Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınmasına dair razılıq əldə edib.
Fonddan baki-xeber.com-a verilən məlumata görə, Palazzo Turati ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Bu investisiya Fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir.