları, bayram sovqatı ilə təmin edilir: "Rayon İcra Hakimiyyəti sosial durumu ağır olan ailələrin güzəranı, onların problemləri ilə tez-tez maraqlanır, əllərindən gələn köməyi əsirgəmir.
Bayramlar ərəfəsində rayonda mədəni-kütləvi tədbirlər keçirilir. 2 mindən yuxarı imkansız şəhid, əlil, müharibə veteranları, aztəminatlı və məcburi köçkün ailələrinə, tənha və kimsəsiz qocalara iftar süfrələri açılıb, 630 nəfərə bayram sovqatı verilib. Həmçinin Qurban bayramı münasibətilə bayram tədbirləri təşkil edilib, 5400 nəfərə bayram payları paylanıb".
Məlumat üçün bildirək ki, ərazisi 56 min kvadratmetr, uzunluğu 800, eni 70 metr olan Heydər Parkında fəvvarələr kompleksi yaradılıb, musiqili fəvvarə quraşdırılıb. Burada inşa olunan terrasın sahəsi min kvadratmetrdən çoxdur. Park- bulvarın maraqlı elementlərindən biri də müxtəlif əyləncə növlərinin bir arada təqdim olunmasıdır. Park-bulvarda inşa edilən "Akvarium" əyləncə mərkəzində 39 müxtəlif və müasir oyun aparatları ətrafında əylənən insanların "dünyanın heç bir yerinə öz rayonumuzu dəyişmərik" fikirləri qürur verir.
Özüm də fürsətdən yararlanaraq əyləncə mərkəzində 7D kinoteatrında filmə də baxdım. Qeyd edim ki, bu kinoteatrlarda ən müasir video və akustika sistemləri quraşdırılıb.
Əyləncə mərkəzindən çıxıb "Daun" və "Qayğı" reabilitasiya mərkəzlərinin yanına getdim. Sevindirici haldır ki, humanizm missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu bu mərkəzləri yaradıb və orada xüsusi diqqətə ehtiyacı olan xəstələrin müalicəsi üçün bütün gücünü əsirgəmir.
I Avropa Oyunlarının keçirilməsində Nizami rayonunun rolu
Açıqlanan statistik rəqəmlərə əsasən, hazırda rayon üzrə 4044 ailə ünvanlı sosial yardım, 4634 nəfər sosial müavinət, 23354 nəfər isə əmək pensiyası alır. Məlumdur ki, əhalinin sağlamlığı dövlət başçısının diqqətində duran məsələlərdən biridir. Məhz rayon sakinlərinin sağlığını önəmli tutan Nizami Rayon İcra Hakimiyyəti 19 saylı uşaq, 26 saylı şəhər poliklinikasını və 1 saylı yoluxucu xəstəliklər xəstəxanasını əsaslı təmir edib.
Ərazidə Dövlət Neft Şirkəti tərəfindən tikilən 9 məhəllədə mədəni-kütləvi tədbirlər evinin olması rayon sakinlərinin minnətdarlığı ilə qarşılanıb.
Məlum olduğu kimi, ötəl il Bakı möhtəşəm bir yarışa ev sahibliyi etdi. Ötən ilin yayında Avropanın diqqəti Bakıda idi. Çünki 2015-ci ildə paytaxt ərazisində "Bakı-2015" İlk Avropa Oyunları keçirildi.
I Avropa Oyunları 4 qrup üzrə 18 yarış obyektində keçirilirdi ki, onlardan da Milli Gimnastika Arenası ilə yanaşı, Olimpiya Kəndi və Mətbuat-media Mərkəzi Nizami rayonunun ərazisində yerləşdiyindən, əsas ev sahibliyi də məhz bu rayonun üzərinə düşürdü.
Bu Oyunlar zamanı ölkəmizə 30 yay idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı gəlmişdi. Yarışları izləmək üçün paytaxtımıza gələn qonaqları və media nümayəndələrini, üstəlik, yerli azarkeşlərin açılışda iştirakını düşünəndə Nizami Rayon İcra Hakimiyyətinin və eləcə də rayonun digər qurumlarında çalışanların üzərinə düşən məsuliyyətin ağırlığını təsəvvür etmək o qədər də çətin deyil.
Nizami Rayonu İcra Hakimiyyətinin başçısının humanitar işlər üzrə müavini Gülnaz İsrafilova bizimlə söhbətində bildirdi ki, Olimpiya Oyunlarının təşkili ilə bağlı rayon üzrə tədbirlər planı təsdiq edilərək qərargah yaradıldı. Bütün işlər qərargahın nəzarəti ilə həyata keçirildi: "Heydər Əliyev prospektinin Nizami rayonu ərazisinə düşən hissəsinin hər iki tərəfində bordürlər quraşdırılmaqla piyadalar üçün səkilər salındı, bəzi yerlər səki daşları ilə üzləndi, 10000 kv.m-dən artıq sahəyə isə 2000 kub.m qara torpaq verilib, yeni suvarma sistemi çəkilməklə ot örtüyü vuruldu, 334 ədəd ağac və bəzək kolları əkildi.
Olimpiya şəhərciyini və Mətbuat-media mərkəzini olimpiya stadionu ilə birləşdirən yeni salınan yolun ətrafında da abadlıq işləri aparıldı. Səkilər üzlənərək, yaşıllıqlar salındı.
Olimpiya şəhərciyinin ətrafındakı mövcud hasar təmir edildi, Mətbuat-media mərkəzinin ətrafına yeni hasar çəkildi. Olimpiya şəhərciyi ilə Mətbuat-media mərkəzini ayıran və yeni salınan yolla Heydər Əliyev prospektini birləşdirən küçədə mühəndis-kommunikasiya xətləri yenilənməklə asfalt örtüyü vuruldu, işıq dirəkləri quraşdırıldı.
Bundan əlavə, Mətbuat-media mərkəzi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasının arasında Heydər Əliyev prospektini yeni salınan yolla birləşdirən küçəyə də asfalt örtüyü döşəndi".
Sonda onu da əlavə edək ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Nizami rayonunda ardıcıl şəkildə həyata keçirilir və keçiriləcək.
Günel CƏLİLOVA
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.
Nizami-Rayon-Icra-Hakimiyyeti3
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ